Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv yüksək tezlikli maqnit müalicə metodu - Funksional Maqnit Stimulyasiya hesab edilir. Bu aparat quraşdırılmış 49, əllə quraşdırılması mümkün olan 9 proqramdan ibarət olub, bir çox xəstəliklərin müalicəsində analoqu olmayan innovasiya cihazıdır. Həm qadın, həm də kişilərdə sidik ifrazat sistemi pozğunluqları, əməliyyatdan və ya doğuşdan sonra daha sürətli reabilitasiya, hətta cinsi pozğunluqlar və çanaq əzələ patologiyaları zamanı yaranan xroniki ağrılarda bu müalicə metodu yüksək nəticə əldə etməyə imkan verir.
Tesla Care cihazı - Funksional Maqnit Stimulyasiyadan istifadə edərək çanaq əzələlərı patologiyaları və sidik ifrazı pozğunluqlarının müalicəsi üçün hazırlanmışdır. Cihazın yaratdığı impulslu maqnit sahəsi, elektrodlara ehtiyac olmadan pelvik (çanaq) əzələlərinin açılıb yığılmasına səbəb olur.
FMS, elektrik stimullaşdırma metodlarına alternativdir, reabilitasiya üçün bir çox üstünlüklərə malikdir. Lakin digər elektrik stimullaşdırma metodlarından üstünlüyü - maqnit sahəsinin daha az ağrılı olması, heterogen bioloji toxumaların daha dərin qatlarına nüfuz etməsinə imkan verməsi və dəri ilə təmas tələb etməməsidir. FMS dəri səthindəki ağrı sinirlərini stimullaşdırmır və buna görə klassik elektrik stimullaşdırmasından daha üstün hesab edilir.
FMS, maqnit sahəsi super induktiv xüsusiyyətə malik olub, elektrik stimullaşdırılması vasitəsilə dərin toxuma və əzələləri stimullaşdırır.
FMS müalicəsi pelvik (çanaq) əzələlərinin gücünü və dözümlülüyünü artırır. Bundan əlavə, patoloji prosesə məruz qalmış əzələlərə gücləndirici məşqləri necə düzgün yerinə yetirməyi öyrənir. Bu, nəzarətsiz sidik axınının və zəifləmiş pelvik (çanaq) əzələlərinin təsirli və uzun müddətli rahatlamasını təmin edir.
Çanaq əzələlərinin doğuşdan sonrakı möhkəmlənməsi - qeyri-ixtiyari profilaktikanın əsas tələbidir.
Uterusun (uşaqlığın) artan çəkisi və hamiləlik dövründə baş verən hormonal dəyişikliklər pelvik çanaq əzələlərində böyük bir gərginlik yaradır. Ağır keçən doğuş, hətta kesar əməliyyatları sonrası sinir və ya əzələlərdə ağrı və zədələnmələrə təsadüf oluna bilər. Bu səbəbdən doğuşdan sonra nəzarətsiz sidik və ya nəcis sızmasına səbəb olan xoşagəlməz hallara təsadüf edilir. Doğuşdan sonrakı belə problemlərin qarşısını almağın yeganə yolu, pelvik çanaq əzələlərini gücləndirən məşqlərdir. Bu cür məşqlər artıq hamiləlik dövründə edilməli, doğuşdan sonra da davam etdirilməlidir. Buna baxmayaraq, mütəxəssislərin araşdırmalarına əsasən bütün qadınların 28% -ə qədərinin doğuşdan 2 il keçməsinə rəğmən problemlərin hələ də davam etdiyi müəyyən edilmişdir. Yəqin ki bir çox qadınlar çanaq əzələlərinin möhkəmlənməsi üçün Keqel məşqləri barəsində məlumatlıdır. Beləliklə 20 dəqiqəlik FMS proseduru 8 saat davamlı Keqel məşqlərini əvəz edir. FMS cihazı pelvik əzələlərinə doğuşdan sonra sürətlə lazımı tonus, güc və dözüm əldə etməyə imkan verir. Qeyri-ixtiyarsız sidik və nəcis qaçırmanın qarşısını 2-3 həftə ərzində almağa müvəffəq olmuşdur.
TESLA Care Funksional Maqnit Stimulyasiyanın (FMS) üstünlükləri:
- FMS, dərin əzələ toxumalarının stimullaşdırılmasına imkan verir, 8 sm dərinliyə kimi sirayət edir. Müqayisə üçün bildirmək istəyirik ki, sadə elektrik stimulyasiyada bu rəqəm 1-2 sm təşkil edir.- FMS 3 Tesla stimulyasiya funksiyasına malikdir.
- FMS, dəriyə birbaşa təması olmadan əzələ toxumasını təsirli şəkildə stimullaşdırır.
- FMS, ağrısızdır, invaziv deyil, bu da digər maqnit terapiyalarının istifadəsinə əks göstəriş olan xəstələr üçün uygundur.
- Aplikator bədənə sabitlənə bilər və ya fizioterapevt proseduru əllə həyata keçirə bilər.
- FMS, ağrısız olduğu üçün vaginal və rektal elektrodlardan istifadəyə əks göstərişlər olan pasientlərə tam uyğundur.
- Əks göstərişləri çıxmaq şərti ilə ədəbiyyatda heç bir mənfi yan təsiri məlum deyil.
Təsir mexanizmi:
Fəaliyyət prinsipi - həm səthi, həm də dərin əzələlərin əzələ tonusunun bərpasına və tənzimlənməsinə imkan verən əzələ toxumalarının yığılmasına səbəb olan güclü bir maqnit sahəsinin sinir reseptorlarına təsiridir. FMS qan dövranını və drenajı, metabolik prosesləri yaxşılaşdırır, əzələlərə, qan damarlarına və yağ toxumasına təsir göstərir.
Terapiya prosesi:
- Terapiya sadədir və xüsusi bir xəstə hazırlığı tələb etmir.
- Terapiya qeyri-invaziv, ağrısız və məlum yan təsirləri olmadan həyata keçirilir.
- Təkmilləşdirmə yalnız bir neçə seansdan sonra görünə bilər.
- Terapiya planı hər bir xəstə üçün ilkin məsləhətləşmədən və müayinədən sonra ixtisaslaşdırılmış həkim tərəfindən ayrıca müəyyənləşdirilir.
Göstərişlər:
Uroloji Reabilitasiya – sidik qaçırma pozğunluğu ( müxtəlif mənşəli), gecə enurezi, nikturiya (tez-tez gecə sidiyə çıxma)
Ginekoloji Reabilitasiya – abortdan sonra reabilitasiya, doğuşdan sonrakı reabilitasiya, vaginal tonusun azalmasının bərpası, çanaq əzələlərinin disfunksiyasından qaynaqlanan cinsi istəksizlik , aybaşı pozğunluqları, uşaqlığın və sidik kisəsinin orta formalı enməsi, cinsiyyət orqanlarının prolapsı, xroniki çanaq ağrıları, əzələ atrofiyalarına bağlı yaranan ağrı və spazm
Androloji xəstəliklərin Reabilitasiyası - radikal prostatektomiya əməliyyatlarından sonra reabilitasiya, xroniki prostatit, cinsi zəiflik, erektil disfunksiya
İdman Zədələri Reabilitasiyası
Nevroloji Reabilitasiya - periferik sinir sistemi zədələnmələri, insult, tunel sindromu, nevrit
Dayaq hərəkət sistemi Reabilitasiyası - degenerative artrit, revmatoid artrit, boyun ağrıları, əzələ ağrıları
Geriatrik Reabilitasiya
Reproduktiv Sistem Xəstəlikləri – sonsuzluq
Ortopedik Reabilitasiya - Sınıqlardan sonra əzələ və sinir sistemi reabilitasiyası
Onurğa sistemi xəstəliklərinin Reabilitasiyası -kəskin və xroniki radikulit, işias, spina bifida, spondilit
Estetik problemlər : sellilüt, dəri və dərialtı toxumanın turqorunun itirilməsi
Əks göstərişlər:
- hamiləlik
- bədxassəli şişlər
- stimulyasiyaya yaxın nahiyyədə əzələ cırılması
- kardiostimulyatorlar
- Ferromaqnit metaldan ibarət implant
- Ürək aritmiyası
- Qulaqda eşitmə aparatı
TeslaCare FMS cihazı çanaq əzələlərimizin funksiyalarını lazımı səviyyədə yerinə yetirsinə kömək edir!
Sidik və nəcis qaçırma, vajinal tonusun zəifləməsi, doğuş sonrası reabilitasiya, pelvic-çanaq əzələ zəifliyinə bağlı yaranan funksional cinsi pozğunluqların həlli.. TESLA CARE. FMS (Funksional Maqnit Stimulyasiyası) Texnologiyası ilə Çanaq əzələlərini gücləndirmək, regenerativ təsir göstərməyə nail olmaq mümkündür. 30 dəqiqəlik bir seansla 36000 Kegel hərəkətləri etməyə müvəffəq olmaq olar. Heç bir xəstə bu tezliklə çanaq əzələ məşqlərini gərçəkləşdirə bilməz. 3 həftə ərzində xəstələrin çoxu müalicədən öncə yaşadığı şikayətlərin çoxundan azad olduğunu bildirir.