Dirsək sinirinin ən geniş yayılmış zədələnmə yeridir. Sıxılma dirsək oynağında, qalınlaşmış üçbucaq bağının altında kubital kanalda baş verir. Dirsək oynağının tez-tez bükülməsi və açılması zamanı (velosipedçilərdə, katibələrdə, telefonçularda) baş verir. Daha çox arıq, zəif qadınlarda müşahidə olunur. Dirsəyin əvvəlki zədələnmələri, bazunun medial epikondulusunun qırılmaları patologiyanın inkişafında əhəmiyyətli rol oynayır. Bu zaman sinirin zədələnməsinin dərhal deyil, sınıqdan uzun müddət sonra bazu sümüyünün distal hissəsinin deformasiyası nəticəsində inkişaf etməsi müşahidə olunur.
Kubital tunel sindromu (cubital tunnel syndrome) ulnar (dirsək) sinirin dirsək nahiyyəsində sıxılmasından ortaya çıxan bir rahatsızlığa deyilir. Dirsək siniri əlimizdə olan bəzi əzələlərin işləməsini, çeçələ və üzük barmağımızda hissiyatı təmin edir. Dirsək siniri qolun dirsək nahiyyəsində medial epikondilus deyilən sümük qabarıqlığın üzərindən keçir və bu nahiyyə dəri səthinə yaxın olduğu üçün kiçik bir xəsarət həmin siniri zədələyə bilər. Bu ağrıya bə əldə qarışqa gəzintisinə səbəb ola bildiyindən bu sahəyə gülməli sümük (Funny bone) adı verilirb. Günlük həyatımızda bu sinirin zədələnməsinə tez tez rast gəlinir. Dirsək nahiyyəsi uzun müddət sərt səthin üzərində olursa və üzərinə təzyiq düşərsə ulnar sinir əlamətləri üzə çıxa bilər.
Əlimizdəki əzələlərin işləməsi və hissiyatı Median, Ulnar, Radial sinirlərlə təchiz olunur. Qoltuqaltından gələn ulnar (dirsək) sinir dirsək səviyyəsində içəri yan səthindən kubital tuneldən keçərək saidin ön nahiyyəsinə davam edir və əlin üzük və çeçələ barmağında sonlanır. Kubital tunel nahiyyəsində daralma bu sindromu meydana gətirir.
Əgər bu tuneldə sinir sıxılırsa:
- əldə keyləşmə
- ağrı
- əldə gücün azalması müşahidə olunur.
Yaranma səbəbləri
- Sinir, alt hissədən sərt sümük və üzərindən çok qalın sərt bir qoruyucu təbəqə olan dar bir tuneldə yerləşdiyindən sıxışmaya məruz qala bilir. Bu səbəbdən ofis, yazı işləri ilə uzun müddət məşğul olanda, dirsəyin iç hissəsinə daima təzyiq gələnlərdə və ya klaviyaturanın çok yaxın olması səbəbi ilə uzun müddət dirsəyi bükülü vəziyyətdə tutma vərdişi olanlarda sinir təziq altında qala bilir.
- Bəzi xəstələrdə dirsək bükülüb açıldıqda sinir, iç tərəfdəki sümük çıxıntısı (medial epikondil) üzərindən tullanma hərəkəti edə bilir. Bu da daimi olan bir vəziyyət yaradırsa sinirdə zədələnməyə səbəb olmaqdadır.
- Bəzən dirsəyin iç tərəfində sinirin keçdiyi oyuğun üzərini örtən bağ toxuması da qalınlaşıb siniri sıxıştıra bilir. Sinirin üzərindəki təziq müəyyən bir səviyyəni və zamanı aşarsa sinirin funksiyası pozulur və kubital tunel sindromu yaranır.
- Həmçinin bazu sümüyü distal ucunun açıq və ya qapalı, istər yerdəyişmiş istərsə də yerdəyişməmiş sınıqlarında kubital tunel sindromu əmələ gəlmə riski olmaqdadır.
Simptomları:
Xəstələr əsasən aşağıdakı şikayətlər ilə həkimə müraciət etməkdədirlər:
- Dirsəkdə, said nahiyyəsində, əldə və ya barmaqlarda keyləşmə
- Sanki qarışqa yeriyir kimi hissiyat
- Ağrı
- İynə batma, elektrik vurma kimi hallar
Ağrılı paresteziyalar IV və V barmaqlarda, biləyin medial səthində müşahidə edilir. Həmin yerlərdə və disəyi büküb-açdıqda yaranan, soyuq havalarda isə güclənən ağrılar da xəstəni narahat edir. Sümükarası və soxulcanabənzər əzələlərin, hipotenar əzələlərinin, baş barmağı yaxınlaşdıran əzələlərin atrofiyası və zəifliyi qeyd edilir. Əlamətdar və erkən simptomlardan biri, biləyin arxa səthində I və II barmağın arasında yerləşən birinci dorsal sümükarası əzələnin atrofiyasıdır. Biləyin dirsək bükücü əzələsi və biləyin IV və V barmaqlarını bükən dərin əzələlər də zədələnə bilər.
Keyləşmə və sanki qarışqa yeriyir hissi əsasən üzük və kiçik barmaqlarda olur. Şikayətlər sinirin üzərinə təziq artarsa daha da şiddətlənir. Telefonla uzun müddət danışdıqda (dirsək bükülü qaldığı üçün) , uzun müddət klaviyaturaya yaxın bir şəkildə çalışdıqda, kitab ,qəzet oxuma və ya yatarkən yuxuda dirsək bükülü vəziyyətdə qaldığı zamanda şikayətlər artar. Bəzi xəstələr əllərində zəiflik, gücsüzlük, diskomfort hiss edir və əllərindəki cisimləri düşürdüklərini ifadə edirlər. Daha ağır formalarda barmaqlarda keyləşmə və əlin əzələlərində zəifləmə-atrofiya ola bilməkdədir.
Dioqnostika
Həkiminiz ulnar sinirin həm hissi həm də hərəki funksiyasını müayinə edir və dirsək səviyəsində bir problem olub olmadığını müəyyən edir. Triodit və ya şəkər xəstəliyi kimi əlavə xəstəliyiniz olub-olmadığını araşdırmaq üçün suallar verir. Kubital tunel sindromunun varlığından şübhələnirsə xəstəliyin vəziyyətini və dərəcəsini müəyyən etmək üçün EMG (elektromyografi) müayinəsindən keçməyinizi istəyir.Həmçinin həm dirsəkdə həm də əldə yuxarıda qeyd edilən şikayətlərin boyun nahiyyəsində olan sinir problemlərindən də ola biləcəyini unutmaq olmaz. Həkim uyğun görərsə boyun üçün X-ray və MRT kimi diaqnostik müayinələridə istəyə bilməkdədir
Müalicəsi
- Əgər müayinə və EMG ilə sinirin yüngül dərəcədə sıxılması aşkar edilirsə günlük əl vərdişlərinə, dirsəyin duruşuna və uzun müddət bükülü qalmamasına diqqət edilməsi, dirsəyin sərt yerə təmas etdirilməməsi, dirsəyin içəri tərəfinə müxtəlif yumşaq yasdıqlar istifadə edərək sümük çıxıntısının və sinirin qorunması ilə şikayətlər azala bilər.
- Müxtəlif fizioterapiya metodları sinirin rahatlaşdırılması, gərginliyin ətrafında əmələ gələn ödemin azaldılması faydalı olmaqdadır. Ağrı və iltihabı azaltmaq üçün effektiv bir üsul elektroforez, Dimeksid və digər anestetiklərlə fonoforezdir.
- Gecə dirsəyin bükülü vəziyyətdə olması ilə əlaqədar şikayətlər azalmırsa gecə atellerinin istifadə edilməsi faydalı olmaqdadır.
- Əgər xəstənin şikayətləri çoxdursa və ya yuxarıda qeyd edilən müalicə üsulları ilə şikayətlər azalmırsa sinirin üzərindəki təziqin cərrahi yolla aradan qaldırılması mümkündür. Ulnar oyuğun üzərini örtən qalınlaşmış bağ toxuması açılaraq sinir rahatlaşdırılır. Bəzən sinirin yerini də dəyişdirməklə ( ön tərəfdə dərialtı və ya əzələ içi) icra edilən cərrahi əməliyyatlardan da istifadə edilir. Əməliyyat əsasən ümumi anesteziya altında aparılmaqla xəstə ya eyni gün ya da 1 gün sonra evə göndərilir. Əməliyyatdan sonra adətən dirsəyə açıq vəziyyətdə langet gips sarğısı qoyulur, dirsəktə 10-15 gün bir sarğı olur, 12-14 gün sonra tikişlər sökülür. Bir neçə həftə ağırlıq qaldırmamaq, gücə salmamaq və ağır fiziki işlərdən uzaq durmaq məsləhət görülür. Fizioterapiya postob müalicədə geniş istifadə edilə bilər. Keyləşmə və sanki qarışqa yeriyir kimi hissiyatlar əməliyyatdan həmən sonrakı dövrdə ya tamamilə keçir ya da xeyli dərəcədə azalmış olur . Əzələdə güçsüzlük isə zamanla bərpa olunur.