İnsultdan sonra reabilitasiya

“Beyin iflici” olaraq da adlandırılan insult sonrası hər xəstə fərqli şəkillərdə təsirlənir. İnsultdan sonrakı saat və günlərdə xəstənin vəziyyəti sabitləşdiyində, insultun səbəb olduğu problemlər daha çox hiss edilməyə başlanır. Xəstədə danışma, oxuma və yazmada çətinlik, yerimə və hərəkət çətinliyi, yaddaş problemləri, ya da diqqəti toplama bacarığında azalma görülə bilər. Bunlar insultun yol açdığı problemlərdən yalnız bir neçəsidir.

İnsult keçirən adamın vəziyyəti nə olursa olsun, mümkün olan ən yüksək səviyyədə yaxşılaşmağı reallaşdırmaq üçün istəkli olması lazımdır. Eyni zamanda uzun müddətdə ola biləcək çatışmazlıqlara adaptasiya ola bilmənin yollarını əldə etməyə çalışılmalıdır. Reabilitasiya da bu məqsədləri reallaşdırmaq üçün xəstəyə köməkçi olacaq.

İnsultun xəstəyə necə təsir etdiyini xəstənin özündən daha yaxşı bilən yoxdur.İnsultun yol açdığı çatışmazlıqların müzakirəsinin yanında; xəstələrin professionallara nələr hiss etdiyini və reabilitasiya ilə nələr bacarmağı ümid etdiyini izah etməsi çox əhəmiyyətlidir.

İnsultun təsirləri, xəstənin təyin etdiyi hədəflərə çatmasına mane edəcək dərəcədədirsə, mütəxəssislər bu məqsədlərin bir az dəyişdirilməsinə kömək edirlər. Gözlənilən nəticələri bir az aşağı tutmaq, ya da təmin olmaq üçün başqa yollar axtarmağa çalışmaq daha sonra yaşanacaq xəyal qırıqlığının qarşısını alır.
Fizioterapiya.

İnsult ümumiyyətlə bədənin bir qismində gücsüzlük, duyğu pozğunluğu,ya da tarazlıq itkisinə gətirib çıxarır. Bu problemlərin təsirlərini minimum səviyyəyə gətirə bilmək üçün bir fizioterapistlə çalışmaq lazımdır.

Fizioterapiya, insultdan dərhal sonra mümkün olduğu qədər tez başlamalıdır. Fizioterapist, xəstəyə və ailəsinə insult sonrası diqqət edilməsi lazım olan mövzularda məlumat verməlidir. Xəstə qolunu ya da qıçını hərəkət etdirə bilmirsə erkən müalicədə fizioterapistlə birlikdə məşqlərə başlanılır. Məşqlər zamanı və günün geri qalanında insultdan təsirlənən qolun istifadə edilməyə çalışması yaxşılaşmanın sürətini artırır.

Oturma tarazlığını qazana bilmək və yataqdan təkərli kürsüyə təhlükəsiz bir şəkildə keçə bilmək üçün fizioterapist xəstəyə lazımi məlumatı verir.

Yaxşılaşma qeyd olunduqca fizioterapist məşq proqramını dəyişdirərək xəstənin maksimum müstəqilliyə çatması üçün çalışır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur