Boyun Lordozunun düzləşməsi

Onurğanın boyun şöbəsi 7 ədəd fəqərəsindən təşkil olunmuşdur. Boyun fəqərələri beyinə gedən damarlara olan yaxınlığı və onurğa beyninin boyun bölgəsi çox önəmli funksiyaların icrasında rol aldığına görə bir az daha da önəmli və diqqət gərəktirən nahiyyədir.

Boyun fəqərələrinə yandan baxıldığında “C” hərfi şəklində bir bucaq və düzülüş əmələ gətirir. Buna tibbi olaraq servikal lordoz deyilir. Ortalama bir insan başının ağırlığının 7-9 kg. arasında dəyişdiyi düşünülərsə, uzun müddət aşağıya doğru baxaraq oxuma və çalışma, tez–tez ağır yük qaldırmalar, kondensionerli, soyuq və rütubətli mühitdə uzun müddətli işləmək fəqərələrdə vaxt keçdikcə patoloji dəyişikliklərə gətirib çıxaracaqdır. Zamanla “C” şəklində durması gərəkən bu fəqərələr “1” şəklini alır. Hətta daha da ilərləyərsə tərsinə bucaqlanma dediyimiz “tərs C” şəklini almağa başlayır. Bu zaman fəqərələr arası olan disklər və aradan keçən onurğa beyin və sinirlər sıxılmaya məruz qalır. Davamında boyun əzələləri, bağları, arteriyalar, sinirlər bir sözlə boynun arxa qismındəki bütün elementlər gərilir.

lordozBu gərilmə nəticəsində başlayan ağrı əzələlərdə spazma, spazmın artması isə ağrının daha çox artmasına səbəb olur ki, bu da qüsurlu dövranın yaranmasına gətirib çıxarır. Belə ki, arteriyaların gərilməsi ilə arteriyalarin diametri daraldığı üçün beyinciyə gedən qan axını azalır, buna bağlı olaraq baş gicəllənmə, qulaqda səs–küy, göz önündə qara nöqtələrin uçuşması, uğultu, mədə bulantısı, yuxu pozuntusu şikayətləri də əlavə oluna bilər. Ağrı, tutuqluluq və ya baş dönməsi şəklindəki şikayətlər vaxt keçdikcə xronikləşir.

Bundan başqa baş ağrısı, qol ağrısı da olabilir. Hətta, arxada kürək sümüklərinin alt səviyyəsinə, öndə döş qəfəsinə vuran ağrılar müşahidə edildiyindən, xəstələr ürək xəstəsi olduqlarını zənn edərəkdən, yalnışlıqla kardioloqlara müraciət edə bilirlər. Bu problemlərinin qarşısı vaxtında alınmadığında, proses ilərlədikcə boyun lordozundakı düzləşmə fəqərələr arası disklərə çox yük düşməsi və disklərin qidalanmasının pozulmasına səbəb olaraq disklərin degenerasiyasına, ardından zamanla disklərdə protruziya, disk yırtığının yaranmasina gətirib çıxarır.

3 copyGünlük Həyatda Diqqət Etməli

Günlük yaşantının nizamlanaraq, ağrını azaldan və artıran durumlar özünə xatırladılmalıdır:

  1. Ağırlıq qaldırmaması
  2. Ağır işlər görülməməsi
  3. Tərs hərəkətlərdən uzaq olunmalı
  4. Ortopedik boyun yastığı istifadə olunmalı, *(ortopedik yastiq boyun boşluğunu yəni lordozunu tutaraqdan ona dəstək olur.)
  5. Orta sərtlikdə bir yataqda yatılmalı
  6. Uzun müddət eyni pozisiyada qalınmamalı
  7. Məsləyinə görə necə hərəkət etməsini dəqiqliklə bilməli
  8. Ağrıları tamamən keçsə də boyun hərəkətləri hər gün ıardıcil olaraq olunması gərəkliyi vurgulanır.

