Beynin qeyri-invaziv neyromodulyasiyası sahəsində dünyanın aparıcı alim və klinisyenlərini bir araya gətirən konfransda Alzheimer xəstəliyi, demensiya, Parkinson xəstəliyi, neyroreabilitasiya və digər nevroloji xəstəliklərdə Transcranial Pulse Stimulation (TPS) texnologiyasının tətbiqi, eləcə də bu sahədə son elmi yeniliklər və klinik təcrübələr müzakirə olunub.
Konfrans çərçivəsində əldə olunan bilik və təcrübələrin ölkəmizdə tətbiqi, xüsusilə Alzheimer xəstələrinin erkən diaqnostikası, həyat keyfiyyətinin yaxşılaşdırılması və müasir neyromodulyasiya yanaşmalarının inkişafına töhfə verilməsi istiqamətində mühüm perspektivlər formalaşıb.
Beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi və innovativ müalicə metodlarının ölkəmizdə tətbiqi pasiyentlərimizə daha keyfiyyətli və müasir tibbi xidmətin göstərilməsinə xidmət edir.
