Frozen shoulder

Donmuş çiyin sindromu (adgeziv kapsulit, Frozen shoulder ) çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən ağrı, hərəkət məhdudiyyəti ilə özünü büruzə verən sindromdur. Bu sindrom Glenohumeral oynağın ağrı ile birliktə aktiv ve passiv hərəkətlərinin bütün istiqamətlərdə qısalmasıdır. 40-60 yaş arası qadınlarda bu sindromun rastgəlmə tezliyi daha yüksəkdir.

Etiologiyası

Adgeziv kapsulitin yaranma səbəbi hələ tam öyrənilməmişdir. Amma belə fərz edilir ki, yaranma səbəbi kapsulda və oynağın sinovial qışasında yaranmış neyrotrofiki pozğunluqlarla əlaqəlidir ki, bu dəyişikliklər də spesifiki morfoloji dəyişikliklərə- oynaq səthi həcminin azalmasına və fibroza səbəb olur. Ağrı fazası dövründə artroskopik müayinə oynağın sinovial qişasının iltihabı dəyişiklikləri- hiperemiya ilə nəzərə çarpır. Biopsiya olunmuş oynaqda sitokinlərin, boy faktorunun və metaloproteinaz matriksinin çöküntülərinə rast gəlinir ki, bunlar da patoloji proseslərin inkişafında iştirak edir.Lakin iltihabı prosesin fibroz kapsulitin əmələ gəlməsində nə dərəcədə rol oynaması hələ də sual altındadır. Buna baxmayaraq müşahidələr göstərir ki, digər səbəblərdən- məsələn aseptik sinovit, osteoartroz nəticəsində inkişaf etmiş ikincili sinovit, revmatoid artrit və s. yaranmış kapsulit zamanı nəzərə çarpacaq dərəcədə fibroz kapsul müşahidə edilmir.

“Donmuş” çiynin yaranma səbəbi – yapışan kapsulitdir. Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət edilən kapsul zədələnməsidir. Hərəkət zamanı zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır. Bloklanmış çiyin oynağının uzun müddət ərzində hərəkətsiz qalması yumşaq toxumalarda yapışıqlıq meydana gəlməsinə, oynaq kapsulasının çəkilib buruşmasına yol açır.

Yapışan kapsulitin yaranmasına gətirən ən geniş yayılmış amil – travmadır. Daha nadir hallarda patoloji proses müalicə olunmamış çiyin-kürək periartrozu, toksik təsirlər və ya infeksiyalar səbəbindən inkişaf edə bilər.

Kapsulit sərbəst şəkildə və ya müxtəlif digər xəstəlik fonunda inkişaf edə bilər. Xəstəlik əvvəllər keçirilmiş travma, əzələ yırtıqları, uyğunsuz hərəkətlər, əməliyyat sonrası səbəblərdən ortaya çıxır. Digər xəstəlik fonunda inkişaf edən kapsulit- ikincili kapsulit adlanır. Xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar sistemi xəstəlikləri, səkərli diabet, vərəm, Parkinson xəstəliyi, tiriodizm kimi bir sıra sistemik xəstəliklər “Donmuş çiyin” sindromunun inkişafına yol aça bilər ki bunlar ikincili kapsulit adlanırlar. İkincili kapsulitlər ən çox şəkərli diabet xəstəliyi fonunda inkişaf edir ki, onun da rast gəlmə tezliyi 10-30% arasıdır.

Donmuş çiyin sindromunun simptomları

“Donmuş” çiyin sindromu zamanı kəskin ağrıdan və çiyin oynağından hərəkət edə bilməməkdən şikayətlər yaranır. Əvvəl müəyyən hərəkət həcmi qorunur, lakin, zaman keçdikcə, tam bloklanır, əl, demək olar ki, iş qabiliyyətini itirir. Xəstəlik müalicə olunmazsa, zədələnmiş tərəfdən əzələlərin atrofiyası başlayır.

“Donmuş” çiyin sindromu şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı yaranır.
Hərəkət bucağı; xəstənin özünün qolunu hərəkət etdirməsi(aktiv hərəkətlər) və ya müayinə zamanı (passiv hərəkətlər) oynaq hərəkətini test etdirməklə təsbit edilir. Hər tərəfə hərəkətin müəyyən bir sərhəddi var, sərhəddən kənara çıxmaq mümkün deyil. Donuq çiyin olduğu zaman bu sərhəddə ağrının şiddəti ən yüksək həddə çatır.

