Uşaqlarda barmaq ucu yerimə

Uşağın barmaq ucunda gəzməsi- heç bir daban təması olmadan uşağın barmaq ucunda gəzdiyi vəziyyətdir. Gəzdiyi dövründə daban təması və tam ayaq təması müşahidə edilmir. Normal inkişafda topuq təmasları; 3 yaşınada artıq bir daban təması olması gözlənilir.

Barmağın ucunda gəzmənin səbəbləri: serebral iflic, Duchenne əzələ distrofiyası, miyopatiya, neyropatiya, spinal disrafizm, autizm, idiyopatik.

İdeopatik ayaq ucu yerimək (idiopathic toe walking) neyroloji, ortopedik və ya psixiatrik xəstəliklər olmadan 3 yaşdan yuxarı olan uşaqlaın hələ barmaq ucunda yeriməsinə davam etməsidir. Uşaqlarda 7-24% arasında görülür. Araşdırmalarda 10-88%ində müsbət ailə tarixi var. Bəzi müəlliflər bunu normal yerimənin bir variantı kimi qəbul edirlər. İdiopatik barmaq ucu yerimə vərdişi kongenital qısa calcaneal və ya achill tendonla bağlı ola bilər.

Barmaq ucu yerimənin hansısa xəstəliklə bağlı olması zamanı bu xəstəliyin özünün digər əlamətləridə müşahidə olunur.

EMG tədqiqatları ilə patoloji proses aşkarlanır.

Müalicələrin hansının üstünlüyü barədə kifayət qədər sübut yoxdur.Konservativ müalicə başlanğıc dorsifleksiyonu 0 ° və yuxarı olan xəstələrdə müvəffəqiyyətlidir. Müalicə üsulları fiziki müalicə, korset, gipsləmə, botox, cərrahiyyədir.

Ayaq biləyi plantar flexor əzələlərinə isti tətbiqi,sonra yüngül gərmə və dorsifleksor əzələlərinə gücləndirmə məşqləri tətbiq oluna bilər. Fiziki müalicədən və korsetdən adekvat cavab alınmırsa, A.E.O məsləhət görülə bilər. Gastrocnemius və soleus əzələsinə Botox tətbiqi, post-botox gərmə məşqləri və korsetlər tətbiq edilə bilər.
Cərrahiyyə konservativ müalicənin uğursuzluğunda həyata keçirilir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur