“Artıq fikirləşirlər ki, geri qayıdıb burada çalışsınlar”

Azərbaycanlı tələbələrin xarici ölkələrdə tibb təhsili alması və orada fəaliyyət göstərməsi ilə bağlı suala aydınlıq gətirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində ilk dəfə icra olunan aorta damarının anevrizmasının qapalı yolla təmiri, endovaskulyar stent qreft yerləşdirilməsinin icrası ilə əlaqədar bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycanda səhiyyə inkişaf etdikcə, xaricdə oxumuş həkimlərimiz geri qayıdacaqlar: “Hər insanın istədiyi universitetdə oxumaq hüququ var. Bu bizi sevindirməlidir. Onlar Azərbaycanın milli maraqlarını təmsil edirlər.

Azərbaycanlı tələbələr artıq fikirləşməyə başlayıblar ki, geri qayıdıb ölkəmizdə çalışsınlar. Bu bizim uğurlarımızdan biridir. Biz kiməsə deyə bilmərik ki, xaricə getməyin. Azərbaycan səhiyyəsi inkişaf etdikcə onlar da Azərbaycana dönməyə başlayacaqlar”.

Gülnar Əliyeva

https://qafqazinfo.az/