Amerika Birləşmiş Ştatlarının FDA (Dərman və qida idarəsi) tərəfindən istehsal olunmuş fəqərələrarası disk yırtıqlarının yaranmasına səbəb olan təzyiqin aradan qaldırılması (dekompressiya) üçün tətbiq edilən Antalgik Trak Robotik cihazı, eyni zamanda dünyada ilk oynaq hərəkətliliyini artıran onurğa dekompressiya sistemidir. Antalgic Trak Onurğa fəqərələri arasındakı diskləri tədricən açaraq sinir təzyiqini aradan qaldırır.
Antalgik Trak - digər dekompressiya cihazlarından fərqli olmaqla yanaşı, onurğa dekompressiya metodları arasında ən son inkişaf etmiş seqmental traksiya metodudur. Bu aparat təcrübəli klinik və robot mühəndisləri tərəfindən dizayn edilmişdir. Kompüter texnologiyasının köməyi ilə, degenerasiyaya məruz qalmış disklərin hidratlanmasına, qabarıqlıq və ya yırtıq əmələ gəlmiş disklər arasından təzyiqinin aradan qaldırılmasına kömək edən innovasiya olunmuş sistemdir. Antalgik-Trak bənzərsiz bir onurğa dekompressiya cihazıdır.
Antalgic-Trak dekompression terapiyanın tətbiqi zamanı fəqərələrarası disklər tədricən açılaraq, basqıya məruz qalmış sinirin üzərinə düşən təzyiq aradan qalxır. Nəticədə problemli sahənin maye axını bərpa olur, bu da öz növbəsində həmin nahiyyənin sürətlə yaxşılaşmasına şərait yaradır.
Antaljik-Trakın ən böyük üstünlüyü onurğa sütununuzu müxtəlif duruşlarda yerləşdirməyimizə imkan verən bənzərsiz çox istiqamətli funksiyaya malik olmasıdır. Boyun və bel hissələrinin hər biri 10 fərqli istiqamətdə hərəkət edə bilər. Prosedurlar pasientlərə individual olaraq seçilir. Pasientin şikayətlərini nəzərə alaraq seans zamanı pasientə tətbiq edilən mövqe (üfüqi-şaquli) xüsusi təyin edilir. Müalicə məsafə və ya çəki dəyərinə görə proqramlaşdırılır. Cihazın tətbiqi pasientin yaşına və elastikliyinə görə dəyişir. Cihazın zərif hərəkət diapozunlu terapiyası onurğanın məhz kompressiyaya məruz qalan hissələrində tətbiq edilir. Bu texniki yeniliklər oynaq funksiyası və disk sağlamlığını yaxşılaşdırmağa və bərpa etməyə kömək edir.
Antaljik-Trak dekompressiya zamanı onurğanı müxtəlif postural aralıqlarla hərəkət etdirməyə imkan verir. Bu dekompressiya üsulunun üstünlüyü birbaşa onurğanın kompressiyaya məruz qalmış seqmentinə tətbiq edilməsidir. Cihazın keyfiyyət göstəricisi onun az güc sərf edərək daha yaxşı nəticələr əldə etmək üstünlüyüdür.
Aparatın digər özünəməxsus xüsusiyyəti terapiyanın üfüqi vəziyyətdə diskomfort yaşayan pasientlərə ( uzanan zaman ağrısı olan pasientlər ) faydalı tətbiqidir. Bu dekompression metod bizə fəqərəarası disklərin və oynaqların hər tərəfinə çatmağımızı təmin edən bütün hərəkət aralıklarında (məsələn, yan əyilmə və ya dönmə) həyata keçirilmə imkanı verir. Kompüter proqramı son dərəcə çox yönlüdür, həm kəskin, həm xroniki olan xəstəlikləri müalicə etməyə imkan verir.
Antalgic Trak istifadəsinə göstərişlər:
- Onurğa Dekompressiyası
- Fəqərələrarası bel yırtığı
- Fəqərələrarası boyun yırtığı
- Onurğa sürüşməsi
- Spinal stenoz