Azərbaycanda regionun ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ("Medinex 2025") çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, mərkəz Yeni Klinikanın tərkibində yaradılıb və 3600 kvadratmetr sahəni əhatə edir:

"Burada gün ərzində 500-ə yaxın pasiyentin qəbulu nəzərdə tutulub".

https://report.az/