Akupunktura

Akupunktura- ənənəvi Çin təbabətinin bir qolu olub, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir.

Belə bir rəvayət var. Qədim zamanlarda bir Çin sərkərdəsinin önəmli bir döyüş ərəfəsində belindən güclü ağrı tutur. Ağrıya baxmayaraq o doyüşdə iştirak edir. Döyüş zamanı onun kürəyinə ox batır, və o ağrının yox olduğunu hiss edir. Döyüşdən bir neçə gün sonra, həmin sərkərdə beli ağriyan bir insanın kürəyinə həmən yerə ox batırır və nəticə eyni olur, yəni ağrı dayanır. Deyirlər ki, iynəbatırma ilə müalicə ənənəsi (akupunktura) o vaxtlardan başlanmış.

Bir müalicə üsulu kimi akupunktura yüzilliklərlə inkişaf edib. Yalnız 1951-ci ildə Çində (Pekin şəhərində) akupunktura metodları üzrə Eksperimental İnstitut yaradıldı, 1955-ci ildə isə Elmi Tətqiqat İnstitutuna çevrildi. Təxminən elə həmin vaxtlardan akupunktura, bütün dünyada əlavə müalicə metodu kimi geniş miqlasda istifadə olunmağa başlandı.

Bir maraqli faktı da qeyd etmək istərdik ki, 1991-ci ildə Avropada təxminən 5300 il əvvəl yaşamış, buzun içində mumiyalaşmış insan bədəni tapılmışdır (Eti-buz adamı). Bu insanın bədənində iynəbatırma nöqtələrinə uyğun yerləşən 15 qrup tatuaj aşkar olunmuşdur.

Hal-hazırda Çində, Yaponiyada, Koreyada akupunktura xroniki xəstəliklərin müalicəsində tətbiq olunur. Bu ölkələrdə akupunktura sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə olunur. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırmadan istifadə edirlər.

Alman həkimləri iynəbatırmanı baş, bel ağrıları, miqrenin müalicəsi, anesteziya zamanı tətbiq edirlər.

Hər bir insanın bədənində 650 nöqtə mövcuddur ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.

İynəbatırma seans: Mütəxəssis problemdən asılı olaraq iynələri lazım olan nöqtələrə, lazım olan dərinliyə batırır.  İnsan bu zaman cuzi və qısamüddətli ağrı hiss edə bilər. Seans zamanı 6-12 iynə (iynələr individualdır) istifadə olunur. Bütün iynələr yerləşdirildikdən sonra həkim müalicəvi təsiri gücləndirmək üçün onları tərpətməyə və çevirməyə başlayır.

İynəbatırna seansından sonra orqanizmdə endorfinlər (eyforiyaedici və ağrıkəsici təsirə malik endogen maddə) əmələ gəlməyə başlayır, düzgün aparılmış proseduradan sonra hətta anesteziyasız cərrahi əməliyyat da etmək mümkündür.

İynəbatırma- akupunktura seansından sonra siz özünü elə gumrah, sağlam və güclü hiss edəcəksiniz ki, sanki dünyaya yenidən gəlmisimiz.

Bizim bədənimiz onsuzda kifayət qədər kimyəvi zərərli maddələrlən ziyan çəkir: ilk növbədə kənd təsərrüfatı və heyvandarlıqda zərərli kimyəvi maddələrin istifadə olunduğuna görə. Bütün bu amillər insanlarda ciddi xəstəliklərə, allergiyalara səbəb olur. Buna görə də kimyəvi dərmanlarla yanaşı, bəzən isə onların əvəzinə alternativ tibbi metodlardan istifadə etməkdən qorxmayın. Bir də unutmayın müalicə yalnız həkim tərəfindən təyin olunmalıdır!!! Müsbət təsir isə həkimin peşəkarlığından asılıdır!!!

İynəbatırma (akupunktura) – metal iynələrin təsiri ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə olan təsir etməklə aparılan müalicə metodudur. İynəbatırma bir çox xəstəliklərin (müxtəlif nevritlər, onurğa sütununun osteoxondrozu, artrozlar, nevroz və s. ) müalicəsində uğurla tətbiq edilir.

Bizim klinikada bu üsuldan ən çox üz sinirinin nevritinin müalicəsində istifadə olunur. Onun müalicəvi təsiri bədəndə yerləşən müxtəlif nöqtələrə iynə batırma vasitəsiylə (yanaq, alın, gicgah əllər, ayaqlar və qulaq seyvanı) həyata keçirilir. İynəbatırmanın ağrıkəsici, stimulyasiyaedici, sakitləşdirici və iltihaba qarşı effektiv təsirləri vardır. Xəstəliyin ilkin dövründə müalicə aparılarsa maksimal effekt göstərir. Müalicə kursunun müddəti və miqdarı həkim tərəfindən individual olaraq təyin olunur. I kurs əsasən 10-12 seansdan ibarət olur. (15-dən çox olmayaraq). Bəzi istisna hallarda, məsələn şəkərli diabet xəstələrində 10 gündən sonra, II kurs təyin oluna bilər, xüsusən, davam edən əzələ kontrakturaları əmələ gəlibsə. Bu xəstəlikdə akupunkturanın massaj (üz, boyun, baş nahiyyəsi) və farmokopunktura ilə (dərman preparatlarını akupunktur nöqətələrə yeritmə üsulu) kombinə olunması müalicənin effektini artırır.

1390725223 akupunkturaQuru iynələmə (dry needling)

Quru iynələmə müalicəsi, adı üzərində hər hansı bir dərman olmadan yalnız iynə ilə əzələ və yumşaq toxumaların xəbərdar edilməsi əsasına söykənən bir müalicə üsuludur. İstifadə olunan iynələr son dərəcə nazikdir və əməliyyat zamanı heç bir ağrı hiss olunmur. Texniki olaraq bu akupunktura bənzəyir. Ancaq quru iynələmə zamanı inyeksiya yerləri akupunktur nöqtələri deyil, ağrılı, həssas ya da trigger nöqtələrdir. Xüsusilə ağrı nöqtəsi və fibromiyalgiya müalicəsində ən yaxşı variantlardan biridir.

Ağrı nöqtə xəstəliyi ya da digər adıyla miofassial ağrı sindromunun ən əhəmiyyətli xüsusiyyəti əzələ toxumasında yaranan sərtliklərdir. Bu sərtlikdən səbəbi, toxuma gərilməsi, həddindən artıq stress, oturaq işlərdə işləyənlərdə olduğu kimi yüngül amma davamlı gərginlik, boyun və bel yırtıqlarının sinirə təzyiq etməsi kimi səbəblərdən təsirlənən əzələnin incə liflərinin zədə görməsi, bundan sonra da əzələ içərisində kalsiumla zəngin bir toxumanın meydana gəlməsidir. Əzələdə bu anormal toxunmanın bərpa olunmasını təmin etmək üçün bir çox metoddan istifadə olunur. Bu baxımdan ən təsirli üsullardan biri quru iynə terapiyasıdır. Sərtləşmiş trigger nöqtənin içinə iynə batırıldığında, əvvəlcə yüngül bir qanlanma artımı olur, qanlanma artımı bölgədəki kalsiumdan zəngin toxumanın təmizlənməsinə və oksigenlə zənginləşərək yaxşılaşmağa başlayır.

Hansı xəstəliklərdə quru iynə terapiyası tətbiq olunur?

– Trigger nöqtə xəstəliyi (miofassiyal ağrı sindromu)
– Fibromiyalgiya
– Bel və boyun kirəclənməsi ilə bağlı ağrılar
– Bel və boyun yırtıqları
– Tendinit, xroniki tennisçı dirsək
– Ağrılı çiyin

Quru iynə terapiyası xəstənin diaqnozuna və vəziyyətinə görə 3 seans və 20 seans arasında aparılır. Trigger nöqtə xəstəliyində 5-10 seans, fibromialgiyada 15-20 seans, bel və boyun kirəclənməsində 10-15 seans, qəflətən əzələ tutulmasında 1-3 seans kifayətdir. Seanslar xəstənin vəziyyətinə görə hər gün və ya həftədə 2-3 gün aparılır. Bir çox sümük-əzələ sistemi xəstəliyində quru iynə müalicəsi tək başına bir üsul deyil. Ümumiyyətlə, məşq, fiziki terapiya və elektroterapiya ilə birləşdirilə bilər. Trigger nöqtə müalicəsində, çox xəstələrdə quru iynə və məşqlər yetərlidir, lumbar və boyun kalsifikasiyası və yırtıqların müalicəsində fiziki terapiya və elektroterapiya ilə birlikdə tətbiq olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur