Ön xaçabənzər (çarpaz) bağ zədələnmələri

Diziniz dönərək yıxılanda ÖXB-ı qopara bilərsiniz. ÖXB diz oynağını stabilizasiya edir, ön-arxa və burulma stabilliyini təmin edir. Bu bağ qopduqda sağalmır və funksiyanı yenidən qazanmaq üçün əməliyyat lazım olur. Əməliyyat vaxtı da bağın qopmuş uclarının tikilməsi fayda vermir. Bu səbəblə də bədənin müxtəlif hissələrindən alınan bağ və ya vətərlər ÖXB-ın yerinə transfer edilir. Düzgün cərrahiyyə və fizioterapiya sonrasında diz funksiyaları tamamilə geri dönə bilir.

5

ÖXB Qopması
ÖXB sərt liflərdən ibarətdir. Diz içində orta xətdə arxadan önə və bayırdan içə doğru uzanır. Bu bağ qamış sümüyünün önə və içə-bayıra dönmə hərəkətlərini məhdudlaşdırır. ÖXB qopmaları əksər hallarda ani yön dəyişdirmə(futbol,tenis,xizək), tullanma, və ya qaçma sırasında yerə enərkən ani yavaşlama kimi hərəkətlər vaxtı olur. Qopma sırasında bir səs və ya dizdə boşalma hiss edilir. İlk mərhələdə ayağa yük vermək çətinləşir. Yük vermək getdikcə asanlaşır, amma dizdə ağrı və şişkinlik yaranır.

İlk yardım olaraq istirahət,zədələnmiş dizə buz, elastik bandaj və yüksəkdə tutmaq tətbiq olunur. Daha sonra diz cərrahiyyəsi sahəsində təcrübəli cərraha müayinə olunmaq lazımdır. Həkim müayinə sonrası diz rentgeni və MRT istəyə bilər.

4 copy

ÖXB qopması olan xəstələrdə əlavə patologiya olmadıqda 3 həftə sonra dizdəki şişkinlik və ağrı keçir. Daha sonra xəstələrdə ən böyük şikayət tez-tez təkrarlanan diz burxulmalarıdır. Bu burxulmalar sonrasında dizdə şişkinlik və cüzi ağrılar əmələ gəlir. Burxulmalar xaricində dizdə ağrılar olmaz. Dizdə ağrı uzun illər ərzində ÖXB qopması sonrası yaranan qığırdaq yeyilməsi(duzlaşma) və menisk yırtıqları ilə əlaqədar yaranır.

Stabilliyin pozulması: ÖXB qopmasının əsas nəticəsi budur. Ayaq yerdə ikən gövdənin dönməsi lazım olan hərəkətlər və idman zamanı dizdə anormal boşalma olur. Bunun 2 səbəbi vardır:

1. Mexaniki səbəblər: ÖXB-ın iki sümüyü bir-birinə bağlama funskiyasının itməsi,
2.Propriosepsiya: ÖXB-da dizin 3 ölçülü fəza pozisiyasını qəbul edən reseptorlar(sinir ucları) yerləşir. Bu reseptorla hərəkət zamanı gərilir və onurğa beyni və baş beyinə siqnallar göndərir. Bu da diz ətrafı əzələlərin bir qisminin gərilməsi və bir qisminin boşalmasına səbəb olaraq diz oynağında tarazlıq yaradır. ÖXB qopduqda bu siqnallar beyinə getmədiyi üçün lazım olan əzələ cavabı verilmir və dizin boşalmasına və burxulmasına səbəb olur.

Stabilliyin pozulması ilə əmələ gələn problemlər
Aktivlikdə məhdudiyyət və həyat standartının düşməsi: Dizində qeyri stabillik olan xəstələr idman aktivliklərində və ağır işlər zamanı problemlə üzləşdikləri üçün vaxtkeçdikdə oturaq həyata keçirlər. Xüsusilə idmana ciddi əhəmiyyət verən xəstələr üçün bu hal acınacaqlı olur.

Dizdə əlavə erkən patologiyaların əmələ gəlməsi: Bu xəstələrdə xüsusilə iç menisk yıtıqları və qığırdaq zədələnmələri tez-tez rastlanır. İlk 5 ildə ağrı səbəbləri çox vaxt bu patologiyalara bağlıdır.

Duzlaşma: Qeyri stabil dizlərin hamısında digər tərəfə görə duzlaşma inkişaf edir. 10 il içində 80% xəstələrdə bu patologiya yaranır.

ÖXB qopması ilə birgə görülə bilən patologiyalar
Bayır menisk yırtığı- Daha çox ÖXB qopması ilə birgə görülür. Daha sonra əmələ gəlmə ehtimalı nadirdir.

İç menisk yırtığı- ÖXB qopması ilə birgə az görülür. Daha çox sonradan qeyri stabilliyə bağlı yaranır. 5 ildə 80%-ə yaxın iç menisk yırtığı əmələ gəldiyi bildirilmişdir.
Qığırdaq patologiyaları- ÖXB qopması ilə birgə az görülür. Daha çox sonradan qeyri stabilliyə bağlı yaranır.

Digər bağ yaralanmaları- Ən çox ÖXB qopması ilə birgə yaralanır. Nadir hallarda qeyri stabilliyə bağlı iç yan bağda uzanma görülə bilər.

Qərar vermə
Əsas qərar vermə kriteriyası dizdə olan qeyri-stabillikdir. Bəzi adamlarda qeyri-stabillik çox olduğu halda bəzilərində azbiruzə verir. Aşağıdakı qərar rəhbəri dünyada ümumi qəbul olunan və geniş tətbiq edilən bir müalicə sxemidir. Bəzi xəstələrdə bu sxemdən kənarda qala bilər.

-Profesional idmançılar: Profesional idmançıların hamısına əməliyyat məsləhət görülür. Əməliyyat edilməyən idmançılar çox vaxtı tez-tez dizdə olan boşalmalar səbəbi iləidman həyatına davam edə bilmirlər.

-40 yaş altında aktiv idmanla məşğul olanlar:Əməliyyat məsləhət görülür.

-40-50 yaş arası aktiv idmançılar:İdman həyatına davam etmək istəyirsə və ya dizdə qeyri stabillik çoxdursa əməliyyat edilə bilər. Ancaq 40 yaşın üstündə əməliyyat edilənlərdə idmana geri dönüş gec olur. Dizdə qeyri stabillik çox deyilsə 3 aylıq gərgin fizioterapiya sonrasında stabilliyin dərəcəsinə və idman istəyinə bağlı olaraq qərar verilir.

-50 yaş üstündə aktiv idmançılar: Bu xəstələrdə fizioterapiya və gimnastika proqramı tətbiq etmək və idman aktivlik dərəcəsini dəyişdirmək məsləhət görülür.

-30 yaş altında olan xəstələr:Ümumiyyətlə əməliyyat məsləhət görülür.

-30-40 yaş arası sakit həyat sürən xəstələr:Günlük həyatda problem yoxdursa əməliyyat məsləhət görülmür. Problem yaşadıqda isə gərgin fizioterapiya və gimnastika başlanır. Buna baxmayaraq şikayətlər davam edirsə əməliyyat edilməlidirlər.

-40 yaş üstündə sakit həyat tərzi sürən xəstələr:Günlük həyatda problem yaşayanlarda fizioterapiya və gimnastika məsləhət görülür.

Cərrahi Texnika
Sümükdən qopma tərzində 5%-dən az travmalarda bağın özüsaxlanılaraq qopduğu yerə yenidən fiksasiya edilir. Digər 95% hallarda bağ ortadan qopduğu üçün digər bölgələrdən alınan strukturlarla əvəz edilir. Ən çox istifadə edilən strukturlar aşağıdakılardır.

-Patellar tendon(diz qapağı vətəri): Diz qapağı ilə qamış sümüyü üst qismi arasında yerləşən vətərin orta 1/3 hissəsindən sümük parçası ilə birgə alınan toxuma.

-Diz iç və arxa vətərləri: Dizin iç və arxa hissəsində yerləşən hamstring(grasilis,semitendinoz) əzələlərdən alınan vətərlər

2

-Quadriseps(Budun 4 başlı əzələsi) vətəri: Diz qapağının üstündəki vətərdən sümüklə birgə alınan toxuma
-Alloqreft: Kadavradan(meyid) alınan toxumalar
-Sintetik bağlar:Ağırlaşmalara səbəb olduğu üçün istifadə olunmur. Gələcəkdə daha etibarlı sintetik bağlar inkişaf etdirilə bilər.

Bu toxumalar açıq cərrahiyyə ilə alınır. Bunun üçün 3-4 cm kiçik kəsiklər aparılır. Daha sonra artroskopik olaraq diz içindəki ÖXB qalıqları təmizlənir. ÖXB-ın bud və qamış sümüyünə birləşdiyi yerlərdən uyğun şəkildə tunellər açılır. Bu tunellarin içinə alınan toxumalar yerləşdirilir və uyğun gərginlikdə tunellərə vint, tel kimi implantlarla fiksasiya edilir.

1 1

Əməliyyat və sonrası
Xəstələr əməliyyatxanaya alındıqdan sonra əvvəlcə narkoz tətbiq edilir(ümumi və ya epidural+spina), steril örtülmə sonrası artoskopiya sistemi qurulur və əməliyyata başlanır. Əməliyyat təcrübəli əllərdə 2 saat sürür. Dizdəki digər problemlər(menisk, qığırdaq) də eyni seansda həll edildikdə əməliyyat vaxtı uzana bilər. Əməliyyat sonrası xəstə ayılma otağında 30 dəq-1 saat tutulduqdan sonra xəstə otağına alınır.

Əməliyyat sonrası çox vaxt ağrı olmur və ağrı tamamilə ağrıkəsicilərlə kontrol altına alınır. Əməliyyatdan 3-4 saat sonra xəstənin yemək yeməsinə və yemək sonrası ehtiyacları üçün xəstənin ayağa qalxmasına icazə verilir. Xəstəxanada ortalama 2 gün yatırsınız. 2. gün dizdəki dren çıxarıldıqdan sonra fizioterapist tərəfindən ediləcək gimnastik hərəkətlər göstərilir və CPM deyilən cihazla dizin bükülmə hərəkəti başlanılır. Xəstəxanada qaldığınız müddətdə dizə buz qoyulacaqdır.

3

Evə qayıtdıqdan sonra da yataq istirahətinə və buz tətbiqinə davam edilir. Yemək və tualet ehtiyacları üçün ayağa qalxdıqda qoltuq dəyənəyi istifadə edilir və ayağa tam yük verməyərək gəzə bilir. Bu dönəmdə dizinizdəki bandajı çıxarmayın. 10. gün həkiminiz tərəfindən yara sarğı ediləcək və tikişlər alınacaqdır. Tikişlər alındıqdan sonra fizioterapiya başlanır. Fizioterapiya həftədə 3 dəfə olmaqla 3 ay sonuna qədər davam etdirilir. 4 həftədən öncə breysi çıxarmayın. Breys çıxdıqdan sonra özünüzüdaha rahat hiss edəcəksiniz. Amma hələ də təhlükəli dövrdəsiniz. 8. həftədən sonra daha aktiv ola bilərsiniz, maşın sürə bilərsiniz, amma idman hələ də qadağan edilir. 4. ayda fizioterapevt həkiminiz yavaş-yavaş idman aktivliklərinə başlayacaqdır. Tam idmana dönüş 6 aydan sonra baş verir.

on capraz bag test

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur