Miyofassial ağrı sindromlu xəstələrdə əzələlərdə ağrı, tutuqluluq və həssasiyyətlə yanaşı sıxılma və yanma hissi vardır. Oynaq hərəkət həcmində az dərəcədə bir məhdudluq və yorğunluq vardır. Çox zaman xəstələr əzələ tutuqluluğundan deyil baş ağrısı, kürək ağrısı, boyun ağrısı, sinə ağrısı, bel ağrısı, radikulyar və çiyin ağrısı kimi dəyişik ağrılardan şikayət edirlər. Ağrılar yüngül və ya bəzən çox şiddətli ola bilir. Ağrı həyati vacib olmasada həyat keyfiyyətini olduqca aşağı salır. Xəstələr yorğunluq, soyuq hava, normadan artıq idman, emossional və ya fiziki gərginlik, virus infeksiyaları sonrası şikayətlərinin artdığını qeyd edirlər.Ancaq isti, masaj, əzələlərin yüngül gərilməsi və aeorobika zamanı şikayətlərinin azaldığını ifadə edərlər . Miyofassiyal ağrı əksər hallarda yuxu ritmini poza bilir.
Miyofassial ağrılarının diaqnozu üçün hər hansı bir test, rentgen, labarator əlamət yoxdur. Diaqnoz əsasən xəstənin ifadəsinə və həkimin müayinəsinə əsasən qoyulur.
Miyofassial ağrılarda müalicə olduqca çətindir. Səbəbi ortaya çıxartmaq hər zaman asan deyildir. Dərman müalicəsi adətən çox az işə yarayır. Bu zaman əsasən analgetiklər(ağrı kəsicilər), əzələ yumşaldıcı,antidepresantlar istifadəsi faydalı ola bilir. Fizioterapiya, akupunktura, manual terapiya, biofeedback, naftalan və isti yer altı qaynayan bulaq vannaları miofassial sindromlu xəstələr üçün çox effektivdir.