Osteopatiya

Osteopatiya (yunuan sözü ὀστέον — sümük + πάθος – xəstəlik) dərin manual diaqnostika və müalicə üsuludur. Osteopatiya anatomiya, fiziologiya və biomexanika sahəsinin fundamental biliklərinə əsaslanır.

Hər bir bədən üzvü və toxuma özünə məxsus hərəkətliliyə və hərəkətlərin müəyyən ritmliyinə malikdir. Sağlam bədəndə bu hərəkətlər əlaqələndirilmışdir və ahənqdardır. Stress vəziyyətlərində (praktiki olaraq hər hansı güclü xarici təsir, istər fiziki istərsə də psixoloji səviyyədə) orqanizmin adaptasiya imkanlarının məhdudluğu şəraitində, orqanların və ya toxumaların zədələnməsi baş verir. Bunun nəticəsində orqanların və ya toxumaların hərəkət ritmi və ya tezliyi dəyişilir ki, bu da öz növbəsində, orqanların bir birilə əlaqəli hərəkətlərinin pozulmasına, hərəkət üçün enerjinın daha çox israfına və sonda orqan yaxud toxumaların zədələnməsinə gətirib çıxarır.

130 il öncə amerikalı cərrah E.T.Still osteopatiyanın əsas prinsiplərinın tərifini tərtib etmiş və osteopatiyanın fənd kompleksini işləyib hazırlamışdır. Avropada osteopatiyanın inkişafı XX əsrin ikinci yarısına təsadüf edir. İlk ostoepatiya üzrə məktəblər Fransa və Belçikada, sonralar isə İspaniya, Avstriya və Almaniyada yaranmışlar. Avropada osteopatiyanın geniş inkişafı son on illiklərə təsadüf olunur.

Osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Əllərin qoyulması ilə aparılan bu diaqnostika üsulu özündə bir çox, eyni zamanda manual terapiyanı birləşdirən geniş bir sahəni əhatə edir. Osteopat-həkim, orqanizmin fəaliyyətində biri birinə təsirini ifadə edən əzələ fassiyaları, oynaq, sümük və daxili orqanlarda cüzi dəişmələri hiss etmək və yalnız əllərinin toxunulması ilə uğurlu müalicə aparmaq imkanına malik mütəxəssisdir. Bu, osteopat və pasiyent arasında dərin köklü ahənqdarlıq prosesinin təzahürüdür.

Osteopatiyanın əsas postulatı (şərtsiz qəbul edilən müddəası) – orqanizmin hərəkət əsasında ayrı-ayrı sistemlərinin qarşılıqlı təsir etmə anlayışı daşıyır. Orqanizm bütöv, yedkil bir varlıq kimi qəbul edilir və ilk öncə onda baş vermiş pozuntuların səbəbləri ayırd olunmalıdır. Müalicə prosesində xəstəliyin təzəhüru olan simptomlar deyil, onları əmələ qətirən səbəblər aradan qaldırılır.

Osteopatiya yalnız sümük sistemi ilə məşğul olan sahə deyil. Osteopatiyada tətbiq edilən üsullarla sümük-əzələ sistemi, birləşdirici bağlar, vətərlər, daxili orqanlar və bütün sinir sistemi də daxil olmaqla orqanizmin pozulmuş funksiyalarına bütövlükdə təsir etmək olur. Osteopatiya vegetativ sinir sisteminə təsir edən əsas üsullardan biridir. Orqanizmin vegetativ sinir sisteminin nəzarəti altında tarazlıqda olduğunu nəzərə alsaq bunun çox mühüm məqamı nəzərdən qaçırmaq olmaz. Osteopatiya pozulmuş tarazlığı nizamlayır və bu yolla orqnizmdə baş verən bir çox xəstəlklərin nizamlanmış bədəndə daha tez sağalmasına kömək edir.

Osteopatiya qadınlarda bir çox xəstəliklərin düzgün diaqnoz qoyulmasına və müalicəsinə kömək edir. Qadın orqanizmi öz təbiətinin unikallığı ilə seçilir-axı o, kişilərdən fərqli olaraq hamiləlik və doğuş kimi mürəkkəb dövrlər keçirir. Bununla bağlı olaraq qadınlar məhz onlara xas olan xəstəliklərə malik olurlar. Ənənəvi təbabətin gücsüz yaxud az effektli olduğu hallarda qadın xəstəliklərinin müalicəsində osteopat-həkim öz uğurlu nəticələri ilə həmişə öndə olur.Çox vaxt gənc qadınlar menstruasiya qabağı yaxud onun gedişi boyunca ağrı şikayətlərilə daxil olur. Menstrual tsikl pozulmasına kiçik çanaq orqanlarındakı qan dövranı pozulmasısəbəb olur. Həmçinin kiçik çanaq orqanlarının hərəkətliliyi beldə ağrılara, omada və büzdümdə ağrılara , venaların varikoz genişlənməsinə, baş ağrılarına yaxud döş nahiyəsində ağrılara gətirib çıxarır.

Osteopat – həkim uşaqlığın bağ apparatını boşalda bilir və bu da orqana düzgün funksiya göstərməsinə və hərəkətli olmasına imkan verir. Bu yolla sonsuzluğun müəyyən növünün müalicəsi zamanı yumurtahüceyrəyə olan maneə aradan götürülür. Osteopatik müalicə ağrılı cinsi əlaqə, çanaq ağrılarında, kiçik çanaq orqanlarının iltihabi xəstəliklərində, yumurtalıqların disfunksiyasında , postmenopauza problemlərində qadınlara kömək edir. Osteopat konsultasiyası abortlardan sonra, boşluq əməliyyatlarından , laparoskopiyadan, uşaqlıq boynu yandırmalarından sonra, tez-tez doğan qadınlarda zəruridir. Zamanında edilmiş müalicə doğuş sonrası dövrdə hemorroy, beldə ağrılar, daxili orqanların sallanması, bud-çanaq oynağının artrozu kimi problemlərin qarşısını alır.

Osteopatiyanın üç əsas prinsipi var:

  • Bədənin anatomik, fizioloji və mexaniki tamlığı.
  • Struktura funksiyanı və funksiya strukturanı idarə edir.
  • Həyat – hərəkət deməkdir. Hüceyrə, orqan və bütün orqanizmin normal fəaliyyəti üçün struktur və mayelərin sərbəst hərəkəti vacibdir.

Osteopatiyanın sahələri:

Struktural osteopatiya – dayaq hərəkət aparatını;

Kranial osteopatiya – kəllə sümüklərinin qarşılıqlı münasibəti, beyin qışalarının vəziyyəti, qan və likvorun sirkulyasiyasını;

Visseral osteopatiya – daxili orqanları əhatə edir.

Osteopatiyanın mahiyyəti

– Sümük, oynaq, əzələ, damarlar və daxili orqanlar arasında balansın tənzim oluması;
– Qan, limfa, onurğa beyin və hüceyrəarası mayenin sərbəst hərəkətini təmin etmək;
– Funksiyanın struktura, strukturun isə funksiyaya qarşılıqlı təsiri.

Çünki osteopat fiziki faktorlardan başqa, emosional faktorları da nəzərə alır. Belə ki, onların fəsadları heç də fiziki travmalardan geri qalmır.

12 1

Osteopatiya müalicəsinə göstərişlər

-yerləşməsindən asılı olmayaraq bədən ağrıları (möhkəm baş ağrıları, migren, diş ağrısı)

-onurğa sutununun boyun, döş qəfəsi və bel nahiyəsinin xəstəlikləri, fəgərə arası disklərin yırtıqları daxil olmaqla

-qamətin pozulmaları, skoliozlar

-oynaq xəstəlikləri

-hipertoniya və hipotoniya (qan təzyiqinin pozulmaları)

-mədə-bağırsaq yolu xəstəlikləri: qastrit, kolit, öd yollarının diskineziyası (Kron xəstəliyi, qeyri spesifik xoralı kolit xəstəlikləri daxil edilməklə)

-qida allergiyası, bitkilərə qarşi allergiya

-tənəffüs sisteminin xəstəlikləri: xroniki bronxit, astmanın bəzi formaları (ağciyərlərin ağır emfizeması istisna edilməklə)

-ürək-damar sisteminin xəstəlikləri (anadan gəlmə ürək qusurları, xroniki biventrikulyar ürək çatışmazlığı istisna edilməklə)

-qulaq, burun və boğaz xəstəlikləri, tez-tez baş verən soyuqdəymələr: haymoritlər, otitlər

-ginekoloji xəstəliklər

-onkoloji xəstəliklərinin inkişafına, şiddətlənməsinə və metastazların yaranma prosesinə ləngimələrin törədilməsi

-uroloji xəstəliklər, prostat vəzinin xəstəlikləri və qeyri-iradi sidik saxlamaması daxil olmaqla

-yaddaşın pozulmaları, diqqət toplanmasının pozulmaları, Altsheymer xəstəliyi

-baş gicəlmələr

-müxtəlif mənşəli ödemlər

-izah olmayan və klassik təbabət üsulları ilə müalicə edilməyən vəziyyətlər, belə ki boğaz yolunda tikə qalma, havanın çatışmazlığı hissi, tinnitus, ürək ritminin səbəbsiz anlaşılmayan pozulmaları və s.

-cərrahi müdaxilələrin arzuolunmayan nəticələri.

OSTEOPATİYA NƏYİ MÜALİCƏ EDİR?

UŞAQLARDA:

  • Doğuş travmasının fəsadları;
  • Yenidoğulmuşlarda sancılar;
  • Döş qəfəsi deformasiyaları;
  • Perinatal ensefalopatiya;
  • Minimal beyin disfunksiyaları;
  • Psixomotor inkişafın ləngiməsi;
  • Nevroloji problemlər;
  • Hipertenzion- hidrosefal sindrom;
  • Görmə pozulmaları, çəpgözlük;
  • Qamət pozulması, skolioz, əyriboyunluq, yastıayaqlıq;
  • əzm sistemi xəstəlikləri.

BÖYÜKLƏRDƏ:

  • Dayaq- hərəkət aparatı xəstəlikləri ;
  • Travma və əməliyyatdan sonrakı vəziyyət;
  • Osteoxondrozun ağırlaşması;
  • Ginekoloji xəstəlilər, kiçik çanaqda bitişmə (spayka), ağrılı menstruasiyalar, bəzi növ sonsuzluqlar;
  • Miqren və digər mənşəli baş ağrıları;
  • Həzm sistemi xəstəlikləri.

ƏKS GÖSTƏRİŞLƏR:

  • Ağır infeksiyalar;
  • Onkoloji xəstəliklər;
  • Tromboz.
  • kəskin psixiki pozulmalar
  • baş-beyin travmasının kəskin və erkən dövrü.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur