Kubalı voleybolçu üçün dönüş nöqtəsi AZƏRBAYCAN OLDU

Kubalı peşəkar voleybolçu Luis Elian Estrada TƏBİB-in tabeliyindəki Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində keçdiyi reabilitasiya proqramından sonra fiziki vəziyyətini yaxşılaşdıraraq yarışlarda daha uğurlu nəticələr göstərib.

Crossmedia.az xəbər verir ki, voleybolçu iki il əvvəl məşq zamanı dizindən zədə alıb və əməliyyat olunub. Bir sıra ölkələrdə reabilitasiya keçməsinə baxmayaraq, hərəkət edərkən və oyun zamanı ağrıları davam edib, idman performansında çətinliklər yaşayıb.

Azərbaycanda fəaliyyətə başladıqdan sonra Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinə müraciət edən idmançı mütəxəssislərin nəzarəti altında reabilitasiya proqramına cəlb olunub.

Proqram başa çatdıqdan sonra voleybolçunun fiziki vəziyyətində yaxşılaşma qeydə alınıb və o, yarışlarda daha uğurlu nəticələr əldə edib.

 

https://crossmedia.az https://gununsesi.info/  https://bakues.az/ https://report.az/