Həyat keyfiyyətini ciddi dərəcədə pozan fibromialgiya -tükənmişlik sindromu, xroniki ağrı sindromu və ya xroniki yorğunluq sindromu olaraq təyin oluna bilər. Əzələ ağrıları, baş ağrısı, yorğunluq, əldən düşmüşlük, halsızlıq, yuxu nizamsızlıqları və bəzən də spastik kolit dediyimiz tualetə çıxma problemlərinin yoldaşlıq etdiyi xroniki bir xəstəlikdir. Fibromialgiya xüsusilə kürək, boyun, çiyin və bud-çanaqda diqqətə çarpan olmaq üzrə ağrının olduğu bir əzələ skelet sistemi xəstəliyidir. Xüsusilə bədənin müəyyən nöqtələrində həddindən artıq həssaslıqla özünü göstərir. Xəstə, ağrının bir yerdən başlayıb bütün bədəninə yayıldığını ifadə edər. ağrı; yanıcı, sızlayıcı olaraq təsvir edilir. Yanaşı olaraq yuxusuzluq və yuxusuzluqdan irəli gələn əsəbilik, tez özündən çıxma xəstələrin həyatına çox pis təsir edir. Fibromialgiya, gecələri kifayət qədər yatmanıza baxmayaraq səhər qalxdığınız zaman özünüzü heç yatmamış kimi hiss etdirən yumşaq toxuma revmatizmasıdır.
Əhalinin 3% -də görülən fibromialgiya sindromu xəstələrin həyat keyfiyyətinə təsir göstərir. Hər yaşda və hər iki cinsdə görülə bilməklə bərabər, ən çox 25-55 yaşlar arasında rast gəlinir. Fibromialgiya qadınlarda kişilərə nisbətən üç dəfə daha çoxdur. Bu da ki, qadınların tez-tez hormonal dəyişikliklərə məruz qalması ilə əlaqədardır
Fibromialgiya əlamətləri fərqli xəstəliklərlə qarışıq salınması ehtimalı isə çox yüksəkdir. Doğru diaqnoz qoyulamadığı zaman fibromialgiya şikayətləri azalsa da, bir müddət sonra yenidən başlama riski çoxdur. Fibromialgiya müalicə edilmədikdə, həyat keyfiyyətinin və əmək qabiliyyətinin itirilməsi səbəb olur.
Təsnifatı
Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışında fibromialgiya “skelet-əzələ və birləşdirici toxuma xəstəlikləri” altında gedir və qeyd olunur ki, fibromialgiya sindromu funksional somatik sindrom kimi baxılmalıdır.
Etiologiyası
Fibromialgiyanın səbəbləri hələ tam öyrənilməyib. Əsas səbəbi beynin ağrı siqnallarını fərqli şəkildə qəbul etməsidir. Burda da xarici və daxili faktorların, xəstənin keçmişdə keçirdiyi xəstəliklər, revmatik xəstəliklərin rolu vardır. Xarici faktorlara hava dəyişiklikləri, müxtəlif rahatsızlıqlar və s. Aiddir. Daxili faktorlara stress faktoru, genetik faktorlar və s. aiddir
Dəqiq səbəbi bilinməməklə bərabər, güman edilir ki fibromialgiyanın inkişafında psixoloji, genetik,neyrobioloji ve ekoloji faktorların rolu vardır. Gərgin iş rejmi olan, kompyuter arxasında çox işləyən, diş həkimləri, jurnalistlər, memarlar bu xəstəlikdən daha çox əziyyət çəkirlər.
Əlamət və simptomları
Fibromiyalgiyalı xəstələrin ən az 2/3-i bədənlərində hər yerlərinin ağrıdığını söyləyərlər. Ağrı yandırıcı ya da sabit ola bilər. Əsasən səhərlər daha çox ağrı olur, gün boyu ağrı azalar və gecələri yenidən pisləşər. Bir başqa əlamət yuxu pozğunluğudur. Bu xəstələrin 1/3-ində böyümə hormonu ifrazatı azdır. Yuxu nizamsızlığının ən böyük səbəblərindən biri budur. Xəstələrin 60-90%-ində yuxu pozğunluğunu vardır. Ağrı şiddətinə baxmadan, xəstələrin böyük qismi yuxuya getmədə və yuxunu davam etdirməkdə çətinlik çəkərlər, tez-tez yuxudan oyanar və səhər yorğun olaraq qalxarlar. Tipik olaraq yuxuları yüngül və narahatdır.Ən gözə dəyən xüsusiyyətlərindən biri də yorğunluqdur. Xəstənin gündəlik həyat fəaliyyətlərini məhdudlaşdırar.
Fibromialgiyanın əsas simptomlarını aşağıdakı kimi təsnif etmək olar:
- 3 aydan çox davam edən yayılmış bədən ağrısı. Ağrı əsas əlamət olub, ən çox boyun, bel, qol və ayaqlarda, döş qəfəsində müşahidə olunur. Ağrı stress, pis yuxu, soyuq və nəm hava şəraitində arta bilir.
- Yuxu pozulması, dincəlmək-rahatlıq hissi yaratmayan yuxu
- Əhval-ruhiyyənin tez-tez dəyişməsi
- Əsəbilik, gərginlik
- Səhər saatlarında yorğunluq
- Koqnitiv disfunksiya, o cümlədən diqqət toplamada çətinlik, qısa və uzunmüddətli yaddaşda problemlər
- Həyəcan və depressiya
- Baş ağrıları
- Qollar, ayaqlar və üzdə uyuşma
- Psixosamatik simtomlar – mədə-bagırsağın pozulması, tez-tez sidiyə getmə, ginekoloji problemlər;
- Ümumi keyləşmə hissi;
Fibromialgiyanın diaqnozu
Fibromiyalgiya xəstələrində bəzi həssas nöqtələr vardır. Həssas nöqtələr, boyun, çiyin, üst sinə və bel bölgəsindədir. Cəmi 18 həssas nöqtə vardır. Diaqnoz qoyulması üçün 18 həssas nöqtənin ən az 11-ində ağrı müəyyən edilməlidir. Fibromialgiyanın diaqnozunda xəstəliyin əlamətlərinin və şikayətlərin 3 ay davam etməsi şərtdir.
Müalicə
Fibromialgiya müalicəsində ən əhəmiyyətli prinsip xəstə-həkim işbirliğidir. Xəstəyə xüsusi tətbiq olunan konservativ müalicə ilə yanaşı, fizioterapiya və reabilitasiya üsulları, məşq programlarından biri ya da hamısı birlikdə tətbiq oluna bilər.
Konservativ Müalicə
Fibromialgiya müalicəsində xəstənin vəziyyətinə görə ağrı kəsici dərmanlar, antidepresantlar, əzələ genişləndiricilər və yuxu tənzimləyici dərmanlar istifadə edilməkdədir.
Fizioterapevtik müalicə
Fibromialgiyanın müalicəsində ən əhəmiyyətli yeri fizioterapevtik və reabilitasion müalicə tutur. Fibromialgiyalarda fizioterapevtik müalicənin məqsədi ağrının irradiasiya edən zonalarda analgetik və spazmolitik təsir göstərmək, əzələdə yaranan gərginliyi götürməkdir. Fizioterapiyada tətbiq olunan karboksiterapiya müalicəsi, trigger nöqtə iynəsi fibromialgiyaya olduqca təsirlidir.
Fizioterapevtik olaraq xəstəyə aşağıdakı prosedurlar təyin olunur:
– Elektroterapiya – tens, UST, interferansterapiya;
– Massaj;
– Müalicəvi idman;
– Akkupunktura;
– Ozonterapiya;
– Proloterapiya;
– Manual terapiya.
Fibromialgiya müalicəsində idmanla məşğul olmaq çox faydalıdır. Yorucu iş günündən sonra idman etmək, o qədər xoş səslənməsə də, ən az həftəfə 3 gün idman edilməlidir. Uzun müddətlik stol arxasında oturmaq, əzələlərə və ümumiyyətlə orqanizmə pis təsir göstərir. İdman həmin problemlərin qarşısını almaq üçün ən yaxşı üsuldur. Tək dərmanla bu xəstəliyin müalicəsindən istənilən effektin alınmayacağını, sadalanan qaydalara da dərmanlarla birlikdə riayət etmək lazım olduğunu unutmamalısınız.