Morton Nevroması

Morton Nevroması kifayət qədər yayılmış pozulma olub, əksər hallarda qadınlarda inkişaf edir.

Uzun müddət, hətta uzun illər ərzində xəstə özündə bu xəstəliyin inkişafından bixabər ola bilər. Xəstə ayağın alt hissəsində narahatçılıq, ağrılar, yad cismin olmasını hiss edir, lakin buna əhəmiyyət vermir, digər səbəblərlə izah edir, xəstəlik isə inkişaf etməyə davam edir.

Morton nevroması (digər adlar – Morton nevrinoması, pəncə nevroması, Morton xəstəliyi) zamanı müxtəlif səbəblərə görə 3-cü və 4-cü (nadir hallarda – 2-ci və 3-cü) ayaq barmaqları arasında keçən sinir iltihablaşır, böyüyür, şişir. Ətrafdakı toxumalar və sümüklər sinirə təzyiq etməyə başlayır ki, pəncədə ağrılar və digər xoşagəlməz hisslər inkişaf edir. Yerə basma zamanı ayağın müəyyən hissəsi daha çox yük daşıdığı təqdirdə müəyyən hissəsi isə daha az təzyiqə məruz qalır.Bu sistemdə meydana gələn bəzi dəyişikliklər anatomic quruluşun zərər görməsinə nədən olur. Bu zərər səbəbindən ortaya çıxan şikayətlərin başında isə Morton nevroması gəlməkdədir. Morton nevroması adətən bir ayaqda müşahidə olunur.

Morton nevromasının səbəbləri:
– yastıpəncəlik
– pəncə travmaları (sınıqlar və s.)
– həddindən artıq yükləmələr (məsələn, idmançılarda)
– çox dar ayaqqabıların geyinilməsi
– burnu nazik olan hündürdaban ayaqqabıların geyinilməsi
– pəncə şişləri.

Simptomlar:
Ayaq darağında davamlı olaraq ağrıya səbəb olan Morton nevroma sanki bir kiçik topun üzərində yürüyürmüş hissi yaradır. Xoşxassəli sinir şişi olaraq adlandırılan Morton nevroması əslində şiş xəstəliyi kimi qiymətləndirilə bilməz.

Kişilərlə müqayisədə qadınlarda 10 dəfə daha çox rast gəlinən Morton nevroması əsasən travma və ya hədsiz yüklənmə sonrası meydana gəlməkdədir. Anatomik quruluşu baxımında dəyişkən olan və bəzi alışqanlıqlar Morton nevroma probleminə yol açan səbəblərin təməlini təşkil etməkdədir.

Ayağın anatomic quruluşundan asılı olaraq 3 və 4-cü barmaq arasından keşən sinir basqı altında qalmağa ən yaxın nahiyyə hesab edilir. Yastıpəncə və ya ayaqaltı qövsü yüksən olan insanlar, başbarmaq çıxıntısı olan və piylənməyə məruz qalan şəxslərdə bu xəstəlik riski daha yüksəkdir. Bütün bu sadalananlar ayağa düşən yükün paylaşılma pozulmasına səbəb olur. Bu səbəbdən 3 və 4-cü barmaqların arasındakı sinirin üstündə yüklənmə meydana gəlir.Sinir qalınlaşmasına yol açan bu sinir yalnış xəbərdarlıqlar verərək müxtəlif şikayətlərə yol aça bilər.

Xəstəliyin əvvəlində xəstələr dar ayaqqabı geyindikdə pəncələrdə keyimə, ağrılar, yandırma, barmaqların arasında yad cismin olmasını hiss edir. Xəstəlik inkişaf etdikcə ağrılar daimi olur, xəstəni bütün gün ərzində, hətta gecələr narahat edir, ayaqqabının növündən asılı olmur. Morton nevromasının xarakterik xüsusiyyəti – pəncənin sıxılması zamanı ağrıların artmasıdır.

Beləliklə ümumiləşdirsən Morton nevromasına aşağıdakı simptomlar şübhə yarada bilər.
-Ayağın ön tərəfində meydana gələn ağrı və yanma
-parmaqlarda uyuşma və qıcolmalar
-Ayaq altında rahatsızlıq hissi
-Ayaqda elektriklənmə
-Ayaq altında kilitlənmə hissi
-Bağlı ayaqqabı geyinən zamana ayaqda sıxışma hissi
-yeriyərkən hiss edilən narahatlıq

Diaqnostika
Morton nevromasının dioqnostikası əsasən fiziki müayinə ilə müəyyənləşdirilir. Fiziki müayinə sırasında 3 və 4-cü daraq sümüklərinin arasına təzyiq göstərıldiyində ağrı daha da şiddətlənir. Şübhələri dəqiqləşdirmək, diaqnozu təsdiqləmək üçün MRT müayinəsi tətbiq edilir. Bu xəstəliyi topuq artriti və deformasiyaedici osteoartroz ilə differensial dioqnostika etmək lazımdır.

Müalicə
Morton nevroma müalicəsində ilk olaraq xəstələrə rahat, ortopedik ayaqqabı istifadə edilməsi məsləhət görülməlidir.Bunun yanı sıra iltihabəleyhinə preparatlar, yerli anestetiklər (barmaqların arasında olan məsafəyə inyeksiya vurulur) və metatarsal supinatorlar yazılmalıdır. Bununla bərabər fizioterapevtik prosedurlara üz tutmaq lazımdır: maqnitoterapiya, akkupunktura, dərman preparatı ilə elektrofarez, zərbə-dalğalı terapiya.

3 2

Konservativ müalicə effekt vermədikdə, ağrılar xəstəni çox narahat etdikdə, cərrahi müalicə tətbiq edilir – sinirin iltihablaşmış hissəsi xaric olunur. Əməliyyat az travmatik üsullarla həyata keçirilir. Əməliyyat sonrası 2 həftə istirahət verilməlidir. Bununla bərabər xəstələrə 8 həftə sport ayaqqabılarda istifadə etməsi məsləhət görülməlidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur