Yaşlı travmalı pasiyentlərə tətbiq olunan reabilitasiya tədbirləri

Bu tədbirləri vaxtında və mütamadi qaydada yerinə yetirmək lazımdır:

Daha çox baş verən və ciddi fəsad olan yataq yaralarının profilaktikası

Durğunluq pnevmoniyasının profilaktikası – tənəffüs gimnastikası

Sadə tənəffüs gimnastikası üsulları – burundan dərin nəfəs almaq, nəfəsi saxlamaq və asta-asta ağızdan nəfəs vermək. Tənəffüs gimnastikasını əl hərəkətləri ilə gücləndirmək olar: nəfəs almada əlləri yuxarı qaldırmaq, nəfəs vermədə aşağı salmaq.

Travmadan sonra ilk gündən reabilitasiya tədbirləri aparın:

Uzanıqlı və oturaq vəziyyətdə sağlam ətraflar üçün məşq hərəkətləri edin;

Zədələnmiş ətraf (onurğa) üçün xüsusi məşq hərəkətləri – müalicəvi bədən tərbiyyəsi təlimçisi ilə birlikdə.

Əks-göstəriş yoxdursa pasiyenti uzanıqlı vəziyyətdən ayaqüstə vəziyyətə tədricən, qoltuqağacının köməyi ilə keçirmək lazımdır:

«çarpayıda oturaq» vəziyyət almaq;

Кənаr şəxsin köməyi ilə (çarpayının yanında dayanmaq;

Xəstə ətrafa dayaqlanmadan qoltuqağacindan istifadə etməyi öyrənmək, xəstə ətrafı qismən yükləmək lazımdır;

Əl ağacından istifadə etmək.

Hərəkət funksıyası tam bərpa olunduqdan sonra əlavə dayaq vasitələrindən imtina etməkpasiyent ozünü idarə etmək vərdişlərini itiribsə, onları inkişaf etdirmək lazımdır.

Psixoterapevtik təsir məqsədi ilə əmək terapiyası lazımdır – pasiyentin oturaq ya uzanıqlı vəziyyətdə edə biləcəyi məşğuliyyətlər (tikiş, toxuma, rəsm çəkmək, hörmə və s.). Travmadan sonrakı ilk iki sutka ərzində isti prosedurlar əks-göstərişdir.

Fizioterapevtik tədbirlər travmalı xəstələrin müalicəsində vacib rol oynayır – ağrılar azalır, şişkinlik keçir. Sümük qabarının əmələ gəlməsi sürətlənir. Massaj periferiyadan mərkəzə doğru edilir, ağrı törətməmək şərti ilə. Yaranın erkən dövründə, infeksiya varsa (furunkulyoz, dermatit, ekzema), massaj etmək olmaz.