Gəncədə elmi-praktik konfrans keçirilib

Gəncə şəhərində “İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma” adlı elmi-praktik konfrans keçirilib. Bu haqda Gencexeber.az 24 oktyabr tarixində məlumat verir.

Konfransda 11 regiondan 100-ə yaxın həkim-mütəxəssis iştirak edib. Tədbirdə problemin müxtəlif sahələrinə həsr olunmuş məruzələr təqdim olunub.

Konfrans Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosasiyası, Milli Nevroloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil edilib.

https://gencexeber.az/         https://pixwox.com/