Onurğa beyni qan dövranının pozulması

Onurğa beyni qan dövranının pozulması – o qədər də geniş yayılmadığına baxmayaraq, insan üçün olduqca təhlükəli və ağır bir xəstəlikdir. Onurğa beyninin qan dövranının pozulmaları – onurğa beynini təchiz edən qan damarlarının patologiyaları və ya ekstravazal kompressiyası nəticəsində yaranan kəskin və xroniki qan dövranı xəstəlikləridir. Serebrospinal qan dövranının pozulmasının klinik təzahürləri olaraq: para və tetraplegia, parez, hissiyyatın müxtəlif növ pozulmaları, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması çıxış edə bilər. Onurğa beyninin damar pozuntularının diaqnostikasında onurğanın KT və MRT, angioqrafiya, serebrospinal mayenin analizi, elektroneyromioqrafiya (ENMQ) və digər metodlardan istifadə olunur.

Onurğa beyni qan dövranı pozulmaları, baş beyni qan dövranının pozulmalarına nisbətən əhəmiyyətli dərəcədə az rast gəlinən bir patologiyadır. Əgər onurğa beyni ilə baş beynin kütlə nisbətini (təxminən 1: 47-ə bərabər olur) nəzərə alsaq, bunun səbəbi aydın olur. Mərkəzi sinir sisteminin hemodinamikasının bütün kəskin pozulmaları arasında, spinal insultlar cəmi 1-1,5% hallarda baş verir. Çox vaxt bu xəstəlik, 30-70 yaş arasında olan şəxslərdə rast gəlinir. Kişilər və qadınlar eyni dərəcədə bu xəstəliyə məruz qalırlar. Spinal insultların böyük əksəriyyəti işemik təbiətli olur. Zədələnmələrin böyük bir hissəsi bel və aşağı-döş onurğa seqmentlərinin payına düşür.

Spinal insult, işemik və hemorragik olmaqla, 2 növə ayırd edilir.

Onurğa qan dövranını normallaşdırmaq üçün dərman müalicəsi, bəzən isə – onurğa beyninin cərrahi revaskulyarizasiyası aparılır. Konservativ terapiya insultun növünə uyğun olaraq fərqli şəkildə aparılır. Trombun, anevrizmanın çıxarılması və damarın bütövlüyünü bərpa etmək məqsədilə cərrahi müdaxilə tələb olunur. Pozulmuş funksiyaları bərpa etmək üçün reabilitasiya tədbirləri aparılır.

Spinal insult, olduqca ağır vəən erkən bir müddət ərzində xəstəxanaya yerləşdirilməsini, kifayət qədər uzun bir müalicə tələb edən ciddi bir xəstəlikdir. Son nəticədə spinal insultəmək qabiliyyətinin uzun müddətə itirilməsinə vəəlilliyə gətirib çıxara bilər.

Onurğa beyninə qanla təchizatı haqqında ümumi məlumat

Onurğa beyninin qan təchizatı 2 hövzədən həyata keçirilir: onurğa-körpücükaltı və aorta hövzələrindən. Onurğa-körpücükaltı hövzə, onurğa beyninin yuxarı şöbələrini: boyunvə Th3-ə (üçüncü torakal seqment) qədər döş seqmentlərini qanla təchiz edir. Aortal hövzə isə, Th4 və ondan aşağıdakı döş seqmentlərini, bel, oma-büzdümseqmentləriniqanla təchiz edir. Onurğaarteriyasından, körpücükaltıarteriyadan və aortadan kökcük-spinal arteriyaları ayrılır ki, onlar da bütün onurğa beyni boyu davam edən ön onurğa arteriyasını və 2 arxa onurğa arteriyalarını formalaşdırır.

Onurğa beyninin qan təchizatı çox variantlıdır, kökcük-spinalarteriyalarının sayı 5-16 arasında dəyişir. Ən iri ön kökcük-onurğa arteriyası (diametri 2 mm-ə qədər) bel qalınlaşması arteriyası və ya Adamkeviç arteriyası adlanır. Onun sıradan çıxması, ağır simptomlarla xarakterizə olunan bir klinik mənzərənin inkişafına səbəb olur. 1/3 halda Adamkeviç arteriyası, 8-10-cu döş seqmentindən başlayaraq, bütünlüklə onurğa beyninin aşağı hissəsini qidalandırır. Bəzi hallarda, belqalınlaşması arteriyasından başqa, digər arteriyalar da mövcud olur: aşağı torakal kökcüklərdən biri ilə daxil olan kiçik bir arteriya və V bel və ya I oma kökcüyü ilə daxil olan, onurğa beyninin konusunu və epikonusunu qanla təchiz edən – Deproj-Qotteron arteriyası.

Ön onurğa arteriyasısistemi, onurğa beyni diametrinin 4/5 hissəsini:ön və yan buynuzları, arxa buynuzların əsaslarını, Klark sütünlarını, önvə yan sütunları, arxa sütunların ventral bölmələrini qanla təmin edir. Arxaonurğa arteriyaları – arxa sütunları və arxa buynuzların yuxarı hissəsini qanla təmin edir. Sistemlər arasında anastomozlar mövcuddur.

Onurğa beyninin angioarxitekturasını (quruluşunu) bilmək,onda yaranmış qan dövranı pozuntularının exanizmlərini və klinik diaqnozu anlamaq üçün olduqca vacibdir.

Etiologiya

Onurğa beyninin qan təchizatının pozulmasına gətirib çıxaran bir çox səbəblər vardır. Xəstələrin əksəriyyətində onurğa beyinin işemik zədələnmələri (miyeloişemiya) və yalnız nadir hallarda qansızmalar (hematomiyeliyalar) inkişaf edir.

Spinal qan dövranının pozulmalarınınbütün səbəblərini aşağıdakılara ayırd etmək olar:

Birincili damar zədələnmələri – miyeloişemiyanın təxminən 20% hallarının səbəbi olur. Bu zaman xəstəliyin əsasında damarın özünün patologiyası dayanır:

  • ümumi somatik xəstəliklər – ateroskleroz, arterial hipertoniya, kəskin ürək çatışmazlığı, miokard infarktı və
  • damar patologiyalarıvə damar anomaliyaları – anevrizmalar, stenozlar, tromboz, emboliya, damarların əyriliyi və ilgəkvari olması, varikoz;
  • vaskulit – infeksion-allergik, sifilis mənşəli, HİV infeksiyası vəəticəsində.

