Boyun hər bir oynaq kimi müəyyən bir çərçivədə hərəkət qabiliyyətinə malıkdir. Boyunun imkan verdiyi normal hərəkətindən daha çox bir zorlama nəticəsində disk, fəqərə, bağlar və oynaqlarda incinmələr ola bilir. Əsasən avtomobil içi qəza sonrası boyundakı həddindən çox məcburi travmatik bükülmə, açılma hərəkətləri nəticəsində ki, yüklənməylə əlaqədar gedərək artan boyun və qol ağrısı müşahidə oluna bilinir. Buna Qamçı Sindromu (Whiplash) deyilir.
Travmadan sonrakı dövrlərdə bu tip xəstələrin boyun fəqərələrinin; həddindən çox hərəkətliliyinə bağlı ağrı və qeyri-stabillik müşahidə olun bilir. Əksər xəstələrdə radioloji olaraq əlamət olmasa da, az bir qisim xəstədə travmatik məcburi bükülmə, açılma hərəkətlərinə bağlı kiçik qırıqlar ola bilir. Bunlar, qopma və ya kompression sınıqlar şəklindədir. Sinir zədələnməsi müşahidə oluna bilər ki, bəzəndə bu xəsarət həyatı təhlükəyə atacaq nəticələr verə bilir.
Boyun incinməsi zamanı şikayət və əlamətlər
Whiplash yaralanmaları ilə qarşılaşan xəstələrdə travmatik xəsarətdən bir neçə gün sonra aşağıdakı simptomlardan bəziləri görülür.
- Boyun ağrısı
- Boyun tutuqluğu (hərəkət məhdudluğu)
- Baş ağrıları
- Çiyin və kürəklər arasında ağrı
- Qol və/vəya əllərdə uyuşma
- Qulaqda səs –küy
- Bulanıq görmə
- Qol və/vəya əllərdə uyuşma
- Diqqət və yaddaş problemləri
- Əsəbililik, yuxu pozuntusu, yorğunluq
Diaqnoz
Whiplash yaralanmasının necə olduğunu anlamaq olduqca asandır. Ancaq yaralanmanın səviyyəsini və dərəcəsini təsbit etmək çətinlik yarada bilir. Bu tip yaralanmalardan zədələnən disklər, bağlar və əzələlər rentgenoqrafiyada görüntüləmək mümkün deyil. Normal rentgen, sınıq və instabilitə olub olmadığını görmək üçün gərəklidir. Komputer tomografiya və ya Maqnit Rezonans Tomoqrafiya daha üstün müayinədir, mövcud patalogiyani aşkarlamaqda daha çox yardım edir
Müalicə
Qəzadan dərhal sonra boyun yumuşaq bir korsetle fiksə olunmalıdır. İlk 24 saatda soyuq uyğulanmalıdır. İki gün müddətində aktiv hərəkətlərə yüngül dərəcədə icazə verilir. Boyun üçün xüsusi idman hərəkətlərinin edilməsi üçün xəstə məlumatlandırılır. Xəstə işinə mümkün qədər erkən dönməyə çalışmalıdır (yanaşı ciddi travmatik zədələnmələr yoxdursa). Boyun qoruma prinsipləri yönündən xəstə maarifləndirilməlidir.
Kiçik şikayətlər bəzən 18 ay qədər davam edə bilir. Şikayətlərin uzun müddət davam etdiyi halda həkim nəzarətində olunması tövsiyyə olunur. Bu halda fizioterapevtik müalicələr effektivdir. Xəstəyə korset, isti və soyuq proseduralar, ultrasəs, TENS, servikal traksiya, masaj kimi fizioterapevtik müalicələr həkim nəzarətində olunması xətənin simptomlarının erkən yaxşıladırır. Belə ki, bu müalicələr zamanı xətələrin 75% bir neçə ay içində yaxşılaşır. Xəstənin uzun müddətli reabilitasiyasında izometrik boyun idmanları əhəmiyyətli yerə malıkdir. Bəzi xəstələrdə cərrahi müalicə metodları lazım ola bilir (füzyon, laminektomiya, diskektomiya vs. kimi)