Manual Terapiya

Manual Terapiya – öz praktik effektivliyi ilə əlaqədar son illlər müxtəlif tibbi ixtisas sahələri və xəstələrin diqqətini özünə çəkməkdədir. Bu müalicə üsulu ilə qısa vaxtda oynaqların hərəkət həcmi bərpa olunur, ağrı, xüsusən bel və boyun, böyük oynaqlardaki ağrılar azalır, əzələ gərginliyi keçir. Sözün geniş mənasında Manual Terapiya dayaq-hərəkət sisteminin aktiv elementləri olan və yığılma qabiliyyətli əzələ, bağ, fassiyalara və passiv elementləri olan oynaqlar, oynaq qığırdaqları, fəqərəarası disklər, sümüküstlüyünə təsir etməklə bu iki element arasındakı patoloji əlaqəni pozur və normal (funksional) əlaqəni bərpa edir.

Manual Terapiya dayaq-hərəkət sisteminin geri dönən funksional pozulmalarının:

– reflektor əzələ spazmı,
– bağ gərilmələri və nəticədə hemodinamikanın, xüsusən venoz hemodinamikanın pozulması,
– ödem və sonda bunların nəticəsi kimi meydana çıxa biləcək tunel sindromunun aradan qaldırılması ilə məşqul olur.

manual

Ostexondrozun ilkin mərhələlərində, fəqərəarası disk qabarmalarında manual prosedurlar qısa müddətdə xəstənin vəziyyətini yaxşılaşdırır, ağrılarını azaldır.
Son illər Manual Terapiyanın daxili üzvlərin müalicəsi ilə məşğul olan Visseral xiropraktika sahəsi öz effektivliyinə görə daha geniş tətbiq olunur, belə ki, bu üsulla çox təsadüf olunan aşağıdakı xəstəliklərdə yaxşı nəticələrə nail olmaq olur:

  • Diafraqmal yırtıq
  • Daxili üzvlərin(mədə, böyrək) sallanması
  • Qarındaxili fassial gərilmələr və bununla bağlı üzvlərin yerini dəyişməsi və həzm pozğunluqları
  • Enurez – uşaqların gecələr sidiyi saxlamaması

Manual terapiya onurğa xəstəliklərini müalicə edən kompleks üsullardan ibarət müalicə növüdür.

Onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir. Bu onurğanın və disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərə arası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapevt xəstəliyə məruz qalmış nahiyəyə təsir edərək onurğanı və fəqərələr arası disklərin normal vəziyyətini bərpa edir, əzələ spazmını aradan qaldırır.

Manual terapiya ilə müalicə qaməti düzəldərək sərbəst hərəkəti təmin edir, əzələlərdə qanın mikrosirkulyasiyasını yüksəldir, əzələ tonusunu möhkəmləndirir və əzələ bağlarını elastikləşdirir.

Göstərişlər:

  • osteoxondroz
  • radikulit
  • protruziya
  • onurğa yırtığı
  • qamət pozğunluğu
  • skolioz
  • baş ağrıları

Əks göstərişlər:

  • bədxassəli şişlər
  • qan-damar xəstəlikləri
  • yüksək hərarət
  • yüksək təzyiq
  • onurğanın iltihabı xəstəlikləri və s.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur