“GRAIL” – Yeriş analizində yeni dövr

Yeriş analizi və reabilitasiya üçün ən mükəmməl vasitə olan "GRAİL" reabilitasiya prosesinin dəqiqliyini və motivasiyasını artıraraq pasiyentlərin daha qısa müddətdə funksional hərəkətə qayıtmasına şərait yaradır.

Əsas komponentlər:

  • Tam instrumentləşdirilmiş qaçış yolu: Pasiyent iki istiqamətdə hərəkət edə bilir, sürətini özünə uyğun tənzimləyir və yeriş parametrləri güc platformaları vasitəsilə ölçülür.
  • 180° immersiv proyeksiya: Virtual reallıq mühitləri balans, koordinasiya və təbii yerişi real hiss etməyə imkan verir.
  • 3D Motion Capture: Hərəkətlər millimetr dəqiqliyi ilə qeydə alınır, əzələ və oynaqların fəaliyyəti analiz edilir.
  • EMG sistemi: Əzələ aktivliyi real vaxtda ölçülür və terapiya fərdiləşdirilir.
  • Sinxron VR və biofeedback: Pasiyent öz yerişini virtual mühitdə izləyir, irəliləyişini görür və motivasiya əldə edir.

Kimlər üçün uyğundur?

  • İnsult sonrası xəstələr
  • Onurğa beyni zədəsi olanlar
  • Ortopedik əməliyyatlardan sonra reabilitasiya alanlar
  • Parkinson xəstələri Beyin travması və sinir sistemi xəstəlikləri
  • Uşaqlarda serebral iflic və postural problemlər
  • İdmançıların yeriş/qaçış analizi

Üstünlükləri:

  • Müqayisəolunmaz dəqiqlik
  • Fərdiləşdirilmiş reabilitasiya
  • Real vaxtda vizual və kinestetik geribildirim
  • Müalicə prosesinin obyektiv monitorinqi
  • Təhlükəsiz mühit

"GRAIL" ilə reabilitasiya daha sürətli, effektiv və hər bir pasiyent üçün fərdiləşdirilib!