İkincili damar zədələnmələri –miyeloişemiyanın təxminən 75% hallarının səbəbi olur. Bu zaman xəstəliyin əsasında xarici proseslər dayanır:

  • fəqərə sütununun xəstəlikləri – osteoxondroz, spondilolistez, vərəm spondiliti, anadangəlmə sinostoz;
  • baş beyin xəstəlikləri – araxnoidit, leptopaximeningit;
  • fəqərə sütununun şişləri

Digər səbəblər:

  • travmalar (o cümlədən, cərrahi müdaxilələr nəticəsində baş verənlər də daxil olmaqla –məsələn, kökcük-onurğa arteriyasının kəsişməsi ilə radikulotomiya, aortanın plastikası) – miyeloişemiyanın təxminən 5% hallarının səbəbi olur;
  • qan xəstəlikləri: hemofiliya, leykemiya, koaqulopatiya, trombositemiya. Qanın hemostatik mexanizmlərin və reoloji xüsusiyyətlərinin pozulması ilə müşayiət olunur. Hemorragik spinal insult, kiçik bir damar zədələnməsi səbəbindən baş verən qanaxma, işemik spinal inslt – güclənmiş trombəmələgəlmə nəticəsində yaranır;
  • endokrin xəstəliklə

Patogenez

Damarda qanın keçməsinin yerli pozulmaları (damarların obstruksiyası, kompressiyası, spazmı, partlaması səbəbindən), hipoksiyaya (oksigen açlığı), qan təchizatısahəsində neyronlarda maddələr mübadiləsinin pozulmasına, qansızma zonasının yaranmasına səbəb olur. Kəskin inkişaf zamanı, bu pozuntuların kollateral qan dövranı, metabolik yenidənqurulmailə kompensasiya edilməyə imkan tapmır. Bunun nəticəsində, onurğa beyninin müəyyən bir nahiyəsindəneyronların disfunksiyasımeydana gəlir. Sonradan geridönməz bir nevroloji çatışmazlığın meydana gəlməsi ilə nekroz zonasına (neyronların məhvi) çevrilən işemiya / hemorragiya zonası əmələ gəlir.

Onurğa beyni qan dövranı pozulmalarının təsnifatı

Onurğa beyni qan dövranının pozulmaları, gedişinəvə xarakterinə görə aşağıdakı növlərə ayırd olunur:

1. Onurğa beyni qan dövranı çatışmazlığının başlanğıc təzahürləri.

2. Onurğa beyni qan dövranının kəskin pozlmaları: tranzitor (keçici) – beyin-beyin qan dövranının qəfil pozulması, meydana çıxdığı andan sonra ilk sutka ərzində bütün simptomlar yox olur: “düşən damla” sindromu, Unterharnşeydt sindromu, miyelogen fasiləli axsama, kaudogen fasiləli axsama;

3. Xroniki – uzun müddət davam edən və tədricən inkişaf edən: xroniki miyeloişemiya.

4. Onurğabeyni qan dövranının pozulmalarınınxarakteriaydınlaşdırılmamışdır.

Simptomlar

Onurğa beyni qan dövranının keçici (tranzitor) pozulmaları – onurğa beyni funksiyalarının 24 saat ərzində bərpa olunan, olnurğa beyni qan dövranının kəskin pozulmasının hissiyyat pozulmaları (və ya onlar olmadan) ilə birgə paraparez və ya iflic, kiçik çanaq üzvlərinin funksiyalarının pozulması (və ya onlar olmadan) şəklində təzahür edən simptomlardır. Spinal qan dövranının müvəqqəti pozulmalarının aşağıdakı növ kliniki təzahürləri mövcud olur:

“Düşən damla” sindromu – başı geri dartanvə ya kəskin şəkildə döndərən zaman meydana gələn onurğa beyni qan dövranının müvəqqəti pozulmasıdır. Bu halda xəstə, qəflətən ətraflarında yaranan kəskin bir zəiflik səbəbindən yıxılr, lakin bu zaman huşitirmə baş vermir. Çox vaxtboyun və ənsə nahiyələrində ağrı olur. Bir neçə dəqiqədən tutma sona çatırvə ətraflarınəzələlərində güc bərpa olunur. Lakinxəstə başınınövbəti dəfə kəskin döndərdikdə, tutma təkrarlana bilər. Bu cür vəziyyətlər onurğa beyninin boyunseqmentlərinin işemiyası səbəbindən meydana gəlir və boyun nahiyəsindəki onurğa arteriyalarının yüksək ifadə olunmuş aterosklerotik zədələnmələri, onurğa sütununun boyun şöbəsində ağır degenerativ-distrofik dəyişikliklər zamanımüşahidə olunur.

Unterharnşeydt sindromu – “düşən damla” sindromuna bənzər bir klinik mənzərəyə malikdir, lakin huşitirmə ilə xarakterizə olunur. Ətraflarda qəfil zəiflik tutması, başıkəskin döndərərkən baş verir və 2-3 dəqiqəərzində huşun itirilməsi ilə müşayiət olunur. Tutmadan sonra xəstənin huşu,​​əzələ gücündən bir qədər əvvəl bərpa olunur və o, oyandıqdan sonra qolunu və ya ayağını tərpədə bilmir. 3-5 dəqiqədən sonra hərəkətlər bərpa olunur, bədən boyu zəiflik hissi qalır. Unterharnşeydt sindromu, onurğa beyni qan dövranının işemik pozuntularının təkcə onurğa beyninin boyun seqmentlərini deyil, həm də yuxarıdan onlara bitişik olan beyin kötüyünətəsir edərkən meydana gəlir.

Miyelogen fasiləli axsama–aşağı ətraflarda tutmaşəkilli zəiflik olub, onların keyləşməsi, bəzi hallarda isə, qəfil və güclü bir şəkildə sidik və ya nəcis ifrazı etməyə qəfləti və güclü bir çağırışla müşayiət olunur. Tutmalar fiziki yüklənmələr zamanıvə ya uzun məsafələri qət edərkən baş verir. 10 dəqiqəlik istirahətdən sonra bütün simptomlar aradan qalxırvə xəstə öz yoluna davam edir. Bu cür xəstələr yeriyərkənayaqlarının tez-tez çevrilməsiniqeyd edirlər. Spinal qan dövranının pozulmasının bu variantı, tez-tez onu müşayiət edən bel ağrıları (lumbalgiya) və ya oturaq siniri boyunca ağrıları (lümboişialgia) fonunda inkişaf edir. Bu halda, o, onurğa sütununun bel şöbəsində osteoxondroz və fəqərəarası disk yırtığının kökcük-onurğa arteriyalarından birini sıxması səbəbindən yaranır.Daha nadir hallarda, fasiləli axsama qarın aortasının şaxələrinin aterosklerotik zədələnmələrivə ya spinal vaskulit səbəbindən meydana gəlir.

Kaudogen fasiləli axsama – yeriyərkən keyimə, “iynə batması” və “qarışqa gəzməsi” hissiyyatı şəklində paresteziya tutmalarıilə təzahür edir. Paresteziyalar ayaqların distal hissələrində başlayır, daha yüksək səviyyəyə qalxır, qasıq nahiyəsinivə cinsiyyət orqanlarını əhatə edir. Xəstə yeriməyə davam etməyəyə cəhd göstərdikdə, o zaman ayaqlarında kəskin bir zəifliyin olmasını qeyd edir. Qısamüddətlibir istirahətdən sonra bütün bu simptomlar yox olur. Bu tip beyincik dövranı pozulması,bel səviyyəsindəonurğa kanalının daralması üçün xarakterikdir. Bəzi hallarda, ayaqların zəifliyi və ağır paresteziya ilə xarakterizə olunan birləşmiş miyelogen və kaudogen fasiləli axsama rast gəlinir.

Onurğa beyni qan dövranının xroniki çatışmazlığı – müvəqqəti (tranzitor) pozuntularla başlaya, sonradan sabit bir üzvi mərhələyə keçə və işemik insultla başa çata bilər. Bu, pozulmuş onurğa beyni qan dövranının subkompensasiya olunmuşvə ya dekompensasiya olunmuş mərhələləri iləəlaqələndirilir. Subkompensasiya mərhələsində hərəki pozuntuları (spastik, atrofik və qarışıq parezlər) qeyd olunur ki, bəzən bu simptomlara hissiyyatın və sfinkterlərin funksiyalarının davamlı olmayan pozulmaları da qoşulur. Bu zaman xəstələr, öz hərəki qabiliyyətlərini saxlamış olurlar. Dekompensasiya olunmuş mərhələdə hərəki pozuntular, spastik, atrofik və ya qarışıq para- və tetraparezlərin olması şəklində daha aydın təzahür edir. Bu hal, daha sabithissiyyat və sfinkter pozuntuları ilə müşayiət oluna bilər. Belə xəstələrin tez-tez köməyə ehtiyacı olur.Aşağıda əsas sindromlar qeyd edilir:

  • amiotrofik -ətrafların proksimal hissələrində yüksək dərəcəliəzələ atrofiyaları, hissiyyatpozuntuları;
  • spastik-atrofik -ətrafların birində zəiflik və atrofiya, sonradan əks tərəfə keçir.Əllərdə atrofiyanın, ayaqlarda isə spastiklikliyin tədricən artması, bəzən isə bulbar sindrom qeyd edilir. Hissiyyat pozutularızəif təzahür edir;
  • spastik -əllərdə və ayaqlarda uyuşma və yöndəmsizlik, oynaqlarda ağrılarla başlayır. Sonradan spastik tetraparez inkişaf edir. Hissiyyat pozlmalarıkaudal istiqamətdə inkişaf edir, sonrakı mərhələlərdə – kiçik çanaq üzvlərinin funksiyalarının pozuntuları meydana gəlir.

Miyelopatiyanın bütün formaları üçün hərəkət pozuntularının hissi pozuntulara nisbətən üstünlük təşkil etməsi xarakterikdir.

Xəstəliyin gedişi uzun müddət sabit qala bilər, letal sonluq isə, tənəffüs və ürək-damar sistemlərində yaranmışfəsadlar və ya digər sağalmaz xəstəliklər nəticəsində baş verə bilər.

İşemik onurğa beyni insultu – Kişilərdə və qadınlarda eyni dərəcədə rast gəlinir. Çox vaxt bu xəstəlikdən 50 yaşdan yuxarı insanlar əziyyət çəkir, çünki onunəsas yaranma səbəbi onurğanın patologiyalarıdır.

Onurğa beyninin işemik insultunun bir neçə mərhələsi var:

5. Uzaq və yaxın öncədən xəbərvermə mərhələsi -infarktın inkişaf etməsindən bir neçə gün və ya həftə əvvəl, xəstəni ayaqlarında və ya əllərində qısamüddətli və keçici zəiflik şəklində hərəki pozuntularnarahat etməyə başlayır (bu, onurğa-körpücükaltıvə ya aorta hövzəsində məhz hansı damarın zədələnməsindən asılı olur). Zədələnmiş ətraflarda hissiyyat pozuntuları da: keyimə, “qarışqa gəzməsi” hissiyyatı, üşümə, yanma hissi, sadəcə olaraqəzələlərdə xoşagəlməz hissiyyat aşkar edilir. Bəzən sidik ifrazına imperativ çağırışlar, sidik ifrazınınləngiməsi və ya əksinə, tezləşməsi dəola bilər. Xəstəni, hissi kökcüklərin və onurğa beyni qişalarının qidalanmasının pozulması iləəlaqədar, fəqərə sütunu nahiyəsində yaranan və sonradanyuxarı və ya aşağı ətraflara keçən ağrılar narahat ola bilər. İnsultuninkişafıilə ağrı yox olur, bu da zədələnmişərazidə ağrı impulslarının ötürülməsindəfasilənin yaranması iləəlaqəli olur. Çox vaxt meyletdirici amillər: alkoqol istifadəsi, həddən artıq fiziki yüklənmələr, istiyə məruzqalma, onurğa sütununda kəskin hərəkətlər aşkar edilir.

6. İnfarktın inkişafı mərhələsi – bir neçə dəqiqə və ya bir neçə saat ərzindəətraflarda şiddətli əzələ zəifliyi (parez) inkişaf edir, bu ətraflarda hissiyyat itir, kiçik çanaq üzvlərinin fuksiyalarının kəskin dərəcəli pozulması meydana gəlir.Ağrı sindromu yox olur (səbəbləriyuxarıda təsvir edilmişdir). İnsultzamanırefloktor olaraq, baş beyində zədələnməəlamətlərinin: baş ağrısı, başgicəllənmə, huşitirmə, ürək bulanması və ümumi zəiflik müşahidə edilə bilər.Onurğa beyninin bu və ya digər nahiyəsinin zədələnməsinin kliniki şəkli, zədələnmiş damarın lokalizasiyasından asılı olur.

7. Sabitləşməvə geriyə inkişaf mərhələsi – simptomların inkişafı dayandırır və adekvat müalicə fonunda geriyə inkişaf edir.

8. Rezidual hallarmərhələsi – insultun qalıq halları.

Onurğa beyninin hansı nahiyəsinin zədələnməsinə əsasən, aşağıdakı klinik sindromlar ayırd edilir:

  • ən yuxarı hissələrdə ön onurğa arteriyasının zədələnməsi zamanı – spastik tipli tetraparez, bütün ətraflarda ağrı və temperatur hissiyatınınnın pozulması, V və XII cüt kəllə-beyin sinirlərinin zədələnməəlamətləri;
  • yuxarı boyun seqmentləri nahiyəsindəön onurğa arteriyasının zədələnməsi zamanı–yuxarıda təsvirəllə-beyin sinirlərinin zədələnməsi
  • piramidaların kəsişməsinahiyəsində ön onurğa arteriyasının zədələnməsi zamanı – krusiat hemiplegiya: patoloji ocaqtərəfində əlin, əks tərəfdə isə – ayağın parezi;
  • subbulbar Opalski sindromu – patoloji ocaq tərəfində ətrafların parezi; sifətdə hissiyyatın pozulması; ataksiya və bəzən Klod-Bernard-Horner sindromu (ptoz, mioz, enoftalm). Əks tərəfdə – ətraflarda və gövdədə səthi hissiyyatın pozulması;
  • Yan amiotrofik skleroz (YAS) tipli sindrom – yuxarı ətrafların periferik və ya qarışıq parezi, aşağı ətrafların spastik parezi, çiyin qurşağı əzələlərinin qeyri-iradi səyrimələri mümkündür;
  • Personeyc-Terner sindromu – yuxarı ətraflarda şiddətli ağrılar, bu ağrılardan sonra iflic baş verir. İflicin inkişafından sonra, ağrılar yox olur;
  • ön işemik poliomielopatiya sindromu – bir və ya hər iki əlin periferik parezi;
  • işemik psevdosirinqomyelia sindromu – səthi hissiyyatın seqmentar pozulmalarıvəəzələlərin yüngül dərəcəli parezi;
  • ön və yan ciyələrin kənar zonasının işemik sindromu – ətrafların spastik parezi, beyincik ataksiyası, hissiyyatın bir qədər zəifləməsi;
  • yuxarı əlavə kökcük-onurğa arteriyasının (orta döş seqmentləri) zədələnməsisindromu – ayaqların spastik parezi, məmələr səviyyəsindən aşağı ağrı və temperature hissiyyatının pozulması, sidik ifrazının ləngimə tipində pozulması;
  • Broun-Sekar sindromu –zədələnmə nahiyəsindən aşağıda, patoloji ocaq tərəfində hərəki pozuntular və dərin hissiyyatın pozulması, əkstərəfdə isə – ağrı və temperatur hissiyyatının pozulması;
  • Adamkeviçarteriyasıpatologiyası – hər iki ayağın parezi, aşağı-döş seqmentlərdən başlayaraq, bütün növ hissiyyatın pozulması, kiçik çanaq üzvlərinin disfunksiyası. Yataq yaralarısürətlə inkişaf edir;
  • Iflicedən işias sindromu – aşağıəlavə kökcük-onurğa arteriyasının (Deproj-Qotteron arteriyası) zədələnməsi zamanı.Adətən,uzun sürən bir bel-oma radikulitinin fonunda inkişaf edir. Pəncənin sallanması ilə baldırəzələlərinin iflici şəklində təzahür edir. Parezinin inkişafı ilə ağrı yox olur. Həmçinin, belvə ya oma seqmentlərisəviyyəsindən başlayaraq, hissiyyatın pozulması da müşahidəə zamanı Axill refleksləri aşkar edilmir;
  • konusun zədələnməsi sindromu (aşağı omaseqmentləə nəcisi saxlaya bilməmək olur; Xəstələr təbbi ehtiyaclarını ödəmək çağırışınıhiss etmirlər, sidik və nəcis keçməsini duymurlar;
  • arxaonurğa arteriyasının patologiyası (Uilliamson sindromu) – ətraflarda sensitiv ataksiya ilə birgə dərin hissiyyatın pozulmasıvə həmin ətraflarda mülayim dərəcəliparez inkişaf edir.

Onurğa beyninin damar sisteminin quruluşunda çoxsaylı variantların olması, zədələnmə ocağının diaqnostikasında çətinliklər yaradır, lakin savadlıbir mütəxəssis hər zaman düzgün diaqnoz qoya bilər.

Hemorragik onurğa beyni insultu- Hemorragik insultları, lokalizasiyasına görə 3 qrupa bölmək olar:

hematomiyeliya;
spinal subaraxnoidal qansızma;
epidural hematoma.

9. Hematomiyeliya – onurğa beyninə, daha çox onun bozmaddəsinə qansızmadır. Hematomiyeliya, çox vaxt qansızma nahiyəsində hissiyyatın seqmentar tipli pozuntuları və süst iflic; zədələnmə səviyyəsindən aşağı isə,hissiyyatın naqil tipli pozulmaları, mərkəzi parezlər və kiçik çanaq üzvlərinin disfunksiyasıilə müşayiət olunur.

Hematomiyeliya zamanı,gövdədə kəmərvarixarakterli kəskin ağrılarla birgə, bir və ya bir neçəətrafda iflicin inkişafımeydana gəlir. İfliclər çox vaxtperiferik (süst) xarakter daşıyır. Bu ətraflarda həmçinin, ağrı vətemperatur hissiyyatının pozulması müşahidə edilir. Kütləvi qansızmalar zamanı, hissiyyatın pozulmasıvəkiçik çanaq üzvlərinin disfunksiyası ilə birgə tetraparez inkişaf edə bilər. Klinik simptomların kombinasiyası,işemik insultda olduğu kimi, olduqca müxtəlif ola bilər. Hematomanın ölçüləri böyük rol oynayır: kiçik ölçülü hematomalar müalicə nəticəsində özündən sonra heç bir iz qoymadan aradan qalxabilər; böyük ölçülü olanlar isə həmişə qalıq əlamətləri saxlayır.

10. Spinal subaraxnoidal qansızma (hematoraxis)–hemorragik onurğa beyni insultunun nisbətən nadir rast gəlinən bir növüdür və müxtəlif şəkildə təzahür edə bilir. Aparıcı simptom, təhrikedici bir amildən sonra qəfildən başlayan ağrıdır. Ağrı hissi, prosesin lokalizasiyasından asılı olaraq, kəmərvari xarakter daşıya, onurğa boyunca və ya ayaqlara yayılankəskin ağrılar şəklində təzahür edə bilər. Daha sonra, bir neçəsaat keçmiş, ümumi beyin əlamətləri: baş ağrısı, ürəkbulanma, qusma, bradikardiya, mülayim stupor, keylik də prosesə qoşula bilər. Bu zaman Kerniq meningeal simptomu, çox vaxt Lasseq dartılma simptomuilə müşayiət olunur, ənsə əzələlərinin sərtliyi isə ümumiyyətlə müşahidə edilmir.

Ocaqlısimptomlar onurğa beyni qişalarına qansızma zamanı, onun inkişafından əvvəl və ya müəyyən müddət sonra meydana çıxa bilər və patoloji ocağın lokalizasiya səviyyəsindən asılı olur:

  • prosesin boyun və döş yerləşməsi zamanı, mərkəzi tetra və ya paraparez şəklində hərəki pozulmalar, naqil tipli hissiyyat pozulmaları və bəzən kiçik çanaq üzvlərinin mərkəzi tipli disfuksiyaları üstünlük təşkil edir;
  • proses onurğa kanalının aşağı hissəsində yerləşdikdə, at quyruğunun zədələnməsinin klinik mənzərəsi qeyd olunur.

Spinal subaraxnoidal qansızmaresidivlərə meylli olur. Əksər xəstələrdə, o, etioloji amil aradan qaldırılanaqədər 2 dəfədən 6 dəfəyə qədər təkrarlanır. Lümbal punksiyada serebrospinal mayedəqanın aşkar edilməsi, xəstəliyin diaqnostikasında mühüm rol oynayır.

Bu zaman onurğa beyninin subaraxnoidal boşluğuna qansızma baş verir.Daha çox halda, hematoraxisinsəbəbi anormal bir damarın (anevrizma, malformasiya) partlaması, onurğa beynininvə ya fəqərə sütununun travmaları olur. Ağrı – periodik, pulsasiya edən, “xəncərvari” ola bilər, bir neçə gün və ya hətta həftə davam edir.

Epidural hematoma – klinik şəkili aşağıdakı simptom qrupundan ibarətdir:

  • fəqərə sütunu nahiyəsində kəskin lokalağrılar. Bu ağrı, monotip, təkrarlanmağa meylli olur. Remissiya bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilir;
  • kökcük ağrısı;

Spinal qan dövranının pozulmalarının nevroloji ağırlaşmalarına – onurğa beyninin ödemi, somatik ağırlaşmalara isə – yataq yaraları, sidik yollarının ikincili infeksiyaları və sepsis daxildir.

Diaqnostika

Diaqnostik tədbirlər anamnezin toplanmasından başlayır. Öncədən xəbərvermə mərhələsi, kəskin / yarımkəskin başlanğıc, simptomların inkişaf ardıcıllığı diaqnozun müəyyən edilməsində çox vacibdir. Nevroloji müayinə zamanı müəyyən edilmiş hərəki / hissi çatışmazlıq, nevroloqa topik diaqnozu təhmin etməyə imkan verir, onurğa beyni qan təchizatının fərdivariantlarının müxtəlifliyi, damarın okklüziyasınıvə ya partlamasının dəqiq yerini müəyyənləşdirməyi çətinləşdirir. Diaqnozu dəqiqləşdirmək üçün instrumental müayinələr aparılır:

Onurğa sütununun tomoqrafiyası.Kompüter tomoqrafiyası –fəqərələrin yerdəyişməsini və zədələnməsini, sümük qəlpələrinin vəərin mövcudluğunu, fəqərəarası yarığın daralmasını müəyyən etməyə imkan verir.Fəqərə sütununun MRT-si – onurğa beyninidaha yaxşı görüntüləyir; fəqərəarası disk yırtığı, onurğa kanalının kompressiyası, onurğa şişi, hematomanın diaqnozunu qoymağa kömək edir.

Lümbal punksiya. Xəstələrin 30% -də serebrospinal mayenin müayinəsi anormallıq aşkar etmir. Patologiyanın inkişaf mərhələsində,əksər xəstələrdə zülalın konsentrasiyasının 3 q / l-ə qədər artması, 1 mkl-də 30-150 hüceyrə dərəcəsində pleositozmüşahidəərkibində eritrositlərin meydana gəlməsi ilə müşayiət olunur.
Spinal angioqrafiya. Anevrizma, malformasiya, tromboz, damarın kənardan sıxılmasını müəyyən etmək üçün aparılır. Döşvə bel şöbələrindəə, lakin daha az informativ bir müayinə metodu – aortanın vəələrinin ultrasəs doppleroqrafiyası (USDQ) metodudur.

ENMQ (elektroneyromioqrafiya). Ayrı-ayrıəzələlərin innervasiyasının klinik olaraqdiaqnozu qoyula bilinməyən pozuntusunun aşkar olunmasıüçün lazımdır.
Səbəb ola biləcək fonpatologiyasını müəyyən etmək üçün göstərişlərə əsasən: terapevt, kardioloq, endokrinoloq, hematoloqun və digər mütəxəssislərin konsultasiyası aparılır.

Qanın şəkər, lipoprotein səviyyəsi, xolesterinə görə müayinəsi, koaquloqramın aparılması da diaqnozun dəqiqləşdirilməsinə köməklik göstərir.

Diferensial diaqnoz

Onurğa beyni qan dövranının pozulmasının diferensial diaqnostikası, aşağıda sadalanan xəstəliklərlə aparılmalıdır:

  • kəskin miyelit;
  • infeksion miyelopatiya;
  • sirinqomiyeliya;
  • epidural abses.

Spinal insultun hemorragik və ya işemik təbiətli olmasının dəqiqləşdirilməsi, müalicə taktikasını təyin etmək üçün vacibdir.

Müalicə

Müalicə taktikası, patoloji prosesin dəqiq təbiətini vəlokalizasiyasını müəyyən etdikdən sonra təyin olunur. Onurğa beyni qan dövranının pozulmasının müalicəsi, konservativ və cərrahiüsulları ilə aparılır.

Konservativ müalicə

Onurğa beyninin işemik insultunun dərman müalicəsindəistifadə olunur:

1.Antikoaqulyantlar və antiaqreqantlar:

  • Heparin – 5000 T.V. sutkada 4 dəfə dəri altına və ya vena daxili infuziya yolu ilə 1000 T.V. /saat sürətilə;
  • Fenilin – sutkada 0,015-0,03 q dozasında tableti, daxilə;
  • Klopidrogel (Plaviks)- 0,075 q dozasında, sutkada 1 dəfə daxilə;
  • Kurantil (Dipiridamol) – 0,025-0,05 q dozasında, sutkada 3 dəfə daxilə;
  • Sinkumar – 1-ci gün – birdəfəlik 8-16 mq, 2-ci gün – 4-12 mq, 3-cü gün – 6 mq. Dərman hər gün eyni vaxtda qəbul edilir. Protrombin indeksi 50%-dək düşəndən sonra 1-6 mq-lıq dəstəkləyici dozada qəbul edilir.

2.Vazoaktiv preparatlar:

  • Vinposetin (Kavinton)- 0,01-0,02 q (2-4 ml 5%-li məə vena daxilinə və ya gündə 3 dəfə 0,005-0,01 q daxilə;
  • Pentoksifillin (Trental, Aqapurin, Fleksital)- sutkada 1-2 dəfə, 0,1-0,2 q damcı üsulu ilə venaya və ya 0,2-0,4 q dozasında, sutkada 2-3 dəfə daxilə;
  • Oksibral (Vinkanor) – sutkada 2 dəfə, 1 kapsuldan daxilə;
  • İnstenon – sutkada 3 dəfə, 1 tablet daxilə və ya sutkada 1 dəfə əzələ daxilinə 2 ml;

3.Ürək qlükozidləri:

  • Korqlikon – 1 ml 0,06%-li məhlulu və ya
  • Strofantin – 0,25-0,5 ml 0,05%-li məhlulunu 20 ml 40%-li Qlükoza məhlulunda həll edib vena daxilinə

4.Kollateral qan dövranını yaxşılaşdıran preparatlar:

  • Aminofillin (Eufillin)- 10 ml 2,4%-li məhlulu birbaşa və ya 250 ml Natrium-xloridin izotonik məhlulunda damcı üsulu ilə venaya sutkada 2 dəfə;
  • Papaverin – 2 ml 2%-li məhlulu əzələyə, No-şpa – 0,04-0,08 q dozasında, sutkada 2-3 dəfə daxilə və ya 2-4 ml 2%-li məhlulu əzələyə təyin edilr;
  • Halidor – 100 mq-lıq tableti, sutkada 2 dəfə daxilə və ya sukada 2 dəfə 100 mq prreparatı, 100-200 ml NaCl-in izotonik məhlulunda həll edib, damcı üsulu ilə vena daxilinə təyin edilir.
  • Komplamin (Teonikol, Ksantinol nikotinat) – 0,15 q dozasında tabletləri sutkada 3 dəfə daxilə və ya 2 ml 15%-li məhlulu, sutkada 1-2 dəfəəzələyə təyin edilir.

5.Qanqlioblokatorlar:

  • venadaxili damcı üsulu ilə 50 ml fizioloji məhlulda:
  • Benzoheksonium – 0,5-1 ml 2,5%-li və ya
  • Pentaminin – 5%-li məhlulları, arterial təzyiqin 20-30% enməsinədə

6.Neyroprotektorlar:

  • Aktovegin – 250 ml 10-20%-li məhlulu venaya damcı üsulu ilə və ya 5 ml 4%-li məhlulu əzələyə;
  • Serebrolizin – 10-60 ml 21,5%-li məhlulu 200 ml Natrium-xloridin izotonik məhlulunda həll edib, 1-1,5 saat müddətində damcı üsulu ilə venaya (müalicə kursu 10-25 prosedurdur), sonradan əzələyə 5-10 ml 20-30 gün ərzində;
  • Nootropil, Pirasetam (Lusetam, Nootropil) – sutkada 4-12 q dozasında damcı üsulu ilə venaya və ya sutkada 3 dəfə, 0,4-0,8 q-dan daxilə;
  • Riboksin – 10-20 ml 2%-li məhlulu venaya birbaşa və ya damcı üsulu ilə,

7.Angioprotektorlar:

  • Askorutin – 2 tabletdən, sutkada 3 dəfə daxilə;
  • Kalsium-dobezilat (Doksium, Etruval) – 0,25 q dozasında tableti, sutkada 3-4 dəfə daxilə;
  • Trokserutin – 0,3 q dozasında sutkada 2 dəfə 1 kapsul daxilə və ya 5 ml venaya.

8.Hemodilyusiya:

  • təzə dondurulmuş plazma;
  • aşağı molekulyar çəkili dekstranlar: Reopolüqlükin (Reomakrodeks) məhlulları, 400 ml, sutkada 1-2 dəfə venaya damcı üsulu ilə təyin edilir.

9.Ödem əleyhinə vasitələr:

  • Laziks (Furosemid) – sutkada 1-2 dəfə, 1 ml 1%-li məhlulu əzələyə və ya venaya təyin edilir;
  • Mannitol – 15%-li məhlulunu 5%-li Qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edib, 0%-1,5 q/kq nisbətində vena daxilinə təyin edilir.

10.İltihab əleyhinə qeyri-steroid preparatlar:

  • Diklofenak (Voltaren, Diklak) – 25 mq dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 3 ml 2,5%-li məhlulu əzələyə, 2%-li məlhəmi və ya 1%-li geli (Voltaren Emulgel) yerli olaraq;
  • Selebreks – 100 mq-lıq dozada kapsulu, sutkada 2 dəfə daxilə;
  • Nimesulid (Nimesil, Naiz). 100 mq dozasında tozunu suda həll edərək sutkada 2 dəfə daxilə, 100 mq dozasında tabletlər sutkada 2 dəfə daxilə, 0,1%-li geli yerli olaraq;
  • İbuprofen (Nurofen, Dolgit) – 0,2 q dozasında tabletlər, sutkada 2 dəfə daxilə, 20%-li kremi (Dolgit) yerli olaraq təyin edilir.

11.Sinir-əzələ keçiriciliyini yaxşılaşdıran preparatlar:

  • Neyromidin -adətən müalicə kursu 30-60 gün ərzində, sutkada 2-3 dəfə 10-20 mq dozasında preparatın təyinindən ibarət olur.

12.Əzələ tonusunu azaltmaq üçün:

  • Midokalm – 50 mq dozasında drajesi, sutkada 3 dəfə daxilə təyin edilir.
  • Baklofen – 10 mq dozasında tabletləri, sutkada 2 dəfə daxilə təyin edilir.

13.B qrupunun vitaminləri:

  • Milqamma (tablet və inyeksiya üçün məən, sutkada 2 dəfə daxilə və ya 2 ml məhlulu, sutkada 1 dəfəəzələyə təyin edilir.

14.Regenerasiyanı gücləndirən preparatlar:

  • Şüşəyəbənzər cisim – dəri altına 2 ml;
  • Aloe ekstraktı – dəri altına 1 ml;
  • Plasenta ekstraktı – dəri altına 1-2 ml təyin edilir.

Hemorragik insultun konservativ müalicəsində istifadə edilir:

1.Damar divarını gücləndirən, qanaxmanın təkrarlanmasının qarşısını alan dərmanlar:

  • Disinon (Etamzilat-natrium)- venaya və ya əzələyə sutkada 4 dəfə, 250 mq dozasında təyin edilir;
  • Kontrikal – 30000 T.V. dərhal, sonra isə sutkada 2 dəfə 10000 T.V. damcı üsulu ilə venaya təyin edilir;
  • Kalsium-xlorid – 5-10 ml 10%-li məhlulu vena daxilinə;
  • ε-aminokapron turşusu – sutkada 30 qr-dək (100-150 ml 5%-li məhlulu damcı üsulu ilə venaya, sonra daxilə qəbula keçmə
  • Vikasol – 1 ml 1%-li məhlulu əzələ daxilinə;
  • Askorbin turşusu – 2ml 5%-li məhlulu venadaxili və ya əzələdaxili təyin edilir.

2.Vazospazmın qarşısını alan dərmanlar:

  • Nimodipin (Nimotop) – müalicə 5-14 gün davam etdirilir. İlk 2 saat ərzində 5 ml 0,02%-li məhlulu, saatda 2 dəfə venaya tədricən yeridilir. 2 saatdan sonra dozanı saatda 10 ml-ə qədər artırır (təqribən 30 mq/kq) və hemodinamikaya nəzarət edirlər ki, arterial təzyiq kəskin şəkildə aşağı düşməəhlulunda və ya 5%-li Qlükoza məhlulunda həll edilərək venaya yeridilir. Profilaktika məqsədilə hemorragiyanın 4-cü günündən başlayaraq 21 gün ərzində preparatı 0,06 q dozasında (2 tablet) 4 saatdan bir daxilə təyin edirlər (cəmi sutkada 0,36 q).
  • Verapamil – 40 mq dоzasında tabletləri, gündə 3 dəfə daxilə təyin edilir.

3.Neyroprotektorlar və Bioloji qida əlavələri

Hal-hazırda tərkibində müxtəlif bioloji qida əlavələri olan preparatların geniş seçimi mövcuddur. Həmin preparatların tərkibindəоlan müxtəlif qruplara mənsub bioloji aktivəlavələr xəstəliyin risk amillərinə təsir edərək, nəticədə onun profilaktikasında mühüm əhəmiyyət kəsb etməsi səbəbindən, оnların tətbiqi müalicə prоsesinə böyük yardım göstərmiş оlur. Xəstəliyin müalicəsində və prоfilaktikasında tərkibində hansı biоlоji aktiv əlavələrin оlduğu preparatlara üstünlük vermək tövsiyə оlunur?

  • Tərkibi vitaminlərlə, ilk növbədə B qrupu vitaminləri, güclü antiоksidantlar оlan C və E vitaminləri ilə zəngin оlan pоlivitamin preparatları.
  • Tərkibində antioksidant effektinə görə C vitaminindən 20 dəfə, E vitaminindən isə 50 dəfə fəal hesab edilən Resveratrol olan preparatlar – оnlar həmçinin ürək-damar xəstəliklərinin, insultların, arterial hipertoniyanın, şəkərli diabetin müalicəsi və profilaktikasında da geniş tətbiq edilir.
  • Tərkibində doymamış yağ turşuları Linol, Linolen; həmçinin Lesitin və B-karotin olan preparatlar.
  • Tərkibində Xitozan – qırmızıayaqlı dəniz krabının zirehindən hazırlanmış biоlоji aktiv əlavələr оlan preparatlar. Xitozan orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, qanda xolesterinin miqdarını azaltmaqda, artıq çəkinin azaldılmasında tətbiq edilir.
  • Spirulina mikroyosunundan hazırlanmış preparatlar – tərkibi orqanizm üçün faydalı vitaminlər, mikro və makroelementlər, amin turşuları, doymamış yağ turşuları və ələrlə zəənmə əleyhinə mübarizədə, orqanizmin möhkəmləndirilməsində və zərərli maddələrdən təmizlənməsində tətbiq edilir.
  • Tərkibində Kinostemma bitkisi olan preparatlar – tərkibindəə adaptogenlərin hesabına Jenşendən 4-5 dəfə güclü hesab olunur.
  • Antilipid metabolik çaylar – qanda xolesterinin miqdarının aşağı düşməsində, orqanizmin şlaklardan və zəhərli maddələrdən təmizlənməsində, piy mübadiləsini fəallaşdırmaqda yaxından iştirak edir. Antioksidant və yuxunu normallaşdırmaq xüsusiyyətləri var.
  • Slimminq (arıqladan) çaylar – tərkibindəоxsaylı maddələr: vitaminlər, minerallar vəоə zəhərli maddələrdən təmizləyir, həzmi yaxşılaşdırır, çəkini azaltmağa kömək edir, qanda yağların səviyyəsini aşağı salır. Bədəni qüvvətləndirir, yorğunluğu aradan qaldırır.
  • Bundan əlavə, insultun səbəbindən asılı olaraq, konservativ müalicədə aşağıda sadalanan vasitələr tətbiq edilir:
    • zədələnmiş vertebral seqmentin immobilizasiyası;
    • dartma;
    • medikamentoz blokadalar;
    • masaj;
    • MBT (müalicəvi bədən tərbiyəsi)
    • fizioterapiya metodları.

Cərrahi müalicə

Damarın partlaması, şişlə sıxılması, tromboemboliya hallarında cərrahi müalicə mümkündür. Əməliyyatları, göstəriş əsasda neyrocərrah və ya damar cərrahı həyata keçirir. Mümkün cərrahi müdaxilələrin siyahısına aşağıdakılar daxildir:

Rekonstruktiv damar əməliyyatları: tromboembolektomiya, zədələnmiş damarın stentləşdirilməsi, damar divarının qüsurunun tikilməsi / klipləşdirilmə

Angiodisplaziyanın aradan qaldırılması:malformasiyanın kəsilməsi, damarların bağlanması / sklerozlaşdırılması, anevrizmanın rezeksiyası.

Kompressiyanın aradan qaldırılması: ekstra / intramedullyar onurğa şişinin çıxarılması, yırtıq diskektomiyası, onurğa sütununun təsbit edilmə

Onurğa beyni qan dövranı pozulmasının müalicəsi bir neçə mərhələdən ibarətdir:

I Mərhələ – ixtisaslaşdırılmış nevroloji təcili yardım.

İşemik insultunən kəskin dövrünün ilk dəqiqələrində və saatlarında xəstələrə venadaxili spazmolitiklər, kollateral qan dövriyyəsini yaxşılaşdıran maddələr (Eufilin, Papaverin, Halidor) tətbiq olunur. Yüksək qan təzyiqi zamanı (200 mm. c. süt-dan yuxarı) qanqlioblokatorlar (Benzoheksonium, Pentamin) vurulur, intensiv ağrılar olduqda isə, analgetiklər və trankvilizatorlar tətbiq edilir.

Hemorragik xarakterli spinal insultlarda ilk saatlarda və günlərdə koaqulyantlar (kalsium-xlorid, ε – aminokapron turşusu, Vikasol) tətbiq edilir, lakin bu preparatlar 2-3 gündən artıq verilmir. Təkrariqansızma əlamətləri olmadıqda, müalicə sxeminə ödem əleyhinə və vazospastik dərmanlar, vitaminlər də əlavə olunur.

II Mərhələ – nevroloji və ya neyrocərrahiyyə xəstəxanasında və ya reanimasiya şöbəsində ixtisaslaşdırılmış müalicə.

** spazmolitiklər, kollateral qan dövriyyəsini və mikrosirkulyasiyanı yaxşılaşdıran (Reopoliqlükin, Komplamin);
** tromb olduqda, antikoaqulyantlar (Heparin, ilk 3 gün Fibrinolizin, sonra isə Fenilin ya Sinkumar);
** ödem əleyhinə (Mannitol və ya Laziks);
** ürək-damar fəaliyyətini yaxşılaşdıran preparatlar (Strofantin, Korqlükon); tənəffüs fəaliyyətini tənzimləyən tədbirlər (nəmləndirilmiş oksigen, Kamfora, Kordiamin, ağciyərlərin süni ventilyasiyası);
** B qrupu və C vitaminləri;
** kortikosteroidlər (Deksametazon);
** metabolik prosesləri yaxşılaşdıran preparatlar (Serebrolizin, Actovegin).

Hemorrağik spinal insultlar zamanı,fiziki yüklənmələrə yol verməyən yataq rejiminə riayət olunmalıdır. Yataq rejiminin davametmə müddəti8-10 həftə olmalıdır (trombum əmələ gəlməsi üçün tələb olunan vaxt).

Xəstəyə qulluğun təşkil edilməsinə xüsusi əhəmiyyət verilməlidir.Ciddi yataq rejiminə riayət olunması və onurğa beyninin funksiyalarının sıradan çıxması səbəbindən, qısa bir müddət ərzində yataq yaraları və hipostatik pnevmoniya prosesə qoşula bilər. Kiçik çanaq üzvlərinin fəaliyyətini təmin etməyə xüsusi diqqət yetirmək lazımdır. Bu mərhələdə, tromboflebitin (flebotrombozun) qarşısını almaq üçün, ayaqların passiv gimnastikası, onların vəziyyətdə saxlanılmasıvə yüngül masajıməsləhət görülür.

Spinal insultların müalicəsində, xəstəyə yaxşı qulluq edilmədikdə bu xəstəliyin gedişini tez-tez ağırlaşdıran yataq yaralarının, pnevmoniyanın və uro-genital infeksiyalarının qarşısının alınması əsas rol oynayır.

Yataq yaralarından qorunmaq üçün alt paltarının təmizliyinə nəzarət etmək, bədəni kamfora spirti ilə silmək, dəri büküşlərinə talk tozu səpmək, xəstəni hər 1-1,5 saatdan bir yataqda çevirmək lazımdır. Yataq yaralarınınqarşısını almaq üçün xüsusi cihazlardan – rezin dairə, həlqələrdən istifadə etmək olar.

Müstəqil surətdə sidik ifraz etmək mümkün olmadıqda, sidik kisəsinin kateterizasiyası aparılır, sidiyi saxlaya bilmədikdə isə sidik toplayıcısından istifadə olunur. Qalxan infeksiyanın qarşısını almaq üçün cinsiyyət orqanlarını təmiz saxlamaq lazımdır.

Pnevmoniyanın inkişafının qarşısını almaq üçün, hər saat 5 dəqiqəmüddətində (yataq rejimi ərzində) tənəffüs məşqləri aparmaq lazımdır. Sonradan, rejimi genişləndirərkən dozalı fiziki fəaliyyət lazımdır.

III mərhələ – erkən bərpa dövründə müalicə (nevroloji stasionarda).Vazodilatatorlar, vitaminlər, antikoaqulyantlar və antiaqreqantların, metabolik vasitələrin tətbiqi davam etdirilir. Hiperbarik oksigenasiya seansları aparılır, nekrotik ocağın rezorbsiyasına kömək edən dərmanlar tətbiq olunur (şüşəvari cisim, aloe, plasenta ekstraktı).

IV Mərhələ – ixtisaslaşdırılmış reabilitasiya mərkəzində müalicə.

Onurğa beyni qan dövranının pozulmasından sonra bərpa prosesi uzunmüddətli ola bilər. İlk 6 ay ərzində bu prosesdaha fəal olur. İlk növbədə, bu cür xəstələrin psixososial adaptasiyaya ehtiyacı olur, çünki spinal insult, onların adət etdiyi həyat tərzini kəskin şəkildə dəyişdirir.Spinal insultdan sonra bərpaolma uzun və zəhmətli bir prosesdir, bəzən itirilmiş funksiyaları bərpa etmək üçün illər lazımdır.Ancaq stasionar müalicədən sonra yüksək keyfiyyətli reabilitasiya tədbirləri xəstələrin əksəriyyətinin tamdəyərli həyata qayıtmasına imkan verir.

Əsas diqqət qeyri-medikamentoz müalicə vasitələrinə: MBT (müalicəvi bədən tərbiyəsi),əzələlərin masajı, fizioterapiya və balneoterapiyaya yönəldilir.

Reabilitasiya dövründə xəstəyətəkrari dərman müalicəsi kursları göstərişdir (ən azı altı ayda bir dəfə).

Mühüm bir rol kineziterapiyaya – müalicəvi bədən tərbiyəsinə aiddir. Xəstənin özü ayaqlarını tərpədə bilmədiyi dövrdə bu, passiv gimnastikadır. İradi hərəkətlər mümkün olduqda, artıq bu, statik və dinamik bir xarakterli xüsusi bir məşqlər olmalıdır (hər bir xəstə üçün reabilitoloq tərəfindən fərdi olaraq hazırlanması tövsiyə edilir).

Bir çox xəstələrəlavə vasitələrin – əsaların, qoltuq ağaclarının,xüsusi longetlərin köməyi ilə hərəkət etməyi öyrənmək lazım gəlir. Bəzi hallarda ortopedik ayaqqabılara ehtiyac yarana bilər.

Bərpa dövründə masaj, çox yaxşı birtəsir göstərir.Təkrari aparılan kurslar, əldə edilən nəticəni daha da gücləndirir. Masajla yanaşı akupunkturdan da istifadə etmək olar.

Əzələzəifliyi zamanı elektrostimulyasiyanın tətbiqi məsləhət görülür. Digər fizioterapevtik metodlar arasında aşağıda sadalananlar daha effektiv hesab olunur:

  • maqnitoterapiya;
  • sinusoidal modulyasiya edilmiş cərəyanlar (parez olduqda);
  • ultrafonoforez və elektroforez;
  • sualtı duş-masaj,
  • hidrogen-sulfid və karbon-dioksid vannaları;
  • parafin

Əmək terapiyası və peşə yönümü də reabilitasiya tədbirləri kompleksinə daxildir.

Əlbəttə ki, reabilitasiya tədbirlərinin ən bütöv kompleksi, senator-kurort müalicəsi zamanı həyata keçirilir.

V Mərhələ – poliklinikanın reabilitasiya kabinetində müalicə.

Sonra xəstələr dispanser müşahidəsində olmalıdırlar.Kiçik çanaq üzvlərinin funksiyalarınınnormallaşması və onurğa beyni funksiyalarının mövcud qalıq halları zamanı, müalicə ixtisaslaşdırılmış sanatoriyalarda (Saki, Pyatiqorsk, Evpatoria və s.) aparılır.

Proqnoz və profilaktika

Onurğa beyni qan dövranının pozulması,baş beynin qan dövranının pozulması qədər həyat üçüntəhlükəli patoloji hal deyil. Yalnız bədxassəli şişlər, ümumi ağır somatik fon vəikincili infeksiyanın prosesə qoşulması nəticəsində ölümcül sonluq baş verə bilər. Vaxtında aparılmış müalicə, simptomların sürətli reqressiyasına kömək edir. Zədələnmişərazinin genişliyi, müalicəyə başlamağın gecikdirilməsı və yanaşı patologiyalar, davamlı residual parezlərin, hissi pozuntuların və kiçik çanaq üzvlərinin disfunksiyaları nəticəsində, xəstənin sağlamlıq durumunun natamam bərpa olunmasına və əlilliyinə səbəb ola bilər.

Onurğa beyni qan dövranının pozulmasının nəticələri olduqca müxtəlif ola bilər. Əhəmiyyətsiz ölçülü ocaqlar zamanı, vaxtında aparılmış tibbi konservativvə ya cərrahi müalicə nəticəsində 100% bərpaolma mümkündür, ancaq xəstə mütəmadi olaraq dispenser müşahidə altında olmalı və profilaktik müalicə kurları keçməlidir. Aparılmış müalicəyə baxmayaraq, xəstədə hərəki, hissi və kiçik çanaq üzlərinin fəaliyyətində pozuntular qalması şəklində daha az əlverişli nəticə də mümkündür. Aşağıda sadalanan pozuntular əlilliyə səbəb ola bilər:

  • ətrafların parezi (bir və ya bir neçə) -əzələ zəifliyi qalır ki, bu da müstəqil hərəkət etməyi və özünə qulluq etməyi çətinləşdirir
  • hipesteziya və ya anesteziya sahələri – gövdədə və ya ətraflarda hissiyyat zəifləyir və ya heç olmur. Bu, həm səthi (ağrı, temperature və ya toxunma hissiyyatı) hissiyyat, həm də hissiyyatın daha mürəkkəb növləri, məsələn, lokalizasiya hissi, stereoqnoz (gözlər yumulu halda, əşyaların toxunmaqla tanınması), ikiölçülü fəza hissi (gözlər yumulu halda, bədən üzərinə çəkilən rəqəmlərin və ya hərfləri tanıma qabiliyyəəəzi xəstələr üçün bu, əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər – məsələn, dərzi və ya musiqiçi əllərində hissiyyatə bacarıqlarını yerinə yetirə bilmirlər;
  • sidik ifrazının və defekasiyanın pozulmaları – bu problem xəstələr üçün xüsusilə ağrılıdır, çünki insanın intim sahəsinə təsir göstəərəcəli və xarakterli ola bilər: sidiyi saxlaya bilməmək, sidiyin daima damla-damla ifraz olunması, vaxtaşırı olaraq qeyri-iradi sidik ifrazı, sidik ifraz etmək üçün gücənməyə ehtiyacın olması, nəcisi saxlaya bilməmək.

Onurğa beyni qan dövranının pozulmasının profilaktikası – damar xəstəliklərinin vaxtında müalicəsi, malformasiyalarınaşkarlanması və aradan qaldırılması, fəqərəarası diskyırtıqlarının müalicəsi, fəqərə sütununun travmalarının qarşısının alınmasına əsaslanır. Xəstəliyin yaranmasına səbəb ola bilən zərərli vərdişlərin aradan qaldırılması: aktiv həyat tərzini davam etdirmək, bədən çəkisini normallaşdırmaq, balanslaşdırılmış qida rejiminə riayət olunması, siqaretdən imtina və s. böyük əhəmiyyət kəsb edir.

1 müştəri baxışı

5 ulduzdan 5
2 reytinq
Boyun, kürək və bel nahiyələrində neçə fəqərə vardır?
1 ay əvvəl
Mövzu
Boyun, kürək və bel nahiyələrində neçə fəqərə vardır?
Show more
  • Dr.Parvin 1 ay əvvəl
    Salam. Boyun nahiyəsində 7 fəqərə mövcuddur.Kürək nahiyəsində, yəni sinənin arxasında, ürəyin və ağ ciyərin arxa tərəfində 12 ədəd fəqərə yerləşmişdir. Bel nahiyəsində, yəni qarının arxa hissəsində 5 fəqərə mözcuddur.Çanaq böyük sümük oyuğuna bənzəyir və onun arxa tərfində, belin aşağı hissəsində büzdüm sümüyü yerləşmişdir.Büzdüm sümüyü onuğa sütunun ən aşağı qurtaracağıdır