Diaqnostik müayinələr

Boyun fəqərələrində olan patalogiyalarin aşkar olunmasında rentgen,komputer tomoqrafiya və maqnit rezonans tomoqrafiyadan istifadə olunur.
Boyun lordozunun pozulmasının aşkar olunmasında ilkin olaraq rentgen müayinəsi kifayət edir və fəqərələrin düzülüşü haqqında lazımı informasiyanı verir. Amma xəstədə nevroloji defisitlərin varlığı varsa bu zaman maqnit rezonans tomoqrafiyadan istifadə olunur.

Maqnit rezonans tomoqrafiya onurğa sütunundakı sümük elementlərlə yanaşı olaraq yumşaq toxuma elementləri haqqında tam məlumat verməkdədir. Belə ki qığırdaqlar, bağ elementləri,onurğa beyni,sinir kökcükləri ,damar elementləri və s. digər elementləri dəyərləndirməkdə müalicə taktikasının seçilməsində əvəz edilməz əhəmiyyətə malikdir. Bu müayinə üsulundan xəstə istədiyi qədər il ərzində istifadə edə bilər, şüalanma riski yoxdur.

5 copy

Kompuret tomoqrafiya rentgen şüalari əsasinda fəaliyyət göstərməkdədir, daha cox sümük elementləri barədə informasiya vermədə önəm daşımaqdadır.

Müalicə

Boyun lordozunun düzləşməsi zamani fizioterapiya ,masaj ,akupunktura və konservativ dərman müalicəsindən istifadə olunur.
Fizioterapiya – boyun lordozunun pozulmasında istifadə olunan ən təsirli və zərər verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəsislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əlavə təsirləri olmur. Əsasən gündə bir seans icra olunur. Xəstənin klinikasına, xəstəliyin dərəcəsinə görə seans sayı tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır.
Fizioterapiya sonrasında soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyani əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar. Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq olunmalıdır.Fizioterapiya sonrası 15-20 dəq. istirahət etmək və anidən soyuq havayla təmas etməməkdə və xüsusilə boyun bölgəsindəki oynaqlari və əzələləri, ən azından bir dəsmalla ya da boğazlı paltarla qorumaqda fayda vardır.

Masaj müalicəsi də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəmdir. Ancaq doğru bir şəkildə və bilən mütəxəsislər tərəfindən icra olunduğun da yardımcı bir müalicə metodu olaraq istifadə olununmasi tövsiyyə edilir. Rahatlatıcı, əzələ spazmını azaldıcı, ağrı azaldıcı təsiri vardır. Ancaq, masaj müalicədə tək başına yetərli deyildir.Müalicənin effektiv olmasi üçün fizioterapiyalarla (səthi və dərin qızdırıcılar, elektrik axımları ) birlikdə icra olunması məsləhət görülür.

Boyun lordozunun pozulmasının müalicəsində yayğın olaraq istifadə olunan metodlardan birisi akupunkturadır. Akupunktura da artıq bir fizioterapiya növü olaraq qəbul edilməkdədir. Daha çox ağrının aradan qaldırılmasında effektivdir. Ağrının çox şiddətli olduğu hallarda icra oluna bilinir.Digər fizioterapiya yöntəmləri ilə birlikdə istifadə olunarsa çox müsbət nəticələr alınmaqdadır.

Boyun lordozunun pozulması zamanı xəstələrə çox vaxt antidepressant dərman preparatlarından istifadə edilməsi məsləhət görülür. Xəstələr bu dərmanların lazımsız olduğunu, özlərində psixoloiji problemin olmadığını həqiqətən də boyun ağrısı olduğunu həkiminə etiraz olaraq bildirməyə çalışırlar. Bilinməsi lazim olan budur ki, antidepresant qrup dərmanlar sadəcə psixiatrik narahatlıqlarda verilməməkdədir. Boyun bölgəsini kürək bölgəsinə bağlayan 3 qrup əzələlər vardir. Bu əzələlərə Trapez əzələləri adı verilir. Trapez əzələsinin ən üst bölümü Depressor əzələ olaraq da adlandırılmaqdadır. Bu da o deməkdir ki, stres, kədər, çox işləmək kimi depressiya yarada biləcək hər durumda üst trapes əzələlər gərilib spazma uğrayaraq, boyun ağrısını artırmaqdadır. Bu səbəblə antidepressant dərmanlar müalicədə çox önəmlidir.

