Reyno xəstəliyi əsasən yuxarı ətrafların damar xəstəliyidir. Eyni ada malik həm xəstəlik, həm də sindrom olar “Reyno” xüsusən qadınlarda daha çox rast gəlinir və 13-14 yaşdan etibarən özünü büruzə verir. Əksər insanlar bu adı birinci dəfə eşitsələr də, bu gün gənclər arasında məşhur bir addır və bu bəlaya düçar olanların böyük bir qismi psixoji sarsıntı da keçirir.
“Reyno” damar xəstəlikləri arasında geniş yayılan bir növdur. Həm xəstəlik, həm də sindrom olmaqla iki yerə bölünür və sindrom xəstəliklə müqayisədə daha çətin müalicə olunur. Xüsusən, əl və ayaq, burun, qulaqlardakı damarlara təsir edən sindrom bir növ astma kimi ataklarla müşayiət olunur.
”Reyno” xəstəlik olaraq tamamilə ayrı bir xəstəlikdir. Hansı ki, uzunmüddətli müalicə tələb edir. “Reyno” sindromu isə xəstəliyə nisbətən təkbaşına bədənə təsir etmir. Hər hansı bir xəstəliyə yoldaşlıq edir. Məsələn, təzyiq, miqren, damar divarlarının müalicəsiylə bağlı qəbul edilən dərmanlar damarlarda “Reyno” sindromunu yaradır. “Reyno sindromu” bəzi revmatoloji xəstəliklərin bir hissəsidir. “Reyno xəstəliyi” isə müstəqil bir xəstəlikdir. Kardioloqlar bildirir ki, “Reyno sindromu”na tutulmamaq üçün hər hansı bir tədbir görməyə ehtiyac yoxdur, çünki sindrom tam sağlam insanlarda da görülə bilir. Əsas odur ki, sindrom atakları çoxalmadan vaxtında diaqnozu qoyulub tez bir zamanda müalicəsinə başlanılsın.
Xəstələnmə əvvəlcə akrosionoz və barmaqların vaxtaşırı kəskin avazıması ilə meydana çıxır.Bu xəstəlik zamanı bədənin müəyyən hissələrində, ən çox əl barmaqlarında arteriya və kapilyarların tutmalar şəklində spastik hala düşməsi ilə cərəyan edir. Burada damar divarı və onu tənzim edən sinir aparatında morfoloji dəyişiklik olmadığı halda, damarların nevrogen mənşəli və tez keçib gedən funksional pozgunluğu olur.
Simptomları:
Akrosionoz əsasən qadınlarda müşahidə edilir. Əvvəllər bədən soyuduqda yuxarı ətraaf damarlarında bir neçə dəqiqəlik tutmayabənzər spazm baş verir ki, bu da qollarda barmaqların və biləklərin avazıması (ağ barmaqlar), soyuması (dəri temperaturunun enməsi), hissiyyatın zəifləməsi, paresteziyalar, işemiya nəticəsində biləyin zəifləməsi və ağrıması ilə özünü büruzə verir. Spazm qurtardıqdan sonra göynəmə və sancma hissləri qalır.
Damarların spazm mərhələsi local asfiksiya mərhələsinə keçir. Venoz vurğunluq, dəridə göyərmə, ya mərmər kimi ağarma əmələ gəlir ki,bunlar da paresteziyalar, anesteziyalar və ağrılar ilə müşayiət olunur. Barmaqların ucları göyümtül-bənövşəyi rəng alır, əllərin dərisi solğun, quru və soyuq olur.
Reyno sindromu atakı zamanı əl və ayaq barmaqlarında dəyişim gözə çarpır. Ola bilər ki, bir insanın tək əlində olsun, yaxud hər iki əlində və hər iki ayağında müşahidə edilsin. İnsandan insana vəziyyət dəyişir. Barmaq uclarında ağarma və göyərmələr yaranır. Ağarmalar damarlara qan axınının azaldığını, göyərmələr isə oksigenin getmədiyinin göstəricisidir. Bu cür damar pozğunluğu 10 dəqiqədən 1 saata kimi davam edə bilir. 1 saata yaxın büzüşən damarlarda artıq toxumalar zədələnir və əllərdə zaman-zaman ləkələr yaranmağa başlayır. Bir müddət sonra əllər uşaq əli olsa belə əyilmiş və yaşlı insan əli kimi görünür. Müalicənin məqsədi atakların sayını azaltmaq, damarları genişləndirmək və atak zamanı toxumaların daha az zərər görməsinə çalışmaqdır. Ataklar azalsa belə daim əlləri isti saxlamaq, qətiyyən bədən temraturundan soyuq etməmək lazımdır. Məsələn, ümumiyyətlə soyuq sudan istifadə etməmək, qar topu oynamamaq, soyuqda əlcəksiz gəzməmək lazımdır. Soyuq damarların büzüşməsi üçün şərait yaradır və sindrom ataklarının daha ağrılı keçməsinə səbəb olur.
Reyno xəstəliyi 3 mərhələdə cərəyan edir:
1) angiospastik;
2) məhəlli asfiksiya;
3) nekroz
Angiospastik mərhələdə yuxarı ətraf damarlarının sıxılması nəticəsində barmaqların ucları ağarır, əl soyuyur, dərisi solğunlaşır, hissiyat zəifləyir, ətraflarda ağrı və paresteziya olur. Damarlarda spazma keçdikdən sonra barmaqların solğuluğu sianozla əvəz olunur və nəhayət barmaqlarda hiperemiya baş verir. Bu zaman xəstə barmaqlarında istilik, yanğı hissi, bəzən də iynə -sancaq batma hissi keçirir, belə vəziyyət müxtəlif xəstələrdə müxtəlif müddətə davam edir.
Məhəlli asfiksiya mərhələsində, ilk növbədə, venoz durgunluq baş verir. Nəticədə dəri göyərir, yaxud mərmər şəklini alır. Bu dövrdə ağrı, paresteziya və hissiyat pozğunluğu kəskinləşir, dəru quruyur və ətraflar soyuyur.
Nekroz mərhələsi isə barmaqların ucunun, dərinin nekrozlaşması ilə nəticələnir.
Müalicəsi:
Xəstəliyin müalicəsi uzun illər ərzində davam edə bilər. Müalicə zamanı qan dövranı yaxşılaşdıran, qanı duruldan preparatlar və həmçinin fizioterapiya, massaj, psixoterapiya və s. istifadə olunur.
Başlanğıc mərhələdə ilıq su prosedurları,masaj, müalicəvi bədən tərbiyəsi, paxikarpin, dərmandan fentolamin tropafen, vitaminlər (B1, C) ilə müalicə məsləhət görülür. Aloye, FiBS inyeksiyaları da təyin edilir. Müalicəsində isə Ca kanal blokatorlarından və alfa blokatorlardan istifadə edilir. Xəstəliyin çox ağır hallarında simpatoektemiya əməliyyatından istifadə edirlər. Xəstəlik xronik vəziyyətə keçdikdə periarterial simpatektomiya (hüdudi kötüyün ikinci və üçüncü köks düyünlərində cərrahi əməliyyat) edilir və hüdudi kötüyün lifləri kəsilir. Simptomatik olaraq ağrıkəsici və damar genəldici dərman preparatları təyin edilir.
Xəstəyə siqaret çəkmək, içki içmək qadağan edilməlidir. Çünki nikotin güclü damar spazmı yarada bilir.
Reyno xəstəliyi zamanı fizioterapiya.
Reyno xəstəliyi – vegetativ sinir sistemi xəstəliklərinin angiotrofonevroz forması olub, tutmaşəkilli spastik damar pozğunluğu ilə xarakterizə olunan xəstəlikdir. Fizioterapevtik metodların tətbiqi vegetativ-damar və trofiki dəyişikliklərin aktivləşməsinin qarşısını almaq, maddələr mübadiləsi stimullaşdırmaq, orqanizmin immun statusunu artırmaqdan ibarətdir. Fiziki metodlar bir başa vegetativ-damar və trofiki dəyişikliklərin qarşısının alınmasına yönəldilmişdir. Bu məqsədlə xəstəliyin 1,2,3-cü dərəcələrində aşağıdakı fiziki tədbirlərdən istifadə edilir:
-Ultra bənövşəyi şüalanma – ön çiyin nahiyyəsinə 2-3 biodoza ilə başlayaraq, arxa boyun-çiyin nahiyyəsinə 3-4 biodoza tətbiq edilməlidir. Müalicənin 2i günündən sonra tədricən 1-2 biodoza artırmaqla müalicəni davam etdirmək lazımdır.Müalicə kursu 8-10 gün təşkil edir.
– İnduktotermiya – prosesə əllər cəlb edildikdə çiyin nahiyyəyə, ayaqlar cəlb edilərdə bel nahiyyəsinə tətbiq edilməlidir. Yüngül isti , davamlı rejimdə 8-15 dəq, gündə və ya günaşırı 12 gün müddətində müalicə kursu təşkil olunmalıdır.
– Qısadalğa diametriyası – xəstəlik əllərin zədələnməsi ilə müşahidə edilirsə onurğanın boyun-döş nahiyyəsinə ( 20-40 Vt gücündə), ayaqlarda zədələnmə aşkar edilibsə bel nahiyyəsinə tətbiq edilir. Prosesin davam etmə müddəti 5-10 dəq, müalicə kursu 10-12 gün gündə və ya günaşırı müəyyən edilir.
-darsanvalizasiya – əl və ayaqlar nahiyyəsinə ( distal şöbə) və ya bütün onurğa boyu, 8-10 gün, 10-15 gün təyin edilir.
– dərman vasitələri ilə elektrofarez – damargenəldici dərman vasitələri (eufillin, nikotin turşusu, komplamin) Boyun və bel simpatik qanqliyaları nahiyəsinə tətbiq edilir. İndefferent elektrodlar pəncə və ya bilək nahiyyəsinə yerləşdirilməlidir. Tokun gücü 0.03-0.05 mA/sm2. Elektrofarezi sedativ ( seduksen 0.5%li, oksibutirat natrium 5%li), spazmalitik ( dibazol 2%-li, papaverin 0.5%li, platifillin 0.1 %li ), qanqliopleqik (qanqleron 0.5%li, hekson 2.5%, benzohekson 2%li) dərman preparatları ilə də qoymaq olar. Anod – boyun və bel simpatik düyünlərin proyeksiyası, katod – yuxarı və aşağı ətrafların distal proyeksiyasına qoyulmalıdır. Tokun gücü 0.05 mA/sm2. Prosedurun davam etmə müddəti 10-20 dəq, müalicə kursu 10-15 gün təyin edilməlidir.
-Ultrasəs terapiya – impulsiv rejimdə, labil metod ilə 0.2-0.5 Vt/sm2 gücdə, paravertebral boyun və bel simpatik qanqliyaları proyeksiyasında tətbiq edilməlidir. Prosedur hər bir biləyə 6-10 dəq 10 gün təyin edilir.
1 və 2-ci dərəcəli Reyno xəstələrinə akupunktura, elektropunktura, elektroakupunktura, nöqtəvi masaj icra edilir. Birinci kurs müalicə 1-ci dərəcəli xəstələrə 10 gün, 2-ci dərəcəli xəstələrə isə 15 gün müəyyən olunur. Bunlarla bərabər xəstələrə kükürd vannaları (36-37 dərəcə) 12-14 gün, 4 və ya 2 kameralı vannalar (37 dərəcə) 10-15 gün, palçıq applikasiyaları ( çiyin nahiyyəsi 38-40 dərəcə, bel nahiyyəsi 42-44 dərəcə), müalicəvi masaj, müalicəvi gimnastika (10-12-15 seans) təyin edilə bilər.