Reabilitasiya.az olaraq xəstələrimizə ən müasir texnologiyaları təqdim etməkdən qürur duyuruq. Bu gün sizə R-FORCE® antigravity treadmill sistemi haqqında məlumat vermək istəyirik – bədən çəkisini 0–100% arası azaltmaqla erkən mərhələdən etibarən təhlükəsiz yeriş məşqlərinə imkan yaradan unikal cihaz.
Niyə R-FORCE®?
- Tam Bədən Çəkisi Dəstəyi – xəstənin real çəkisini azaltmaqla zədələrdən və əməliyyatlardan sonrakı erkən reabilitasiyanı mümkün edir.
- Təbii və Rahat Hərəkət – bədən çəkisiz bir mühitdə balanslı və təbii yeriş təmin olunur.
- Motivasiya və Biofeedback – inteqrasiya olunmuş kamera və oyunlarla xəstə həm öz addımlarını izləyir, həm də motivasiyasını qoruyur.
- Məlumatların Saxlanması və Analizi – terapevtlər hər seansdan sonra pasiyentin inkişafını dəqiq hesabatlarla izləyə bilir.
Elmi tədqiqatlarla sübut edilib ki, Nevrologiya xəstələrində metabolik aktivliyi artırır,ortopedik əməliyyatlardan sonra yerişdə asimmetriyanı azaldır,travma sonrası balans və hərəkətliliyi bərpa edir.
Nevroloji xəstəliklərdə( insult, Parkinson, MS və s.), Ortopedik əməliyyatlardan sonra bərpada,travma və idman zədələrindən sonra reabilitasiya sahələrində istifadə edilir.