romb

Bu üst qrup əzələlərdə “Trigger point” adı verilən, əzələlərin ən həssas olduğu nöqtələr vardır. Bu əzələlərin gərilməsi Trigger nöqtələri həssaslaştıraraq əzələlərdə xroniki bir ağrı hissi yaradır. İcra olunan yanlış və kontrolsuz masaj ya da xəstəyə sadəcə masaj edilməsi da bu nöqtələri tətikləyə bilir. Antidepressantların bir başqa faydası da bu Trigger nöqtələri kövşək və sakit tutaraq baş agrısı, ani təzyiq dəyişilməsi, xroniki əzələ ağrıları və hətta xroniki yorğunluq hissinin yaranmasının qarşısını almış olur.

7

Bəzən xəstələr, doğru mütəxəssis yerinə, masajda, müxtəlif bitkilərdə, boyun çəkdirmə, əl ilə hazırlanmış kremlər sürtmə kimi yöntəmlərlə dərtlərinə çarə axtarmağa çalışırlar.Bu isə irəlidə doğru diaqnozun ,müalicənin gecikməsinə, nəticədə isə mənfi nəticələrə gətirib çixarır. Qeyd etmək lazımdır ki, boyun düzləşməsinın qarşısının alınması və müalicəsi rahat şəkildə həyata keçirilir, ancaq müalicə edilmədiyi təqdirdə ciddi və əməliyyata qədər aparan problemlərə yol açabiləcək önəmli bir mövzuya çevrilir.

Boyun Lordozunun Qorunmasında Nələrə Diqqət Edilməlidir?

Boyun bölgəsi lordoz düzləşməsi problemində, diaqnoz və müalicədən sonra ən önəmli mərhələ qorunmaqdır. Gündəlik həyatda xəstələrin nələrə diqqət etməsi lazım olduğu aşağıda izah olunmuşdur.

Oturaq halda:

  1. Çənənizi (yuxarı deyil) bükülmüş və boynunuzu arxaya doğru çəkilmiş tutun.
  2. Qol dəstəkləri olan sərt stullardan istifadə olunmalıdır.
  3. Oturarkən bütün kürək və çiyniniz stulun arxasına dayayacaq şəkildə dik olsun.
  4. Stulun qollarını qollarınıza dəstək olaraq istifadə edərsinizsə, önə əyilmə sırasında boynunuzda əmələ gələcək olan lüzumsuz yüklənmənin qarşısını almış olursunuz.

8

BİR ŞEYİ QALDIRARKƏN, BİR ŞEYƏ UZANARKƏN:

  1. Qaldırmağı uyğun bir şəkildə edin. (Dizlərinizi bükün, yükü vücudunuza yaxın tutun və qalxmaq üçün ayaq əzələlərinizi istifadə edin)
  2. Ani hərəkətlərdən qaçın
  3. Ağırlığı gövdənizə yaxın tutun və heç bir şeyi bel səviyyəsindən yuxarı qaldırmağa çalışmayın
  4. Başınızın səviyyəsindən yüksək bir yerə uzanmanız gərəklidirsə hər hansı bir ayaqaltı hündür vasitədən (stul) istafadə edin
  5. Uzun müddət uzanmaqdan və yuxarıya baxmaqdan uzaq olun

 9

İŞLƏYƏRKƏN :

Çox oturaq vəziyyətdə işləməyin

  1. Əgər bütün gün masa arxası çalışırsınızsa; fürsət olduqca qalxıb dolaşın.
  2. İş arası fasilələrdə idmanları bir iki dəfə etməniz faydalı olacaqdır.

AYAQ ÜSTÜ:

  1. Çənənizi (yuxarı deyil) bükük və boynunuzu arxaya doğru çəkilmiş tutun
  2. Belinizin düz durmasına çalışın
  3. Dizlərinizi bükmədən önə doğru əyilməyin. Bu şəkildə boyun və çiyinlərinizi arxaya və dik tuta bilmənizi rahatlaşdıracaqdır

10

YATARKƏN:

  1. Üzü üstü yatmayın. Yan böyrüstə yatmaq daha faydalıdır
  2. Baş və boynunuza yastığınız yardımıyla normal bir duruş verərək və qollarınızı aşağıda tutun
  3. Əgər arxası üstə yatmaq istəyirsinizsə yastığınızı baş və boynunuzun altına gələcək şəkildə qoyun. Yastıq baş və boynunuzu tam şəkildə dəstəkləməlidir.
  4. Boynunuzun gərgin durmasından uzaq olun.
  5. Sərt ortopedik yataq istifadəsi tövsiyyə edilir
  6. Yumşaq yastıq istifadə etməyin. Normal sərtlikdə yastıq istifadəsi tövsiyyə olunur.

11

SÜKAN ARXASINDA

  1. Maşında yüksəkdə oturun.
  2. Oturacağınız sərt olmalı, sükanın üzərindən baxmaq üçün gərilmə və əyilmənizi gərəktirməyəcək şəkildə nə çox alçaq nə də çox geridə olmalıdır.
  3. Boynunuzu dəstəkləmək için poliuretan bir yastıq faydalı ola bilər. Yastıq 1-2 sm. qalınlığında, sırtınız genişliyində və çiyinlərinizin səviyyəsinə qədər olmalıdır.

12

İSTİRAHƏT HALINDA:

  1. Televizor seyretmək üçün divanda uzanmayın. Sərt bir kreslo və ya stul istifadə edin.
  2. Oxuyarkən başınızı dəstəkləmək üçün yumşaq yastıq istifadə etməyin.

İdmanlar

Günlük həyatda duruş və çalışma pozisiyalarımıza diqqət etmək tək başına kifayət etmir. Ola biləcək stress və ağır yük durumlarına qarşı boyun bölgəsi və ətraf əzələləri hər an güclü və sağlam olması üçün xüsusi idmanlar hər gün və diqqətli bir şəkildə icra olunmalıdır. Sadə və bir o qədər də faydalı idmanların bir neçəsini bu şəkildə sıralaya bilərik:

  1. Hər iki əlin ovuc içi alına dəstəklənir, ardından boyunda heç bir hərəkət olmayacaq şəkildə ovuc içi və alın bir birinə doğru basdırılır

111

Sağ əlin ovuc səthi ilə yanaqlar nahiyyəsindən başa sola tərəf təzyiq olunur,baş ilə isə əksinə sağa tərəf təzyiq olunuraq müqavimət göstərilir.(eyni prosedura sol əllədə əks tərəf doğru icra olunur.)

112

Son olaraq bu hər iki əli istifadə edərək başin dönmə hərəkətinə qarşi müqavimət göstəriləcək şəkildə hər iki yöndə də harəkət təkrarlanir.

113

Boyun Lordoz Düzləşməsini Azaldan Ən Vacib İdmanlar:

1.Basın arxasına qoyulan dəsmalın hər iki ucundan tutulur. (dəsmal başın ən şişkin yerinə qoyulmalıdır.) Dəsmal önə doğru çəkilərkən baş da eyni zamanda arxaya doğru aparılır, ancaq başın daima düz olmasına diqqət edilməlidir.

13

Düz bir yerə uzanılaraq boynun altına rulon halında bir dəsmal qoyulur. Başın pozisiyası heç dəyişmədən ənsə bölgəsi ilə dəsmal əzilməyə, sıxışdırılmaya çalışılır.

14

İdmanların ardıcıl, mütəmadi olaraq edilməsi yavaş və düzgün olaraq icra olunması da çox önəmlidir. Sürətli və natamam olunan idman məqsədə çatdıramayacağı qədər, bir o qədər də istənməyən zərərlər də verə bilir. Unutulmaması gərəkən, idmanlar bir an öncə qurtarılmasi lazim olan ev tapşırığı deyil, əksinə müalicənin önəmli bir parçasıdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur