TƏBİB mütəxəssisləri ABŞ-də robotik reabilitasiya təlimində

TƏBİB mütəxəssisləri ABŞ-də robotik reabilitasiya üzrə təliminə qatılıb.
Medicina.az xəbər verir ki, Yeni Klinikanın reabilitasiya, fizioterapiya üzrə mütəxəssisləri ABŞ-nin Florida ştatında “Antalgic-Trak” robotik onurğa dekompressiya sistemi üzrə nəzəri və praktiki təlimdə iştirak ediblər.

Sistem boyun və bel nahiyəsində yaranan problemlərin qeyri-cərrahi müalicəsində tətbiq olunur.

Qeyd edək ki, Yeni klinikanın Robotik Reabilitasiya Mərkəzinin şöbə müdiri Pərvin Əkbərov təlim qrupuna rəhbərlik edib.

https://www.medicina.az/