Yarımçıq diz protezi nədir?

Yarımçıq (Parsiyal, unikondilyar) diz protezləri, aşınmış olan diz oynağınız yalnız bir qisminin protez ilə əvəz olunmasıdır.Bu protezlərdə metalın iki səthi arasında plastik ara parça yerləşir. Cərrahın seçiminə görə bu plastik ara parça hərəkətli və ya sabit ola bilər. Dizin daxili və xarici yarısı üçün müxtəlif dizaynlar mövcuddur.
Yarımçıq (unikondilyar) diz protezi kimin üçün uyğundur?

Oynaqdakı aşınma yalnız məhdud bir bölgədə olan xəstələrdə unikondilyar protezlər seçim edilə bilər. Xəstə yaşının 60 və daha yuxarı olması istənilir, ancaq son illərdə 50 yaşlardakı xəstələrdə də unikondilyar protezler etibarla tətbiq olunmaqdadır. Oynaqdakı aşınma yalnız bir bölgədə olmalı,oynaq qığırdağı, mensk, çarpaz bağlar və yan bağlar möhkəm olmalıdır. Dizdə şəkil pozğunluğu varsa (içə və ya xaricə doğru əyrilik), bunu müayinə zamanı düzəltmək mümkün olmalıdır. Dizində yayılmış qığırdaq aşınması və ya revmatoid artrit kimi yayılmış xəstəliyi olan insanlarda unikondilyar protezler uyğun deyil. Osteonekroz adı verilən, dizin bir bölgəsindəki damarların tıxanması nəticəsində sümük ölümü və çökmə inkişaf edən xəstələrdə da unikondilyar protezlər tətbiq edilir. Bu məhdudiyyətlər göz önünə alındığında dizində artroz (kirəcləşmə, aşınma) olan xəstələrin təxminən 15% -ində unikondilyar protez tətbiq olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur