Zərbə Dalğalı Terapiya

banner duolith sd1 ultra 002Zərbə-dalğa terapiya – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan xüsusi cihaz vasitəsilə aparılır.

Cihazın təmas etdiyi nahiyyədə bu akustik dalğalar toxumalarla yayılaraq sümüyə qədər nüfuz edir. Bu müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir. Sadə və eyni zamanda qəliz bir prosedurdur. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.

 

Birinci seansdan sonra ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir.Prosedurun müddətini həkim teyin edir,seans 10 dəqiqədən 30 dəqiqəyə kimi davam ede biler, kurs müalicə intervallarla 4-7 seans təyin olunur.

zerbeli

Zərbə-dalğa terapiyasına göstərişlər:

  • Daban mahmızı və ya pəncə fassiti
  • Epikondilit
  • Podaqra
  • Osteoxondroz, osteoartroz
  • Axillodiniya
  • Tendinoz, bursit, sinovit, liqamentoz
  • Çiyin-kürək periartropatiyası
  • Koksiqodiniya
  • Miozit
  • Əzələ-tonik sindrom
  • Sınıqların gec bitişməsi
  • Yalançı oynaqlar
  • Travmadan,endoprotezdən sonra ağrılar zamanı
  • Yastıayaqlıq
  • Sellülit

 

Zərbədalğalı terapiya müalicəsi tətbiq olunan nahiyələrdə hansı dəyişikliklər izlənilir?

Hüceyrədə maddələr mübadiləsi artır.

Yerli qan dövranı yaxşılaşır.

Kəskin və xroniki ağrılar azalır.

Əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası baş verir.

Yerli iltihab və şiş azalır.

2-3 seansdan sonra xəstələrin 80%-də ağrılar əhəmiyyətli dərəcədə azalır.

ESWT daban mahmızı (və ya daban tikanı) müalicəsində effektivliyinə görə ən yüksək nəticələr göstərən müalicə metodikasıdır.

DABAN MAHMIZI (şpor)- ZERBE-DALGA terapiyasi ilə 3-4 seansdan sonra ağrıların kəskin azalması….. Daban mahmızı (şporu) həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.

Bu kifayət qədər yayılmış pozulmadır. Adətən daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.

Tibbdə bu pozulmanın səbəbləri məlum deyil. Lakin mütəxəssislər bu pozulmanın bəzi risk faktorlarını ayırd edirlər:

  • yastıpəncəlik,
  • artıq çəki,
  • podaqra,
  • ayaq oynaqların xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.)
  • travmalar (xüsusilə daban sümüyü travmaları),
  • maddələr mübadiləsi pozulmaları,
  • ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.),
  • həddən artıq yükləmələr (adətən idmançılarda),
  • bəzi onurğa xəstəlikləri.

Daban şporların əsas simptomu hərəkər və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılar. Belə ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara “start ağrılar” deyilir).

Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.

İlkin mərhələlərdə xəstəlik daha asan müalicə olunur.

Daban şporu diaqnozun qoyulması üçün həkim xəstə pəncəni müayinə edir və xəstəni rentgen müayinəsinə göndərir. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı görünür. Məhz bu çıxıntı xəstədə ağrılara səbəb olur.

Daban şporu kompleks şəklində müalicə olunur – dərmanlar (ağrısızlaşdıran, iltihabəleyhinə preparatlar, bəzən hormonlar), xüsusi ortopedik vasitələr (ortopedik ayaqqabı içlikləri-supinatorları, daban altına qoyulan xüsusi yumşaq içliklər), fizioterapiya (lazer, ultrasəs,elektroforez, ZERBE DALGA terapiyasi və s.), müalicəvi bədən tərbiyəsi.

Çox nadir hallarda daban şporu zamanı cərrahi müalicə tətbiq oluna bilər.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur