İNSULT. İnsultdan sonra reabilitasiya

Baş -beyin qan dövranının pozulması-qan təchizatının beyin damarlarında tutulması nəticəsində neyronların zədələnməsinə və ya məhvinə səbəb olan prosesdir. Beyin qan dövranının pozulması kəskin və xroniki olur.Kəskin beyin qan dövranı pozğunluğuna insultlar, tranzitor işemik ataklar və subaraxnoidal qansızmalar aiddir.

Insult – beyin qan dövranının kəskin pozulmasıdır. Yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin əsas problemlərindən biri olaraq qalmaqdadır. İnsult həyat üçün təhlükəli olan kəskin miokard infaktı və ya kəskin kəllə-beyin travması ilə eyni dərəcədə təzirəsalınmaz vəziyyət kimi qiymətləndirilməlidir.

Risk faktorları:

Modifikasiya edilə bilən risk amilləri:

-arterial hipertenziya

-siqaret çəkmə

– şəkərli diabet

-Ürək xəstəlikləri ( xüsusən arterial fibrillyasiya)

-dislipidemiya

-Keçirilmiş insult və ya TİH

-Yuxu arteriyalarının stenozu

-hiperkoaqulyasıya ilə müşayiət olunan hallar

-azhərəkətlilik

-alkoqolun həddən ziyadə qəbulu

-oral kontraseptivlərin qəbulu və s.

2 8Modifikasiyaedilə bilməyən risk amilləri:

-yaş

-Kişi cinsinə mənsubluğu

-irq (afro-amerikanlara mənsubluq)

-Genetik meyllilik

İnsult nəticəsində – ifliclər, udmanın pisləşməsi, müvazinətsizlik, keyləşmələr, ağrılar, bəzi ağır xəstələrdə qeyri-iradi sidik və ya nəcis ifrazı, nitq çətinliyi, depressiya, hövsələsizlik və əsəbilik kimi bir çox pozğunluqlar meydana çıxır. İşemik insultun səbəbi beyin damarlarında qanın laxtalanmasıdır. Beyində qan dövranı dayanır və nəticədə oksigen qıtlığından çoxlu sayda əsəb hüceyrələri ölür. Bu da dayaq-hərəkət aparatının, hissiyyat orqanlarının işində və şüurda pozulmalara gətirib çıxarır.

Aşağıdakı simptomlara əsasən işemik insultun baş verməsindən şübhələnmək lazımdır:
– Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi;
– Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi;
– Görmənin pozulması;
– Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması;
– Hərəkətlərin koordinasiyasının pozulması;
– Baş gicəllənməsi;
– Udma qabiliyyətinin pozulması;
– Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı;
– Qıcolma tutmaları;
– Yaddaşın qəflətən pozulması;
– Şüurun pozulması.

4 4

Modifikasiyaedilə bilməyən risk amilləri:

İnsultun müalicəsi və reabilitasiyası.

Reabilitasiya insultu “sağaltmır”, yəni, kəskin qan dövranı pozulması nəticəsində məhv olmuş sinir hüceyrələrini həyata qaytarmır. Lakin xəstələrə insultdan sonra mümkün ən yaxşı yekun nəticə əldə etməyə imkan verərək ömrü uzadır və ağırlaşmadan sonra itirilmiş-pisləşmiş funksiyalarını yaxşılaşdıraraq gündəlik həyata uyğunlaşmağa kömək edir.

İnsulta məruz qalmış pasientlərin reabilitasiya və demensiyası aşağıdakı aspektə bölünür:

– Tibbi aspektdə reabilitasiya

– Fiziki aspektdə reabilitasiya

– Psixologi aspekt

– Sosial aspekt

– professional

İnsultdan sonrakı bərpa müalicəsi bir qayda olaraq, uzunmüddətli medikamentoz və qeyri-medikamentoz kompleks tədbirlərin məcmusudur. Qeyri-medikamentoz bərpa müalicəsi reabilitasiya üçün dərmanlar qədər əhəmiyyətlidir. Burada müxtəlif kompleks metodlar – bədən tərbiyəsi, fizioterapiya, kurort-sanatoriya, psixoterapiya müalicə tətbiq edilir. İdeal şəraitdə reabilitasiya prosesinə fizioterapevt-reabilitoloq, loqoped, psixoterapevt, həkim-nevroloq da qoşulur. Ağır funksiya pozulmalarının bərpası bir qayda olaraq xəstəxana şəraitində, ən yaxşısı isə ixtisaslaşmış müəssisədə daha uğurla aparılır. Vaxtında başlanılmış kompleks reabilitasiya daha uğurlu reabilitasion proqnozu vəd edir.

İnsultdan sonra nevroloji funksiyaların bərpası üzrə əlaqələndirilmiş reabilitasiya proqramlarının həyata keçirilməsi məqsədəuyğundur. Reabilitasiyanın məqsədi pasientin fiziki və psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə bərpasına nail olmaqdır.

İnsultdan sonra reabilitasiya tədbirlərinə vaxtında başlanılması kompleks reabilitasiya daha uğurlu reabilitasion proqnozu vəd edir. İnsultdan sonra qarşıya qoyulan məqsəd xəstənin vəziyyətini stabilləşdirmək, həyati vacib funksiyaları nəzarət altına almaq, təkrar insulta imkan verməmək, insult nəticəsində həyata təhlükə yaradan ağırlaşmaları məhdudlaşdırmaqdır. Ümumiyyətlə, ilk 24-48 saatdan sonra artıq reabilitasiya tədbirlərinə başlanıla bilər. Elementar olaraq, xəstənin vəziyyətinin dəyişdirilməsi, vəziyyəti imkan verirsə ətraflarının aktiv və ya ehmal şəkildə passiv hərəkət etdirilməsinə başlamaq lazımdır. Bərpaedici tədbirlərin konkret davam müddəti yoxdur, bu xəstədə yaxşılaşmanın hansı sürətlə getməsindən asılıdır.

Reabilitasiyanın uğurlu nəticəsi və onun dərəcəsi fərdidir. Reabilitasiyaya nə qədər gec başlanılarsa, bərpa da bir o qədər çətinləşir. Xəstə nə qədər pozitiv olsa, bərpa da o qədər uğurlu olar. Bunun üçün ailə və dostların dəstəyi xəstə üçün, xəstəliyin reabilitasiyası üçün böyük köməkdir.

3 8Fiziki reabilitasiya- sağlamlığın və əmək qabiliyyətinin kompleks bərpasına yiyələnmək üçün həm müalicəvi, həm də profilaktik məqsədlərlə həyata keçirilir.Passiv fiziki hərəkətlər nevroloji defisitin sabitləşdirilməsindən dərhal sonra (əks göstərişlər olmadıqda bir qayda olaraq insultun başlanmasından sonrakı 2-ci gündən) həyata keçirilməlidir. Passiv reabilitasiya da daxil olmaqla erkən fiziki reabilitasiya pnevmoniya, dərin venaların trombozu, yataq yaralarının həmçinin kontraktura, artralgiya kimi insultun ağırlaşmalarının qarşısını alır.

İnsult keçirmiş pasientlər fiziki-motor aktivliyi yaxşılaşdırmaq üçün motor-bacarıq çalışmaları, hərəkətlilik məşqi, məhdudlaşdırma-induksiya və s. vasitəsilə aparılan müalicə və metodlar da mövcuddur. Yerişi yaxşılaşdırmaq üçün müvazinət treninqi, spesifik çalışma məşqləri, qaçış cığırı qurğusunda və ya hissəvi dayaqla çalışmalar icra olunur.

İnsultun xroniki mərhələsində elektrik stimulyasiyası iflic olmuş əzələlərin spastikasını azaldır. Funksional elektrik stimulyasiyası metodu xüsusilə yuxarı ətraf əzələlərinin zəifliyində yüksək nəticələr göstərir. Robotik qurğular vasitəsilə bazu-çiyin və dirsək oynaqlarına aid olan əzələ zəifliyinin müalicəsində müsbət nəticələr əldə olunur. Maqnit və elektrik sinir stimulyasiyası bəzi məlumatlara görə hərəkət sistemi pozulmalarında, ağrı sindromları və koqnitiv pozulmalarda bir qədər müsbət təsir edir.

Müalicənin effekti insultdan sonrakı həftələr və ya bir neçə ay keçəndən sonra hiss olunur. Amma bu, o demək deyil ki, vaxt çox keçəndən sonra yaxşılaşma baş verməyəcək. Əvvəllər hesab olunurdu ki, altı aydan sonra bərpa demək olar ki, mümkün deyil. Lakin son illər ABŞ-da reabilitasiya mərkəzlərində aparılan geniş tədqiqatlar sübut edib ki, bir il və ya il yarım müddətdən sonra da kifayət qədər uğurlu nəticələr alınır. Ona görə də səbirlə və səylə çalışaraq heyrətamiz nəticələr əldə etmək mümkündür. Sadəcə həm xəstə, həm də onun ailə üzvləri nəzərə almalıdırlar ki, insultdan sonra bərpa uzun, davamlı və ardıcıl bir prosesdir və ruhdan düşməyərək onu davam etmək yeganə çıxış yoludur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur