İdrar qaçırma

Toxumaların yaşla əlaqədar atrofiyası, doğuş zamanı travmalar və çanaq dibinin gərilməsi, qarındaxili təzyiqin daimi yüksək olması çanaq əzələlərinin zəifləməsinə gətirib çıxarır. Uşaqlığın geriyə əyilməsi bu zaman şəraityaradıcı amil hesab olunur. Bu zaman onun oxu uşaqlıq yolunku ilə üst-üstə düşür və uşaqlıq yolu tağları yüksək gərginliyə məruz qalır.

Çanaq dibinin əzələ və bağları kiçik çanaq çıxışını sadəcə bağlamır. Onlar uşaqlıq yolunu, düz bağırsağı və sidik kisəsini asılmış vəziyyətdə saxlayan yaxşı dartılmış membran rolunu oynayır. Həlqəvi əzələ lifləri bu orqanlar üçün xarici sfinkterlər yaradır. Kifayət qədər güclü uşaqlıq yolu divarları isə uşaqlıq cismi üçün möhkəm dayaqdır.

Çanaq əzələlərinin zəifləməsi və atrofiyasında, çanaq fassiyalarının və bağlarının zədələnmə və dartılmalarında kiçik çanaq orqanları lazımi dayaqlarını itirir və sallanmağa başlayır. Bu proses proqressivləşməyə meyilli olub, uterotselenin inkişafına və digər ağır dəyişikliklərə gətirib çıxarır.

Mütəmadi yerinə yetirilən Keqel gimnastikası və kiçik çanaq əzələləri üçün əlavə idman hərəkətləri konservativ müalicənin əsası hesab olunur. Buna görə xəstəliyin erkən mərhələlərində vəziyyətin stabilləşməsi, əsas simptomların zəifləməsi mümkündür.

TeslaCare FMS cihazı çanaq əzələlərimizin funksiyalarını lazımı səviyyədə yerinə yetirsinə kömək edir!

Sidik və nəcis qaçırma, vajinal tonusun zəifləməsi, doğuş sonrası reabilitasiya, pelvic-çanaq əzələ zəifliyinə bağlı yaranan funksional cinsi pozğunluqların həlli.. TESLA CARE. FMS (Funksional Maqnit Stimulyasiyası) Texnologiyası ilə Çanaq əzələlərini gücləndirmək, regenerativ təsir göstərməyə nail olmaq mümkündür.30 dəqiqəlik bir seansla 36000 Kegel hərəkətləri etməyə müvəffəq olmaq olar. Heç bir xəstə bu tezliklə çanaq əzələ məşqlərini gərçəkləşdirə bilməz. 3 həftə ərzində xəstələrin çoxu müalicədən öncə yaşadığı şikayətlərin çoxundan azad olduğunu bildirir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur