Dul qadın Sindromu

Dul qadın Sindromu- qadınlarda menopauza dövründə yeddinci boyun fəqərəsi ətrafına piy toxumasının yığılması ilə xarakterizə olunur. Bu patologiya 45-50 yaşlı qadınlar arasında rast gəlinir. Bəzən bu sindroma lipoma, piyin yığılması kimi adlar da verilir. Bu patologiya hətta ideal bədən quruluşuna sahib olan qadınlarda belə hormonal dəyişiklik fonunda və ya digər faktorlarla əlaqədar olaraq yarana bilər.

Yaranma səbəbləri:

  1. Menopauza dövründə yaranan hormonal disbalans
  2. Osteoxondroz və skolioz
  3. Onurğanın çıxıq və sınıqları
  4. Osteoporoz- sümük toxumasının patologiyası olub, klimaks dövründə qadınların üçdə bir hissəsində rast gəlinir. Kalsinin sümüklərdən yuyulması onurğanın deformasiyasına və boyun nahiyyəsində şişkinlik-donqarlığın əmələ gəlməsinə səbəb olur.
  5. Böyrəküstü vəz çatışmamazlığı
  6. Lipodistrofiya-nəticəsində bədəndə piy toxumasının qeyri-düzgün paylanması (daha çox kişilərdə rast gəlinir)
  7. Piy toxuması mübadiləsinin pozulması
  8. Astma və ya artritin müalicəsində böyük dozalarda qlikokortikoidlərin qəbulu bu patologiyaya yol açır.
  9. Uzun müddətli qlikokortikosteroidlərin qəbul edilməsi İşenko-Kuşenko sindromunun formalaşması ilə nəticələnə bilər ki, bu da piy toxumasının orqanizmdə yenidən bölgüsünü yaradır, boyun nahiyyəsində piy toxumasının yığılması ilə xarakterizə olunur.
  10. Boyun əzələlərinin uzun müddətli gərgin vəziyyəti, kompyuter qarşısında oturaq iş şəraiti artıq gənc yaşlarından boyunun arxasında donqarlığın yaranmasına yol açır.
  11. İrsi meyillilik, piylənməyə meyllilik, artıq çəki, oturaq həyat tərzi.

Yaranma mexanizmi.

4

Qadınlarda klimakterik yaş dövrünün ilk 2 ilində qanda estrogenlərin miqdarı artır, daha sonrakı dövrdə onların reproduktivliyi azalmağa doğru gedir. Estrogenlərin azaldığı dövrdə qanda testosteroidlərin miqdarı dəyişilməz qalır ki, bu da nisbi olaraq qanda onların miqdarını artırır. Bu səbəbdən də piylənmə kişi tipli olur, piy toxuması onurğanın 7ci boyun fəqərəsi səviyyəsində, əllər və qarın nahiyyəsinə cəmlənir.

6

Dioqnostikası.

Boyunun arxasında yaranan patoloji hal tez bir müddətdə böyüməyə meyilli olduğu üçün donqarlığa artıq ilkin mərhələlərdə müalicəyə başlamaq lazımdır. Dioqnozun qoyulması həkim üçün xəstəni vizual müayinə etməsi ilə kifayət edir, heç bir çətinlik törətmir. Lakin dəqiqləşdirməyə ehtiyac varsa, pasienti USİ müayinəsinə yönləndirmək lazımdır.

Dul qadın sindromunu digər xəstəliklərdən fərqləndirən cəhət onun qeyri iltihabi mənşəli olması və dəridə heç bir yerli dəyişikliyin olmamasıdır.

Klinikası

Boyunun arxasında yaranan donqarlığı hətta paltarla belə gizlətmək olmur. Dul qadın sindromu zahiri görünüşdə yaranmış defektlə yanaşı qamət pozğunluğu, səhhətdə yaranan müxtəlif problemlərlə də özünü büruzə verir. Boyun nahiyyəsinə toplanan piy toxuması boyun fəqərələrnin yanı boyu keçən arteriyaları sıxır. Bu damarlar baş beyini qanla təmin edir, ona görə də onların kompressiyası baş ağrıları, ürəkbulanma, təzyiqin tez tez dəyişməsi və baş gicəllənmə kimi hallara yol açır.

5

Müalicə:

Bu patologiyanın qarşısının alınmasının bir neçə metodu vardır. Pasientlərə ilk olaraq konservativ müalicə metodu – medikamentoz müalicə, fizioterapiya və xüsusi idman hərəkətləri etməklə müalicəyə start vermək məsləhət görülür. Əgər bu metodlar nəticə verməzsə cərrahi müdaxilə tətbiq edilə bilər.

Konservativ müalicənin əsasını aşağıdakı dərman preparatları təşkil edir:

  1. Hormonal terapiya. Prosese etioloji təsir göstərir, klimaks dövründə və digər endokrin xarakterli patologiyalarda əvəzləyici terapiya olaraq hormonal terapiya tətbiq edilir. Klimaks dövründə tətbiq olunan preparatlar estrogen və proqesteron mənşəli olub, əsasən böyrəküstü vəz problemlərində qlikokortikoidlərin səviyyəsini requlə etmək üçün tətbiq edilir.
  2. Masaj. Boyun-çiyin nahiyyəsinin sərt, piy toxumasını parçalayaraq tətbiq edilən masajı donqarlığın azalmasına köməklik edir. 10-15 prosedur təyin edilməsi məsləhətdir.
  3. Kalsi preparatlarını- donqarlığa yol açan osteoporozun müalicəsi məqsədi ilə təyin edilir.
  4. Fizioterapiya. Son dövrlərdə bu tip patologiyaların müalicəsində zərbə dalğalı terapiya geniş yer tutmuşdur. Nəticə əldə etmək üçün 5-8 prosedur kifayət edir. Bu metod yağların parçalanmasına köməklik edir.

Boyuna tətbiq olunan yerli fizioterapevtik müalicələr donqarlıq olan nahiyyənin qanda mikrosirkulyasıyanı sürətləndirir ki, bu da dul qadın sindromunun artıq ilkin mərhələsində inkişafını dayandırır. Fizioterapevtik müalicənin əsasında zərbədalğalı terapiya ilə yanaşı darsanval, ultrasəs effekti əvəzedilməzdir.

Reabilitasiya. Boyun nahiyyəsində yaranmış donqarlıq böyük ölçü almamış, pasientlərə xüsusi boyun hərəkətləri tətbiq etməklə ondan təmamilə qurtulmaq mümkündür. Bu məşqlər ev şəraitində, heç bir xüsusi fiziki hazırlıq olmadan da asanlıqla həyata keçırılə bilər:

-Başınızı önə, daha sonra arxaya əymək. Məşqlərə başlayarkən bu hərəkətləri minimal amplitudla başlamaq, daha sonra amplitudu artırmaq olar.

-Üzgüçülüklə məşğul olmaq bu problemin qarşısının alınmasına yardım edir. Yaxşılaşmanı daimi, intensiv üzgüçülüklə məşgul olunarsa 4-6 ay sonra hiss etmək olur.

Dul qadın sindromunun müalicəsi uzun və ağır prosesdir. Təəsüf ki, bu defekti ev şəraitində yalnız xalq təbabəti vasitəsi ilə müalicə etmək qeyri mümkündür. Nə qədər tez konservativ müalicəyə müraciət olunarsa bir o qədər tez müsbət nəticə əldə edilər. Lakin bir nüansı da yadda saxlamaq lazımdır ki, xəstəliyin gecikdirilmiş formasında yalnız konservativ müalicə effektiv olmur. Belə ki boyunun arxasında yığılmış piy qatının ətrafında birləşdirici toxumadan ibarət kapsula yaranır. Bu da onun parçalanıb sorulmasının qarşısını alır. Əgər sadalanan konservativ müalicə metodları kömək etməzsə, donqarlıq böyük ölçülərdədirsə və xəstədə ağrı, diskomfort yaradırsa pasientlərə cərrahi müdaxilə- liposaksiya əməliyyatı məsləhət görülür.

Profilaktikası:

  1. İlk növbədə sərt matrasda yatmaq, hündürlüyü 10 sm-dən çox olmayan ortopedik yastıqlardan istifadə edilməlidir. Təbii tükdən hazırlanmış yastıqlardan imtina edilməlidir, onlar onurğaya xüsusən onun boyun nahiyyəsi üçün zərərlidir.
  2. Oturaq iş rejimində çalışanlara düzgün oturmaq tərzini izah etmək lazımdır: oturarkən pəncə bütünlüklə döşəməyə toxunmalıdir, kürək isə tamamən kresloya təmas etməli, çiyinlər isə sərbəst şəkil almalıdır. Eyni zamanda oturaq iş rejimində olan şəxslərə periodik olaraq bədən vəziyyətini dəyişmək, hərəkət etmək, yüngül məşqlər etmək məsləhət görülür.
  3. Aktiv həyat tərzi, fiziki məşqlər piy toxumasının yanmasına və onurğa əzələlərinin bərkiməsinə kömək edir.
  4. Gündəlik olaraq onurğanın güclənməsi üçün xüsusi məşqlər təyin edilməlidir.
  5. İldə 2 dəfə boyun-çiyin nahiyyəsini masaj etdirmək məsləhət görülür, belə ki masaj qan dövranını sürətləndirir, bu da donqarlığın qarşısını müəyyən dərəcədə almış olur.
  6. Düzgün qidalanmaya- yağsız qidaya üstünlük vermək, un məmulatları və şirniyyatdan uzaqlaşmaq məsləhət görülür. Qida rasionunu kalsi ilə zəngin qidalar təşkil etməlidir ki, bu da osteoporozun profilaktikası üçün önəmlidir.
  7. Vitamin və bioəlavələr qəbul edilməlidir.

2

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur