Hiro TT - yüksək lazer şüaları ilə kombinəolunmuş terapevtik lazer cihazı olub, impuls rejimində çalışaraq SmartCooler mexanizmi ilə dəri səthinin istiliyinə nəzarət edir. TT Lazer kəskin, yarım kəskin və xroniki dayaq-hərəkət, əzələ patologiyalarında ağrı sindromunun müalicəsi üçün yeni terapevtik metod sayılan Hilterapia®-nın ən mütərəqqi tətbiqidir.
HIRO TT, lazerin son dərəcə yüksək intensivliyini (3kW və 15.000W / cm2) istilik mübadiləsinin səmərəliliyi ilə birləşdirir. Termal mübadilə prinsipinə əsaslanan yeni terapevtik innovativ metod dəri və dərialtı toxumalarda temperaturu aşağı salan xüsusi soyutma sistemini özündə birləşdirir. (SmartCooler)
Bu cihaz ikiqat və paralel, temperatur mübadiləsinin lokallaşmış və fasiləli mexanizminə malikdir.
Əsas Xüsusiyyətləri
- Yüksək güc və şüa intensivliyi – heç bir digər lazer aparatları bu xüsusiyyətə malik deyil.
- İltihab və ödeməleyhinə, reparativ, regenerativ və qısa müddət ərzində ağrıkəsici effekt
- Toxumaları soyutma sisteminə malik termiki relaksasiya xüsusiyyəti
- Səthi və dərin toxumalara sirayət edən effektiv iş prinsipi
- Kontrol
Hiro TT üstünlüyü
10” rəngli toxunma ekranı ilə müalicə protokollarını nahiyyəyə müvafiq seçmə xüsusiyyətinə malikdir. Hər bir protokola müvafiq olaraq terapevtik müalicə üçün seçilmiş sahələri əks etdirən və müalicəyə ehtiyac duyulan patologiyanın yerini göstərən şəkillər və videolar əlavə olunmuşdur.
Əsas Göstərişlər:
- Bağların dartınması
- Travmalar
- tendinitlər
- Plantar fassit
- Servikal bronxalgiya
- Kürəkdə ağrılar
- Qığırdaqların artrozu və degenerasiyası
- bursit
- Artrit
- kapsulit
- epikondilit
- tendinit və tendosinovit
- Travma nəticəsində ödem və hematomalar
- post travmatik və yüklənmədən sonra yaranan pozğunluqlar
- Adduktor sindromu
- idman zədələri
- oynaq qığırdağının iltihabi xəstəlikləri
Texniki xarakteristikası:
- Dalğanın uzunluğu 1064 nm
- Tezlik 10-30 Hers
- Orta güc 10.5 Vt
- İnteqral axının sıxlığı 1780 mJ/sm2
- İmpulsun uzunluğu < 100 mks
- Smartcooler soyuducu sistemi 18-28 dərəcə
- Çəki 45 kq
- Enerji impulsu 350 mJ