Nevralgiya

Nevralgiya sinirdə olan ağrıdır. Ağrı isə orqanizmin xoşagəlməz subyektiv emossional gərginliyinə sistemli cavab reaksiyasıdır. Ağrı orqanizmin zədələnməsi barədə siqnaldır. Nervolgin ağrı çox kəskin, göynədici, deşici, yandırıcı, xarakterli olub, xəstənin bütün həyat fəaliyyətinə mane olur, xəstənin bütün diqqətini buna cəlb edir. Nevralgiya zamanı sinir liflərində anotomik dəyişiklik cüzi olur. Əsasən funksional- dinomik dəyişikliklərlə özünü göstərir. Çox vaxt ağrı ilə yanaşı reflekslərin yüksəlməsi, hipersteziya hissiyatın çoxalması, hiperpotiya- müəyyən nahiyədə istilik, vegetativ-reflektor xarakterli dəyişikliklər, tərləmə və s.olur.

Hissiyyat daşıyan bütün sinirlərdə müvafiq düyünlərdə, arxa kökcüklərdə nevralgiya ola bilər. Ən çox müşahidə olunan nevralgiyalar üçlü sinirin, ənsə sinirin, oturaq sinirin, qabırğa arası sinirlərin nevrlagiyasıdır.

Son vaxtlar insanlar qədim müalicə üsullarına üstünlük verməyə başlayıblar. Nevralgiyaların müalicəsində naturopotik metodlardan- akkupunktura, hameosinotriya, biopunktura, aurikuloterapiya, hidroterapiya da geniş istifadə olunur. Kiçik dozaya simptoma uyğun gələn antihomotoksik preparatların hameosinotriya metodu ilə meridian nöqtələrinə yeridilməsi ağrı simptomlarının tez bir zamanda azalmasınının və xəstənin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Eyni zamanda qulaq seyvanındakı aktiv nöqtələrə təsir etmək vacibdir. Müxtəlif mənşəli nevralgiyaların səbəbindən və xarakterindən bilavasitə asılı olaraq təsir edən çox komponentli bitki, mineral mənşəli antihomotoksin preparatlar bu baxımdan əvəzsizdir. Məsələn hava dəyişməsi ilə əlaqədar yaranan nevralgiyada dulkamara gomokkord iltihabı vəziyyətlərdə traumel S exikesiya kompozitium, kəmərvari dəmrov nəticəsində yaranan nevralgiyalarda herpeszoster nozod inyel və s. işlədilir. Səbəbi aradan gotürmək lazımdır ki,nəticə ləğv olunsun. Bununla yanaşı nevralgiyaların müalicəsində müxtəlif fizioterapik üsullardan da istifadə olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur