Üz sinirinin nevriti (BELLA İFLİCİ)- üz sinirin və üzün mimiki əzələlərinin iltihabi zədələnməsidir. Nəticədə həmin nahiyyənin əzələlərində zəiflik meydana gəlir, mimiki hərəkətlərin azalması (parez) və ya tamamilə itməsi (iflic), bu da nəticə etibariylə üzün assimmetriyasına səbəb olur. Üz sinirinin nevritinin simptomları patoloji prosesə sinirin hansı nahiyyəsi cəlb olunmasından asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq üz sinirinin mərkəzi və periferik nevrit formaları ayırd edilir. Üz sinirinin nevritinin tipik klinikası dioqnozun qoyulmasında çətinlik törətmir. Ancaq xəstəliyin ikincili xarakterli olmasını istisna etmək üçün instrumental müayinə aparılması mütləq hesab edilir.
Üz siniri dar sümük kanalından keçir ki, bu da iltihabi proses və qan dövranı pozulması zamanı tunel sindromun əmələ gəlməsinə şərait yaradır. Üz sinirinin özünəməxsus quruluşuna malik olan və ya anatomik dar kanala malik olan insanlar üz sinirinin nevritinə daha çox məruz qalırlar. Üz sinirinin nevritinə səbəb qulaq və boyun nahiyyəsində soyuqdəymə və ya kondensioner üfürməsi ola bilər.
Etiologiyası- Üz siniri nevriti soyuqdəymə sonra rast gəlinən birincili və ya digər xəstəliklər nəticəsində əmələ gələn ikincili nevritlərə bölünür. İkincili nevritlərə əsasən- herpetik infeksiya, qrip, difteriya, epidemik parotit, irinli otit, Melkerson-Rozental sindrom, poliomielitin pontin forması və s. rast gəlinir. Bəzən isə- üz sinirinin travmatik zəədələnməsi, beyin qan dövranının pozulması (işemik vı ya hemarogik insult), neyroinfeksiya və şişlər zamanı da rast gəlinə bilər.
Simpromları- adətən üz sinirinin nevriti tədricən inkişaf edir. Əvvəlcə qulağın arxa hissəsində ağrı ilə başlayır, bir neçə gün ərzində üzün assimmetriyası nəzərə çarpmağa başlayır. Xəstə tərəfdə üzün mimiki əzələləri iflic olur, bunun nəticəsində ağız sağlam tərəfə dartılır, alt dodaq sallanır, burun-dodaq və alın qırışları hamarlqnır, göz yarığı geniş açılır və xəstə onu yuma bilmir (lagophtalm), göz qapağını örtmək istədikdə ağ zolaq qalır (Bela simptomu), ordu şişirtmək, üfüləmək, fit vermək, qaşları çatmaq mümkün olmur.
Güldükdə ağız sağlam tərəfə əyilir, çox zaman iflic olan tərəfdə, yanaqda və məməyəbənzər çıxıntida ağrılar olur. Bəzən gözyaşının axması müşahidə olunur. (aşağı göz qapağının parezində göz yaşının kanalla axması çətinləşir. Ağız suyu ifrazı artır, iflic olan tərəfdə qida yanaqla diş əti arasında qalır. İçilən su iflic tərəfdə ağız bucağından xaricə axır. Otogen nevritlərdə dilin ön 2/3 hissəsində dad hissiyyatının pozulması və səsə qarşı həssaslığın yüksəlməsi (hiperrakuziya) müşahidə edilir.
Dioqnostikası- üz siniri nevritinin kliniki mənzərəsi o qədər aydın olur ki bu dioqnozun qoyulmasında çətinlik törətmir. MRT və KT müayinəsi ikincili xarakterli – baş beyinin şiş və iltihabi prosesləri (abses və ensofalit) inkar etmək üçün təyin olunur. Üz sinirində patoloji prosesin yerini və dərəcəsini təyin etmək üçün və müalicə dövründə onun bərpa dinamikasını müşahidə etmək üçün elektroneyroqrafiya, elektromioqrafiya təyin edilir.
Müalicə.
İlkin dövrlərdə qlikokortikoidlər, ödeməleyhinə preparatlar, damar genişləndirici, B qrup vitaminləri, analgetiklər təyin edilir.İkincili nevritlər zamanı isə xəstəliyin əsas yaranma səbəbinə görə müalicə təyin edilir. Xəstəliyin ilk bir həftəsində zədələnmiş əzələlərə dinclik verilməlidir.
Fizioterapevtik müalicə.
Xəstələrə fizioterapevtik müalicənin tətbiqi- iltihab və ödemin azaldılması, keçiriciliyin yaxşılaşdırılması, maddələr mübadiləsi və mikrosirkulyasiyanın surətləndirilməsi məqsədi daşıyır. Uz sinirinin iltihabında aşağıdakı fizioterapevtik müalicə metodları tətbiq edilir:
- Aşağı intensivli Qısa dalğa terapiyası –ödeməleyhinə təsir
- Ultrasəs terapiya -zədələnmiş sinir liflərinin regenerasiyası məqsədi ilə
- İnfraqırmızı lazer terapiya- damarları genişləndirərək qan dövranını yaxşılaşdırır, bərpa prosesini sürətləndirir
- Damar genişləndirici preparatlar ilə -elektrofarez
- Yerli darsanvalizasiya – sinir liflərinin qidalanmasını artırır
- Prozerin və hidrokortizonla fonofarez
- Ultratonterapiya –mikrosirkulyasiyanı yaxşılaşdırır
- Mioelektrostimulyasiya –sinir və əzələ keçiriciliyini normallaşdırır
- Müalicəvi masaj – toxumaların qan dövranı və qidalanmasını yaxşılaşdırır
- Parafin aplikasiyası -qıcıqlandırıcı və damargenişləndirici effekt
İlk günlərdən etibarən 5-6 gün ərzində 8-10 prosedur olmaqla qısa dalğa terapiya (UVÇ) təyin olunur. Növbəti etapda ultrasəs və ya hidrokortizonla fonofarez xəstəliyin müalicəsində müsbət nəticə əldə etməyə köməklik göstərir. Xüsusi hallarda elektroneyrostimulyasiya təyin olunması məsləhət görülür. Xəstələrə dərman vasitələri ilə -dibazol (0,02%), prozerin (0,1%), nivalin, Kalium, Vit B1 ilə elektrofarez təyin edilə bilər. Elektrofarezin intranazal aparılması məqsədə uyğun hesab edilir. Xəstəliyin 2ci həftəsindən başlayaraq xəstəyə masaj və müalicəvi idman hərəkətləri təyin edilir. Masaj gündəlik 10 dəq olmaqla aparılmalıdır.