1 16

Kapsulitə fazalı gedişat xarakterikdir. Kliniki simptomlar müxtəlif periodlarda özünü büruzə verir.

Donmuş çiyin sindromunun inkişafı 3 mərhələdə gedir:

Faza 1 – Ağrılı mərhələ: 2-9 ay
Xəstəlik spontan inkişaf edir, 1-3 həftə ərzində bir çiyin oynağında ağrı ilə müşahidə edilən kəskin gedişlə xarakterizə olunur. Xəstəliyin başlanğıcında ağrı hərəkətə bağlı olaraq yaranmır, əsasən gecə xəstəliyə məruz qalmış çiyin oynağı üzərində yatarkən artır. Birinci ağrı fazası müalicə olunmazsa 3 aydan 1 ilə kimi davam edir, daha sonra ağrı bir qədər azalır, “sərtlik” fazası inkişaf etməyə başlayır. Faza 2 – Tutulma mərhələsi: 4-12 ay

Ağrı tədricən azalır, lakin oynaqda tutuqluq və hərəkətin məhdudlaşması davam edir, qolu çölə döndərmək qeyri-mümkündür. Adam geyindikdə, saçlarının daradıqda, hər hansı bir əşyaya əlini uzatdıqda çətinlik çəkir.Bu dövrdə xəstənin vəziyyətinə “ankilozlaşmış” və ya “donmuş çiyin” adı verilmişdir. Çiyində ağrı olduğu üçün pasient özündən asılı olmayaraq çiyinini qoruyur. Lakin, çiyin oynağının uzun müddət immobilizasiyası yumşaq toxumalarda yapışmalara gətirib çıxarır və oynaq kapsulunun çəkilib qırışmasına səbəb olur.

Faza 3 – Açılma mərhələsi: 1-3 il
Bu mərhələ ağrı, tutuqluq və hərəkət məhdudlaşmasının yavaş-yavaş azalması, yaxşılaşma mərhələsidir.

Müalicəsi:

Müalicə ağrı və iltihabı aradan qaldırmağa yönəldilməlidir. Bunun üçün ənənəvi olaraq qeyri-steroid iltihabəleyhinə dərman preparatlarından istifadə edilir. Yaş kontingentini və arzuolunmaz reaksiyaları (dərman mənşəli qastropatiya,böyrək çatışmazlığı, ürək-damar sistemi xəstəlikləri) nəzərə alsaq ən çox asiklofenak dərman preparatından (Aertal) istifadə məsləhət görülür. Xəstəliyin inkişaf dərəcəsindən asılı olaraq sutkalıq doza 50-200 mq təşkil edir.

Konservativ müalicə iltihabı azaltmaq və oynağın hərəkətliyini qismən bərpa etmək üçün oynaq daxili kortikosteroid dərman preparatlarının istifadəsi məqsədəuyğun hesab edilir. Bununla yanaşı ağrını azaltmaq məqsədi ilə müxtəlif fizioterapevtik metodlara müraciət edilir ki, bunlara isti və soyuq kompreslər, masaj, TENS, akkupunktura, yüksəktezlikli lazer, zərbədalğalı terapiya və s. metodlar aiddir.

Ağrı sindromu bir qədər azaltdıqdan sonra reabilitoloqun əsaslı nəzarəti altında keçirilən məşğələlər planını tərtib edilir. “Donmuş” çiyin zamanı reabilitoloqun əsas iş prinsipi – mərhələlilikdir. İlk mərhələdə çiyin oynağında hərəkətlər 60 dərəcə diapazonunda həyata keçirilir və tədricən 180 dərəcəyədək artırılır. Hər mərhələdə çiyin əzələlərini aktivləşdirən və onun hərəkətlərini bərpa edən xüsusi məşğələlərdən istifadə olunur.

Orta hesabla “Donmuş çiyin” sindromu 3 ayadək müntəzəm məşğələlər ərzində müalicə olunur. Bu zaman reabilitoloq daima kontrollar keçirir və dinamikanı qeydə alır. 1 ay sistematik işdən sonra müsbət dinamika olmazsa pasiyentə cərrahi müdaxilə haqqında məsələni həll etmək üçün cərrah ortopedə müraciət etməyi tövsiyə edirik.

 donuq ciyin

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur