Kapral Tunel Sindromu (KTS)

Karpal Tunel Sindromu- bir və ya hər iki əldə meydana gələn, əl biləyinin ortasında yerləşən və ilk 3 barmağı innervasiya edən medial sinirin sıxılması nəticəsində ağrı, uyuşma və gücsüzlüklə özünü büruzə verən xəstəlikdir.

Əsasən 40-50 yaş arası qadınlarda meydana gəlir. Dar bilək anatomik quruluşuna malik insanlarda bu sindromun rastgəlmə tezliyi daha yüksəkdir. Şəkərli diabet, damar xəstəlikləri, piylənmə, habelə alkoqol çox qəbul edən şəxslərdə karpal tunel sindromuna daha çox rast gəlinir. Karpal Tunel sindromuna kanal içində təzyiqin yüksəlməsi səbəb olur ki, bu da əlin pozisiyasından asılıdır. Əl, əl biləyi nahiyyəsində əmələ gələn sınıqlardan sonra xroniki təzyiq səbəbindən də ortaya çıxa bilər.

Əmələgəlmə səbəbləri:

  1. Biləyin travması – vətərlərin zədələnmə və dartınması nəticəsində əmələ gəlmiş ödem medial siniri sıxır. Eyni zamanda sınıqlar və çıxıqlar nəticəsində sümüklərin yerdəyişməsi medial siniin sıxılmasına səbəb olur.
  2. Artrit və revmatik xarakterli oynaq xəstəlikləri- nəticəsində əmələ gələn iltibahın siniri sıxması
  3. Tendovaginit- müxtəlif patogen bakterial nəticəsində əmələ gələn iltihab toxumalarda ödem əmələ gətirərərk medial sinirin sıxılmasına səbəb olur. (ağ ciyər vərəmi, əlin irinli yaraları, panarisi )
  4. Orqanizmdə mayenin saxlanmasına səbəb olan hər hansı bir xəstəliklər- hipoterioz, böyrək patologiyaları, klimaks, oral kontraseptivlər.
  5. Mərkəzi sinirin şiş xəstəliyi- nadir hallarda rast gəlinir (Şvannom, neyrofibromalar, perineyroma və bədxassəli şişlər)
  6. Şəkərli diabet-xəstəliyin əmələ gəlməsi sinir toxumasında fruktoza və sorbitolun yığılması ilə əlaqədardir. Onlarin proteinkinaza S fermenti ilə aktivləşməsi zamanı neyron və çıxıntıların zədələnməsi baş verir.Bundan əlavə maddələr mübadiləsinin pozulması nəticəsində sinirlərin qan təchizati və qidalanması pozulur. Şəkərli diabet xəstəliyinin bu kimi fəsadları sinirlərdə qeyri infeksion iltihab yaradaraq ödem əmələ gətirir ki, buda öz növbəsində medial siniri sıxaraq Karpal tunel sindromunu əmələ gəlməsinə səbəb olur.
  7. Genetik meyillilik
  8. Akromeqaliya-uzun müddət inkişaf edən üz və ətraf sümüklərin, yumşaq toxumaların qeyri- proporsional inkişafı ilə gedən xəstəliyidir. Sümüklərin böyüməsi bilək kanalının darlaşmasına və medial sinirin sıxılmasına səbəb olur.

Klinikası:

Kliniki olaraq sindrom bilək kanalında hissiyyatın zəifləməsi, uyuşma, paresteziya ( iynəbatırma, yandırma hissinin əmələ gəlməsi) və medial sinirin innervasiya etdiyi nahiyyə boyunca ağrı hissinin olması, əzələ atrofiyasi zədə nahiyyəsində dəri rənginin avazimasi ilə özünü büruzə verir.

3 5

Əsas şikayətlər:

- Uyuşma və iynəbatırma hissi. Pasientlərin əsas şikayəti əldə hissiyyatın zəifləməsi, ixtiyarı olmadan əldən əşyaları düşürmək, biləkdə, baş barmaq, göstərici barmaq və bəzən orta barmaq dərisində “iynəbatma” hissinin əmələ gəlməsidir. Bu simptomlar daimi xarakter daşımır, müəyyən hərəkətlər zamanı meydana gəlir (şəkilçəkmə, qazet oxuma, maşın sürmə və s.) Uyuşma hissinin əmələ gəlməsi ilə əlaqədar olaraq xəstələr uzun müddət qollarını yuxarı vəziyyətdə saxlaya bilmir (məsələn transportda qolları yuxarı tutunmaqla hərəkət etmək, telefonla danışarkən daima telefonu bir əldən digərinə keçirtmək məcburiyyətində qalır, maşın sürərkən sükanı 10 dəqiqədən artıq saxlaya bilmir, kitab və ya qazet oxuyarkən qollarının tez yorulması və s.)

– Ağrı hissi. Yuxarıda sadalanan hissiyyatın pozulması ilə müşayət edən zədələnmələr biləyin ovuc nahiyyəsinin 1-3 və 1-4 barmaq nahiyyəsində çox zaman yandırıcı xarakter daşıyan ağrılarla özünü büruzə verir. Bəzən dayaq hərəkət aparatının zədələnmələri ilə əlaqədar olan dirsək oynağı boyunca, çiyin və boyun nahiyyəsində qeyd olunan ağrılar karpal tunel sindromu ilə müştərək inkişaf edir.

- Gecə simptomları. Ağrı və uyuşma hissi ən çox gecə vaxtı əmələ gəlir, xəstənin yuxudan oyanmasına, biləyini silkələyərək yüngüllük tapmasına səbəb olur.

- Zədələnmiş nahiyyə. Hər iki əlin zədələnməsinə daha cox rast gəlinməsinə baxmayaraq adətən bir əl o birisinə nisbətən daha erkən və daha ağır zədələnir (solaxaylarda sol əl, sağ əli dominat olanlarda sağ əl )

- Vegetativ simptomlar- Pasientlər əksət hallarda biləkdə və ovucdə yerli temperaturun yüksəlməsi bəzən isə zəifləməsi müşahidə olunur. Bu damarlarda qan axınının pozulması ilə əlaqədardı. Bəzi xəstələrdə əlin içinin tərləməsi tez tez nəzərə çarpır.

- Zəiflik və qeyri dəqiq hərəkətlər. Bilək nahiyyəsində əzələlərin zəifləməsi və gücsüzlüklə əlaqədar olaraq biləyin koordinasiyasının pozulması, hərəkətlərin qeyri-dəqiqliyi müşahidə edilir.

Diaqnostika

İnstrumental müayinələr:

  • Elektroneyromioqrafiya
  • Rentgenoqrafiya
  • MRT
  • USM

Laborator müayinələr:

  • Qanin biokimyəvi analizi
  • Qan və sidikdə şəkərin miqdari
  • Tireotrop hormonlarin qanda səviyyesi
  • Revmatoid sinaqlar

Karpal Tunel sindromunu müəyyənləşdirmək üçün testlər :

  1. Tinel testi- bilək kanalının dar olan hissəsindən ovuc istiqamətində döyəcləmə apardıqda barmaqlarda gizilti hissi yaranır.
  2. Falen testi -1 dəq ərzində xəstə əlini bilək nahiyyəsində büküb saxlayır, kanal sindromu müsbət olduqda ağrı və paresteziya güclənir.
  3. Manjet testi –dirsək və bilək arasına təzyiq ölçən manjet taxılır, müəyyən həddə qədər hava ilə doldurulur və 1 dəq ərzində saxlanılır, kanal sindromu müsbət olduqda medial sinir boyunca ağrı və keyləşmə yaranır.
  4. Qalxmiş əl testi. Əli başdan yuxarı səviyyədə qaldirıb 1 dəq ərzində saxlamaq. Karpal tunnel sindromu müsbət olduqda 30-40 san sonra barmaqlarda paresteziya əmələ gəlir.

Müalicə2 5

1. Medikamentoz müalicə -vitaminoterapiya(əsasən B qrup vitaminlər)

  • Qeyri steroid iltıhab əleyhinə olan preparatlar
  • Damargenişləndirici preparatlar
  • Diuretiklər
  • Miorelaksantlar
  • Qlükokortikosteroidlər
  • Antidepressantlar

2. Fizoterapevtik

Fizioterapiya Karpal Tunel sindromunun simptomlarini azaltmaq, bərpa prosesini sürətləndirmək məqsədi ilə aparılır.

Ağrının azalması məqsədi ilə:

  • transkranial elektroanalgeziya
  • ultrafonofarez
  • elektrofarez (analgetik və anestetik)
  • krioterapiya
  • iynəbatirma

Ödem və iltihabı azaltmaq üçün qısa dalğa və iltihabəleyhinə preparatlarla elektrofarezi müştərək aparmaq lazımdır.

Toxumaların mikrosirkulyasiya və qidalanmasını sürətləndirmək üçün:

  • Yüksəktezlikli maqnitoterapiya
  • damargenişləndirici preparatlarla elektrofarez
  • yerli darsonvalizasiya
  • ultratonoterapiya
  • yerli müalicəvi massaj

Sinir toxumalarında regenerasiya prosesini yaxşılaşdırmaq məqsədi ilə:

  • ultrasəs müalicə
  • lazeroterapiya
  • Ozokerit applikasiyası
  • palçıq vannaları

Sinir -əzələ keçiriiliyini yaxşılaşdırmaq məqsədi ilə neyroelektrostimulyasiya aparılmalıdır.

3. Cərrahi müdaxilə

Karpal Tunel sindromu xəstələrin həyat keyfiyyətini aşağı salır. Vaxtında və dızgün qoyulmuş dioqnoz tez bir zamanda müsbət nəticə əldə etməyə kömək edir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur