Daban mahmızı- çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu dayaq-hərəkət aparatının pozğunluğu olub, tibbdə plantar fassit də adlanır. Fassit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar (osteofitlər) əmələ gəlir. Məhz bu çıxıntılara “şpor”lar deyilir. Bəzən bu çıxıntılar 12 mm qədər olur. Əgər müalicəyə vaxtında başlanmazsa dabanda dözülməz ağrılar, yeriyərkən axsamaq kimi fəsadlarla xəstələri narahat etməyə başlayacaqdır. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra ağrılar azalır.
Simptomlar:
Daban mahmızının əsas əlaməti ağrı sindromudur. Ağrı dabanda yaranmış şporun yumşaq toxumaları zədələməsi nəticəsində yaranır. Nəticədə dabanda iltihabi proses meydana çıxır, ayağın pəncəsinə kimi yayılır. Ağrı fiziki yüklənmə, uzun müddət bərk səthdə ayaq üstə dayanarkən,gəzmə və tullanma hərəkətləri edərkən, narahat və dar ayaqqabı geyinərkən artır. Daban mahmızının ilkin əlaməti səhər yuxudan oyanarkən ilk addımlarda əmələ gələn ağrıdır, bir neçə addımdan sonra ağrı getdikcə azalır. Ağrılar çox kəskin olur və əsasən günün birinci yarısında daha çox hiss olunur.Ağrılar həmçinin insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir (bunlara “start ağrılar” deyilir).
Yaranma Səbəbləri:
Plantar fassiya gündəlik summar yüklənməyə məruz qalır. Daimi gərginlik pəncədə mikrotravmaların əmələ gəlməsinə yol açır ki, bu da mahmızın yaranmasına təkan verir. Xəstəlik ən çox bütün günü ayaqüstə çalışan şəxslərdə rast gəlinir. Şporanın yaranmasına təkan verən səbəblər:
-yastıayaqlılıq
-müxtəlif mübadilə pozğunluqları
– artıq çəki
– podaqra
– virus infeksiyası
– aşağı ətrafların qan dövranı pozğunluğu
– daban sümüyünün kəskin və xroniki travmaları
Bütün bu səbəblərlə yanaşı daban mahmızının əmələ gəlməsinə yanaşı gedən şəkərli diabet, revmatizm, artroz, artrit, Bexterev xəstəliyi kimi xəstəliklər yol aça bilər. Eyni zamanda neyrodistrofik pozğunluqlar və onurğanın patologiyaları da şporanın yaranmasına təkan verir.
Xəstəlik ən çox yastıayaqlılıq və artıq çəkidən əziyyət çəkən şəxslərdə rast gəlinir. Bunun səbəbi pəncəyə və dabana düşən artıq yüklə əlaqədardır kı, bu da əlavə sümük çıxıntılarının əmələ gətirir.
Plantar fassit dioqnozu əsasən yaşlı şəxslərdə təsadüf edilir, adətən 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir. Sümük toxumasının zədələnməsi, aşağı ətraflarda qan dövranı pozğunluğu və toxumalarda regenerasiya prosesinin zəifliyi yaşlı şəxslərdə daha çox müşahidə edilir. Bu da xəstəliyin inkişafına start verən mexanizmdir.
Dioqnostika:
Daban şporu diaqnozun qoyulması Rentgen müayinəyə əsasən qoyulur. Rentgen şəklində daban sümüyündə olan iti çıxıntı-osteofitlər görünür.
Müalicəsi:
Tibbdə şporanın müalicəsi müxtəlif metodlarla həyata keçirilir:
– Medikamentoz
– Cərrahi
– Fizioterapevtik
Müalicəyə yüklənməyə məruz qalan pəncənin artıq yükdən azad olunması ilə başlamaq lazımdır. Bunun üçün ilk növbədə ortopedik pəncə yastıqcıqlarından (ortopedik stelka) istifadə etmək tövsiyyə olunur. Müalicənin sonrakı etapı ayaq fassiyasında yaranmış iltihabın aradan qaldırmağa yönəldilməlidir.
Daban şporlarının müalicəsində gel, krem və ya məlhəm şəklində olan qeyri-steroid iltihabəleyhinə preparatlar (diklofenak, butadion, indometasin məlhəmi və s.) istifadə olunur. Bu preparatlar ağrıları və iltihabı azaldır. Preparatlar 2 həftə ərzində gündə 3-4 dəfə dabanın üzərinə çəkilir. Lakin məlhəmlər, mazlar, müxtəlif ağrıkəsici kremlər və vannalar müvəqqəti ağrını azaldır.
Son zamanlar daban şporlarının müalicəsində zərbə-dalğalı terapiyadan istifadə olunur. Bu günkü gün üçün Zərbədalğalı- terapiya çox gözəl müalicəvi alternativ metod hesab edilir. Bu terapiya qısa müddətə müsbət nəticə əldə etməyə kömək edir.
Bu müalicə üsulu çox effektlidir. Sadə və eyni zamanda qəliz bir prosedurdur.Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalayır. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntiları tədricən parçalanaraq yumuşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir. Dabanda qan dövranı yaxşılaşdığından gələcəkdə mahmız xəstəni narahat etmir,bir şərtləki ilkin əmələ gəlmə səbəbi aradan qaldirilsin.
Birinci seansdan sonra dabanda olan ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir.Prosedurun müddetini hekim teyin edir seans 10 deqiqədən 30 deqiqəyə kimi davam ede biler, kurs müalicə intervallarla 4-7 seans təyin olunur.