Elektro Terapiya

Fizioterapevtik müalicə üsullarından biri elektroforezdir (buna həmçinin “ionoforez”, “ionoterapiya”, “ionohalvanizasiya” deyilir). Bu ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.

“Elektroforez” terminn iki hissədən ibarətdir – “elektro” – elektrik cərəyan və “forez” – yunan dilində “daşınma”, “köçürmə” deməkdir.

Elektroforez proseduru 10 dəqiqədən 30 dəqiqəyə kimi davam edə bilər, müalicə kursu 10-20 seans təşkil edə bilər. Seanslar hər gün və ya bir gündən bir keçirilir. Müalicə kursu qurtardıqdan 2-3 ay (bundan tez olmamaq şərti ilə) sonra müalicəni təkrar etmək olar. Elektroforez orqanizmə iltihabəleyhinə, ağrısızlaşdıran təsir edir, əzələləri boşaldır, mübadilə proseslərini normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır və s..

Dərman preparatların elektroforez vasitəsilə orqanizmə çatdırılmasının müxtəlif üstünlükləri var: dərman orqanizmə daha uzun müddət ərzində təsir edir və daha gec orqanizmdən çıxarılır, dərman məhz lazım olan sahəyə çatdırılır, yanaşı təsirlərin riski azdır, prosedur tam ağrısızdır, dərinin tamlığı pozulmur və s.

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu effektli müalicə üçün tam kifayyət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili vasitəsilə orqanizmə daxil edilərsə, bu dərman lazım olan müalicəvi effekt verməyəcək. Elektrik cərəyan dərmanın aktivliyini artırır və bu səbəbdən dərman az dozalarda effektli nəticə verir. Elektroforez həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.

Elektroforez adətən müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunur və sağalmanı sürətləndirir. Profilaktik məqsədi ilə istifadə olunduqda, elektroforez müstəqil şəkildə istifadə oluna bilər. Elektroforez uşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

Elektroforez zamanı müalicənin məqsədindən asılı olaraq bu kimi dərman preparatları istifadə oluna bilər: brom, lidaza, yod, maqnezium-oksid, adrenalin, papaverin, C, B1 vitaminləri, kalsium, kalium, nikotin turşusu, novokain, antibiotiklər, eufillin və s.

Elektroforez seansları həkim-fizioterapevt tərəfindən həyata keçirilir. Məhz həkim-fizioterapevt istifadə olunan dərmanı, onun dozasını, seansların sayını və s. müəyyən edir.

Elektroforez bu kimi xəstəliklər zamanı geniş istifadə olunur:

  • ürək-damar sistemi xəstəlikləri,
  • ateroskleroz,
  • hipertoniya,
  • hipotoniya,
  • cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsində,
  • oynaqlar və sümüklər patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları),
  • sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.),
  • vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu,
  • pediatriyada da elektroforez geniş istifadə olunur.

Elektroforezin müəyyən əks-göstərişləri var:

  • şiş xəstəlikləri,
  • ürək çatışmazlığı,
  • yüksək hərarət,
  • kəskin iltihablar,
  • ekzema, dermatit,
  • elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması,
  • elektrik cərəyana qarşı dözümsüzlük,
  • istifadə olunan dərman preparatına qarşı allergiya.

Elektrostimulyasiya

Elektrostimulyasiya – impulslu cərəyan vasitəsi ilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılmasıdır. Cərəyanın tezliyinin artıb azalması nəticəsində hüceyrə membranında ionların konsentrasiyasının ani olaraq kəskin dəyişməsi hüceyrənin oyanma qailiyyətinin dəyişməsinə səbəb olur.

Elektrostimulyasiya əzələnin atrofiyasını bərpa edir, yığılma qabiliyyətini, tonusunu, iş qabiliyyətini artırır. Sinir toxumasının keçiriciliyini bərpa edir, hərəki aktivliyini artırır. Belə ki, impulslu cərəyanın damar genişləndirici təsiri nəticəsində toxumada qan və limfa dövranı yaxşılaşır, mübadilə sürətlənir, anaerob qlikoliz və oksidləşmə-bərpa prosesləri güclənir. Toxumanın qidalı maddələrlə təhcizatı artır, parçalanma məhsullarının daşınması sürətlənir. Gemoqlobinin, qlikogenin, kreatininfosfatın miqdarı artır, zülalların parcalanması azalır. Əzələdə ATF-in miqdarı artır, fermentlərin aktivliyi artır, əzələnin energetik potensialı yüksəlir. Toxumanın trofikası bərpa olunur, regenerasiya sürətlənir.

Elektrostimulyasiya – bu əzələlərin tonuslandırması üçün aparılan miostimulyasiyadır. Əzələləri çox elastik edir, gənc xanımlara daha məsləhətdir. Dəri tonusunun vaxtından əvvəl itirilməsinin qarşısını alır.Miostimulyasiya bədən əzələlərinin əməliyyatsız dartılmasıdır.

Cərəyan impulslarının təsiri altında əzələlərin yığılması sayəsində artıq piylər çıxır, yağların əriməsi prosesi sürətlənir, tədricən sellülit aradan qalxır və əlbəttə ki, əzələ quruluşu inkişaf edir. Nəticədə siz arıqlayaraq daha qamətli olacaqsınız. Miostimulyasiya adi şəraitdə yükləmək və inkişaf etdirməyin çox çətin olduğu əzələlərə çatmağa imkan verir (məsələn, budların daxili tərəfinin əzələləri). Daha yaxşı təsir üçün miostimulyasiya bürünmə, massaj və digər antisellülit prosedurları özündəbirləşdirməlidir.

Qan dövranının aktiv stimulyasiyası sayəsində hərəkətverici əzələlər qaldırılır, yağ mübadiləsi bərpa olunur, qan dövranı tənzimlənir, dərinin quruluşu yaxşılaşır, həmçinin orqanizmdən şlakların çıxarılması da stimullaşdırılır.

GÖSTƏRİŞLƏR: Mərkəzi və periferik tipli parezlər, poliradikulonevritlər, neyropatiyalar, pleksitlər, nevritlər, atrofiyalar, onurga sütununun travmaları, oynaq xəstəlikləri, ostexondroz, uşaqlıq və uşaqlıq artımlarının xroniki iltihabi xəstəlikləri, dismenoreyalar, amenoreyalar, sonsuzluqlar.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur