Bud sümüyü başının epifiziolizi

Uşaqlıq və yeniyetməlik dövründə bud-çanaq oynağında patoloji dəyişikliklərə rast gəlinir. Bunlar yeniyetməlikepifiziolizi ilə də əlaqədar ola bilər ( tədricən varus deformasiyasına gətirib çıxaran bud sümüyü boynunun paraepifizar hissəsinin distrofik dəyişikliyi). Ehtimal olunur ki, xəstəliyə endokrin sistemdə pozğunluq nəticəsində sümük toxumasının metobolizminin pozulması, məsələn böyrəküstü vəzin qabıq maddəsinin müxtəlif funksional pozğunluğu səbəb ola bilər. Epifiziolizə həmçinin cinsi və boy hormonlarının balansının pozulması da gətirib çıxarır. Bu xəstəlik 12-15 yaşarası dərialtı piy qatının hipertrofiyalaşmış və zəif muskulaturaya malik uşaqlarda inkişaf edir. Boy hormonunun yüksək aktivliyi bud sümüyünün proksimal böyümə zonasında sümüyün möhkəmliyini azaltmış olur.

Əksər hallarda epifizioliz hər iki bud-çanaq oynağını zədələmiş olur, az hallarda yalnız bir oynaq zədələnir. Xəstəlik, adətən, kiçik bir travma nəticəsində, bəzən isə heç bir səbəb olmadan meydana çıxır. Simptomları ilk olaraq qasıq nahiyəsində ağrı, az hallarda isə diz oynağında olan ağrıdır. Sonra oynağın hərəkətində məhdudiyyətlər yaranmağa başlayır: bud sümüyünün daxili rotasiyası məhdudlaşır, eyni vaxtda xarici rotasiyanın amplitudası artmış olur .Tədricən bud sümüyü xarici rotasiya vəziyyətində fiksə olub qalır. Epifiziolizə səbəb olan endokrin pozğunluqlar yanaşı olaraq, piylənmə, arterial təzyiqin yüksəlməsi, hipogenitalizm, dəridə striyaların (cırılmalar) yaranmasına səbəb olur.

Diaqnoz rentgenoloji müayinə əsasında qoyulur. Rentgenoloji müayinə uzun borulu sümüklərin kartikal qatın zəifləməsi zamanı meydana çıxan osteoporozu üzə çıxardır. Bununla yanaşı, osteoporoza uğramış paraepifizar hissədə osteosklerozlaşmış nahiyələrə də rast gəlinir və onlar növbələşirlər, ona görə də sümük rentgenoqrammada ləkəli şəkil alır.

Müalicə. Yeniyetməlik epifiziolozi vaxtında və professional həkimlərə müraciət etdikdə konservativ müalicəyə tabe olan bir xəstəlikdir. Vaxtında aşkara çıxarılmayan epifizioliz sonradan koksartroza gətirib çıxarır, ona görə də ağırlaşmalar baş verməmiş, xəstəliyi artıq ilk simptomlar üzə çıxdıqda müalicə etmək lazımdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur