Krioterapiya

cryoflow 03Krioterapiya (yun. Kpuos-buz) orqanizmin üzv və toxumalarına soyuq amilin təsiri ilə aparılan müalicədir. Soyuq qıcıqlandırıcı dəri reseptorları tərəfindən qəbul olunaraq bütöv orqanizmdə, yaxud ayrı-ayrı üzv və sistemlərdə mürəkkəb və çoxsahəli reaksiya törədərək bioloji prosesləri dəyişir. Yüksək intensivlikdə soyuqla təsir edən zaman çoxlu miqdarda dəri elementləri parçalanaraq müxtəlif dərəcəli don vurma törədir. Soyuq həmçinin keçiriciliyə regenerativ və reparativ proseslərə də təsir göstərir.

Soyuğun yerli təsirindən damarlar büzüşdüyündən dəri avazıyır, sonra isə damarların genişlənməsi hesabına qan axını çoxaldığından yüngül qızartı və istilik törədir ki, buna da akriv hipertermiya deyilir. Soyuğun uzun müddət davam etdirilməsi etdirilməsi aktiv hipertermiyanı passiv formaya keçirdiyindən qırmızı rəngdə olan dəri göyərməyə başlayır.

Krioterapiya- maddələr mübadiləsi proseslərini stimullaşdırır, qaz mübadiləsini, karbohidratların, yağların bəzən zülal birləşmələrinin yaranmasını artırır. Toxumalarda ödem və alterasiya azalır, uzun müddət sağalmayan yaralarda toxuma regenerasiyası aktivləşir, ölmüş toxumaların yenilənməsi və nekroliz prosesinin surətlənməsi baş verir.

Göstərişlər:

  • dayaq-hərəkət aparatının xəstəlik və travmaları
  • revmatoidli artrit
  • kəskin pankriatit
  • yanıqlar
  • trofik xora
  • yataq yaraları
  • qızılyel

Əks göstərişlər:

  • Reyno xəstəliyi
  • obliterasiya edici endoartrit
  • varikoz genişlənmələr və s.

Lokal krioterapiyanın davam etmə müddəti bir neçə dəqiqədən 1 saata qədərdir. Proseduranı 2-4 saat fasilə ilə davam etdirmək olar. Müalicə kursunun davam etmə müddəti 72 saatdan 1 aya qədər ola bilər.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur