Aşağı tezlikli lazer terapiyası - orqanizmin toxumalarına, işıq enerjisinin digər növləri ilə müqayisədə, daha dərin nüfuz edir, bu da dərinin bütün qalınlığı üzrə və qismən dərialtı toxumaların qızmasına səbəb olur. Daha dərin strukturlar bilavasitə qızmaya məruz qalmır. Aşağı tezlikli lazer terapiyasının terapevtik tətbiqinin sahəsi kifayət qədər genişdir: irinsiz xroniki və yarımkəskin iltihabi yerli proseslər, həmçinin daxili orqanların, dayaq-hərəkət aparatın, mərkəzi və periferiya sinir sistemi orqanlarının, periferiya damarlarının, gözlərin, qulaqların, dərinin bəzi xəstəlikləri, yanıqlardan və dondurulmalardan sonra qalıq hallar.
Aşağı tezlikli lazer terapiyasının müalicə effekti onun fizioloji təsirinin mexanizmi ilə təyin edilir - o iltihabi proseslərin əks inkişafını sürətləndirir, toxuma regenerasiyasını, yerli müqavimət qabiliyyətini və infeksiya əleyhinə qorumanı yüksəldir. Prosedurların keçirilməsi qaydalarının pozulması, toxumaların təhlükəli aşırı qızmasına və termik yanıqların yaranmasına, həmçinin ürək-damar xəstəlikləri zamanı qan dövranının təhlükəli şəkildə yüklənməsinə gətirib çıxara bilər. Şişlər (xoş xassəli və bəd xassəli) və ya onların mövcudluğuna şübhə, vərəmin aktiv formaları, qan axma, qan dövranının azlığı mütləq əks göstərişlidir.
Aşağı tezlikli lazer şüalarının enerjisinin udulması zamanı yaranan istilik, şüalanan dəri örtüklərinin temperaturunun 1-2°С lokal yüksəlməsinə gətirib çıxarır və səthi damar şəbəkəsinin yerli istilik tənzimənmə reaksiyalarına səbəb olur. Damar reaksiyası damarların qısa müddətli (30 saniyəyə qədər) spazması, sonra isə lokal qan axınının artması və toxumalarda dövr edən qanın həcminin artması ilə ifadə edilir. Əmələ gələn istilik enerjisi toxuma maddələr mübadiləsini sürətləndirir. Mikrosirkulyator yolun aktivləşdirilməsi və damarların nüfuz etməsinin artması iltihabi mərkəzin degidratasiyasına və hüceyrələrin dağılmasının məhsullarının kənarlaşdırılmasına imkan yaradır. Fibroblastların proliferasiyasının və diferensiasiyasının aktivləşdirilməsi yaraların və trofik xoraların sağalmasının sürətlənməsinə gətirib çıxarır. Həmçinin daxili orqanlara neyro-reflektor təsir həyata keçirilir, bu da orqanların damarlarının genişlənilməsi, onların trofikasının gücləndirilməsi ilə təzahür olunur.
Müalicə effektləri - iltihaba qarşı, limfo-drenaj, damargenəldici . İstilik mikrozərrəciklərin (elektronlar, molekullar, atomlar və s.) nizamsız tərəddüdlü hərəkəti ilə təyin edilir. O, bütün maddi hissəciklərə məxsusdur. Daha az qızdırılmışlara daha çox qızdırılmış cizimlərdən istiliyin ötürülməsi üç üsulla həyata keçirilir: keçirmə, konveksiya, şüalanma. İnsan bədəni istiliyi həm udur, həm də xaric edir. Aşağı tezlikli lazer terapiyası orqanizmə istənilən təsir molekulların funksional fəallığının artmasına gətirib çıxarır. Hüceyrələrin çoxalması, ferment prosesləri, regenerasiya sürətlənir. İnfraqırmızı şüalanma, toxumalarda bioloji aktiv maddələrin (bradikinin, histamin, asetilxolin) əmələ gəlməsini stimullaşdırır ki, bunlar da qan axınının sürətini müəyyən edir. İstilik şüalarına dərinin, selikli qişaların, hipotalamusun və onurğa beyinin (axıb gələn qanın temperaturunun yüksəlməsinə reaksiya verən) termo-reseptorları reaksiya verir. Termo-reseptorlardan afferent yollar üzrə istilik tənzimlənmə mərkəzlərinə (hipotalamus, onurğa beyini) impulslar daxil olunur, və buradan afferent yollarla qayıdır və damarları genişləndirir, tərləməni gücləndirir və s. Aşağı tezlikli lazer şüalar derma ilə udulur, lakin şüaların 30%-i, dərialtı piy qata və daxili orqanlara çataraq, 3-4 santimetrə qədər daha dərinə nüfuz edir. Orta və uzundalğalı şüalar epidermis tərəfindən udulur. İnsan dərisinin üzərində infraqırmızı şüanın təsiri altında, təsirin yerində xallı xarakterli, aydın konturları olmayan, şüalanmanın dayandırılmasından sonra yox olan eritema yaranır. Aşağı tezlikli lazer terapiyası üz ilə iş zamanı kosmetologiyada, mimik əzələlərin zəiflənməsi, qan dövranının yaxşılaşması, mübadilə məhsulları fəal şəkildə çıxarılan məsamələrin genişlənməsi üçün geniş tətbiq olunur. Aşağı tezlikli lazer terapiyası müalicəvi gimnastika və masajla uyğunluqda tətbiq edilir. O, hematomaların, infiltratların sovrulmasını sürətləndirir, ümumi və yerli hemodinamikanı yaxşılaşdırır.
Göstərişlər: daxili orqanların yarımkəskin və xroniki irinsiz iltihabi xəstəlikləri, dondurulma yanıqları, ləng sağalan yaralar və trofik xoralar, ağrı sindromu ilə periferiya sinir sisteminin xəstəlikləri, vegetativ disfunksiyalar, simpatalgiya.
Əks göstərişlər: şişlər, kəskin iltihabi proseslər və kəskinləşmə mərhələsində xroniki iltihabi proseslər, qanaxmalar, III mərhələnin hipertoniya xəstəliyi, II-III mərhələnin qan dövranının azlığı, vərəmin aktiv formaları və s.