Peyroni xəstəliyinin fizioterapevtik metodlarla müalicəsi

Peyroni xəstəliyi- kişi cinsiyyət orqanının əyilməsi olub, toxumanın elastikliyinin itirilməsi və ereksiya nəticəsində ağrı və deformasiyaya gətirib çıxaran bir xəstəlikdir. Uzun müddət bu xəstəliyin səbəbləri naməlum və kəşfedilmemiş qalmışdı. Əvvəllər bu xəstəliyin səbəbi endokrin sistem pozğunluqları olduğu fərz edilirdi, bu səbəbdən də hətta hipofiz, böyrəküstü vəz və paratiroid hormonlar ilə hormonal müalicələr tətbiq edilirdi. Hal-hazırda, Peyroni xəstəliyinin ən çox ehtimal səbəbi penisin travması (cinsi əlaqə zamanı travma, təsadüfi küt alətlə travma, gözlənilməz zərbə və s.) hesab olunur. Bu xəstəliyin inkişafında əhəmiyyət kəsb edən erkən intrakavernoz inyeksiyalardır. Bütün bu dəyişikliklər cinsiyyət üzvünün zülal membran qatının proqressivləşən birləşdirici toxuma ilə əvəz olunması- fibroz dəyişikliklərin inkişaf etməsinə nədən olur. Hesab edilir ki, bu xəstəliyin inkişafı məhz fibroz zülal qatının mikrotravmaları ilə əlaqədardır. Travma nəticəsində iltihabı reaksiya yaranır, bu isə öz növbəsində çapıq toxumanın inkişaf etməsinə səbəb olur. Peyroni xəstəliyinin digər sistem və kollagenoz xəstəliklərlə əlaqəli olduğu da müəyyən edilmişdir. (sklerodermiya, Dyupyuitren kontrakturası)

Deyildiyi kimi Peyroni xəstəliyinin əmələ gəlməsində əsas səbəbi cinsi əlaqə zamanı meydana gələn mikrotravmadır. Lakin cinsiyyət üzvünün əyilməsi qazanılma xəstəlik olmaqla yanaşı anadangəlmə də ola bilər. Anadan gəlmə Peyroni xəstəliyi zülal membranın hipoplaziyası və ya uretra kanalının qısa olması ilə əlaqəlidir. Xəstəliyin qazanılmış formasından fərqli olaraq anadangəlmə formada mağaralı cisimdə birləşdirici toxumanın toplanması nəticəsində əyilmə qeydə alınır. Anadangəlmə Peyroni xəstəliyi ilə 2-3% kişilər əziyyət çəkir.

Peyroni xəstəliyi 30-40% hallarda kişilərdə impotensiyaya (cinsi zəifliyə) gətirib çıxarır. Buna səbəb zülal təbəqəsinin sərtləşməsi, qanın mağaralı cisimlərdən venalarla axınını ləngidir, bu isə venoz durğunluğa və nəticədə erektil disfunksiyaya səbəb olur. Xəstəlik əsasən 40-70 yaş arasında görülür.

1 4

Klinikası

Xəstəliyin əsas simptomu ereksiya zamanı penisdə ağrı və yüngül əyriliyin olması, rigidliyin zəifləməsi, əyriliyin olduğu yerə toxunduqda sərt toxumanın əllə hiss edilməsidir. Heç bir müalicə tətbiq edilmirsə bir müddət sonra ağrı azalsa da, penisdə əyrilik tədricən intensivləşir. Əyrilik çox artdıqda (30 dərəcədən çox) cinsi əlaqəyə girmək mümkün olmaya bilər. Bu vəziyyət də insanın ruh halına mənfi təsir göstərir.

İlkin aktiv faza 6 aydan- 18 aya kimi davam edir, əgər cinsiyyət üzvündə sərt toxuma öz-özünə sovrulmursa, konservativ müalicə tələb olunur. Xəstəlik nə qədər tez aşkar edilərsə konservativ müalicə bir o qədər effektiv olur. Konservativ müalicə effekt vermədikdə, xəstəliyin ağır və kəskin ağrılarla, kəskin nəzərə çarpan əyriliklə müşayət edən formasında cərrahi əməliyyat qaçılmazdır.

Peyroni xəstəliyi olan kişilərdə əsasan cinsi əlaqə zamanı ağrılı ereksiya, ağrılı orqazm (boşalma) və penisdə (kişi cinsiyyət orqanı) görünən əyrilik səbəbindən cinsi əlaqənin çətinləşməsi xəstələri narahat edən əsas faktorlardır.

Diagnostika.

Əlləmə zamanı penis boyunca uzanan, müxtəlif ölçülü sıx elastik lifli lövhə hiss olunur. Penis rentgenoqrafiyası indurasiya olunmuş fibroz lövhəni müəyyən etməyə kömək edir. Hal-hazırda iki ölçülü USM penisin şəkil lövhə strukturu qiymətləndirmək və vaskularizasiyanın dərəcəsini müəyyən etməyə köməklik edir. Bundan əlavə dioqnozun təsdiqlənməsində MRT müayinə, kavernosqrafiya metodlarına da müraciət edilir.

Müalicəsi:

1. Konservativ müalicə – cinsiyyət üzvünə iltihabəleyhinə dərman preparatları və fibroz toxumanın inkişafının qarşısının alınmasına yönəldilən dərman preparatlarının yeridilməsinə yönəldilir. Yerli olaraq lidaza, interferon, hidrokartizon,lidokain, kollagenaz və s. preparatların kavernozdaxili inyeksiyası aparılır. Daxilə immunomodulyatorlar, sitostatiklər, vitamin A və E, Tamoxifen, aminobenzoat natri, kolxisin və paraamin benzoate kalsi kimi preparatlar təyin edilməlidir..
Xəstəliyin konservativ müalicəsində fizioterapevtik metodlar da müsbət effekt verir.Fizioterapiyada lidaza, xemotripsin ilə elektrofarez təyin edilir. Peyroni xəstəliyinin fizioterapevtik müalicəsində əsas yeri zərbə-dalğalı terapiya tutur.

2. Zərbə dalğalı terapiya (ESWT).

2 3 768x432

Son dövrlərdə xarici ədəbiyyatlarda Peyroni xəstəliyinin müalicəsində məhz zərbədalğalı terapiya məsləhət görülür. Xəstəliyin dərəcəsindən asılı olaraq həftədə 1 dəfə olmaqla 5-12 seans arası, hər seansda 1000 impuls tətbiq etməklə aparılmalıdır. Prosedur anestetiklərdən istifadə edilmədən aparılır.

Prosedurun əks təsiri – demək olar ki yoxdur, yalnız bəzi xəstələrdə zərbə endirilən zonada kiçik petexiyalara təsadüf edilə bilər.

Prosedurun effertivliyi – artıq ilk seansda xəstələr ereksiya zamanı ağrı hissinin itməsini, əyriliyin bir qədər düzəldiyini hiss edir. Cinsiyyət üzvündə yaranmış sərt toxuma şəkilli lövhəciklərin ölçüləri kiçilir, fibroz toxumanın sərhədləri itir.

Zərbə dalğalı terapiya ilə müalicə erkən dövrdə ( xəstəliyin ilk ilində) müraciət edən xəstələrdə çox yüksək və tez effect verir.

3. Cərrahi müalicəsi.

Cərrahi müalicə dərman müalicəsi uğursuz olarsa tövsiyə olunur, fibroz lövhə radikal olaraq kəsilib çıxarılır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur