Ankilozlaşmış spondiloartritdə tövsiyyə olunan idmanlar

 

Ankilozlaşmış spondiloartritdə Tövsiyyə Olunan İdmanlar

1.Əvvəlcə belinizi geriyə uzatma (gərilmə) məşqi etməlisiniz. Əlləriniz və dizləriniz yerə dayayın. Ovuçlarınızın döşəməyə tam toxunmasını təmin etməlisiniz. Və başınız düşsün. Bu vəziyyətdə durarkən belinizi mümkün qədər yuxarıya qaldıra bildiyiniz qədər yuksəltməyə çalışın. Lakin bu yalnız 30 saniyə davam etməlidir. Sonra yenidən belinizi düzəldin və bu hərəkəti təkrarlayın. Unutmayınki əllərinizi və ayaqlarızı tərpətmədən yalnız belinizi hərəkət etdirəcəksiniz.

2. Möhkəm bir stula oturmalı və düz durmalısınız. Qarşıya baxaraqdan düz dayanın, sonra dərin nəfəs alıb, qollarınızı tavana doğru qaldırın. Bu idmanı edərkən başınızı hərəkət etdirməməlisiniz. Nəfəs aldıqdan sonra otuz saniyə gözləyin, daha sonra qollarınızı yenıdən aşağı sallayaraqdan əvvəlki vəziyyətə geri qayıdın. Gündə 5 dəfə bu məşq etmək xəstəliyiniz üçün çox yaxşı faydası olacaqdır. (çiyin gərilməsi)

3. Bir stulda oturun. Ayaqlarınız zəminə toxunacaq bir stul olduğuna diqqət yetirməlisiniz. Başınız düz və qarşıya tərəf baxmalıdir. Başınızı əyməməyə diqqət etməlisiniz, qollarınızı iki yana doğru açın. Ovuc içlərinizi bayira doğru döndərməyə çalışın. Əlini aşağı doğru sallayın və özünüzü gərin. Bu gərginlik zamanı təxminən 30 saniyə gözləyin və bu proseduru 4 dəfə təkrarlayın. (döş qəfəsi açılımı hərəkətləri)

4.Dirsəklərinizi zəminə toxunduracaq şəkildə sərt bir yerə uzanın. Dirsəklərinizi yerə endirmək və aşağı dayanmaq. Ayaqlarınız çiyin ölçüsündə açın və qollarınızı qaldırın. Belinizi yuxarıya doğru qaldırın.Ardınca qalçanızı bacardığınız qədər tavana doğru qaldırın. Bu zaman 30 saniyəyə qədər gözləyin. Hərəkəti 4 dəfə təkrarlayaraq, qalça əzələlərinizi daha da gücləndirəcəksiniz.

5. Ayaqda düz bir şəkildə durun və ya bir stulda oturun. Vücudunuzun və başınızın dik durmasına diqqət göstərməlisiniz. Başınızı ilk olarak sağa doğru çevirin. İçinizdən 30’a qədər sayın və daha sonradan əvvəlki pozisiyaya qayıdın. İndi başınızı sola doğru çevirin və 30 saniyəyə qədər də sola baxın. Bu hərəkəti 4 dəfə təkrarlayın. Bu hərəkəti edərkən sadəcə boyun qisminiz dönəcəkdir. Bədəninizi əsla çevirməməniz, sadəcə başınızı çevirməniz gərəkməkdədir.

6. Əliniz və diziniz üzərində yerdə dayanmalısınız. Əvvəlcə qarın əzələlərini sıxın. Bir ayağınızı qaldırın və onu bədəninizə eyni səviyyə olacaq dərəcədə saxlayın. Çanaq və boynunuz düşməməlidir. Bu zaman 10-a qədər saymaq lazımdır. Sonra ayağınızı və əlinizi aşağı salın. Bu dəfə digər tərəfinizdədə eyni hərəkətləri edin. Bu hərəkəti 10 dəfə təkrarlayın.

Idman hərəkətləri və məşqlər bexterev xəstəliyində (ankilozan spondilitdə) cox əhəmiyyətlidir.

Ankilozlaşmış spondiloartrit olan xəstələr! Edəcəyiniz Çox şey var. Özünüzə qapılaraq həyatdan uzaq durmayın. Xəstəliyiniz barədə interneti araşdırarkən məlumat çirkliliyinə və ya lazımsız qorxuya düşməyin. Xəstəliyinizlə barışıb, onunla yaşamağı öyrənin. Unutmayın ki, sizin kimi eyni xəstəliyə malik milyonlarla insan var. Xəstəliyin genetik meylini nəzərə alaraq, yaxınlarinizda olan bel ağrısı ilə əlaqədar həkiminizə məlumat verin.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur