Diz vücudumuzun en çox ağırlıq daşıyan və dolayısı ilə ən çox kirəcləşməyə meylli oynağıdır. Daha çox 50 yaş üstü şəxslərdə rast gəlinir, əvvəllər oynaqda əməliyyatlar keçirmiş (mensk əməliyyatı), travmalar, idman yaralanmaları, iltihabi revmatizm və doğuş zamanı baş vermis zədələnmələr baş vermiş şəxslərdə rast gəlmə tezliyi daha yüksəkdir.
Diz oynağının artrozu- diz oynağının hərəkət məhdudiyyəti ilə xarakterizə edilən patoloji vəziyyətdir. Artroz- geriyə inkişafı (geriyəsorulması) mümkün olmayan, ağırlaşmış iltihabı genezə aid olan xəstəlikdir. Artroz- diz oynağının artriti və bursiti vaxtında aşkar edilmədikdə və ya müalicə olunmadıqda əmələ gəlir. Diz oynağının artrozunun reabilitasiyası çox çətin tibbi məsələyə çevrilmiş, həkimlə yanaşı xəstənin də böyük səyləri sayəsində xəstəliyə kompleks yanaşmasını tələb edir.
Medikamentoz müalicə ilə parallel olaraq, diz oynağının artrozu zamanı xəstələri reabilitasiyaya cəlb etmək əhəmiyyətli olmaqla yanaşı, həm də VACİBdir! Reabilitasiyanın əsasında müalicəvi idman və fizioterapiya durur.
Müalicəvi gimnastika xəstələrə tam həcmdə və müntəzəm tətbiq olunmalıdır. Belə ki müalicənin gecikdirilməsi xəstələri əlillik dərəcəsinə gətirib çıxara bilər. Müntəzəm olaraq məşqlər sayəsində əmələ gələn osteofitlərin sorulması müşahidə edilir. İdman hərəkətləri vasitəsi ilə artroza məruz qalmış oynağı kəskin yükləmək düzgün deyil, xəstəliyin dərəcəsini, xəstənin yaşını, anatamo-fizioloji vəziyyətini təhlil edib xəstəyə fərdi olaraq balanslaşdırılmış məşq proqramı tətbiq edilməlidir. Bununla parallel fizioprosedurlar, massaj və üzmək xəstəyə məsləhət görülməlidir. Bu prosedurlar xəstəliyin tam sağaltması deyil, lakin ağırlaşmanın qarşısını almağa kömək edir.
Diz oynağının artrozunun reabilitasiyasına başlamazdan öncə bəzi nüansları qabaqcadan bilmək bərpanın sürətlənməsinə daha effektiv təsir göstərir:
Diz oynağının artrozu zamanı fizioterapiya və reabilitasiyaya xəstəliyin remissiya dövründə başlamaq olar. Bu periodda praktiki olaraq ağrı və diskomfort müşahidə olunmur, tətbiq olunacaq müalicəvi idman hərəkətlərini icra etmək rahat olur. Əgər xəstə remissiya dövründə deyilsə idman hərəkətlərinə başlamaq xəstənin vəziyyətini ağırlaşdıra bilər.
Müalicəvi idman ilk növbədə diz oynağının əzələ və vətərlərinin möhkəmlənməsinə yönəldilməli, eyni zamanda ağrıyan nahiyyə yüklənməməlidir. Əgər pasient osteoartroz müşahidə olunan diz oynağında diskomfort hiss edirsə dərhal reabilitoloqu ilə konsultasiya edilməlidir.
Müalicəvi idman reabilitasiyası -demək olar ki osteoartrozu yeganə bərpa üsuludur, o ilk etapda reabilitasiya mərkəzində, daha sonraki mərhələlərdə ev şəraitində davam etdirilə bilər.
Diz oynağının osteoartrozunun reabilitasiyası özündə müxtəlik trenajorlar vasitəsilə edilən məşqlər və prosedurları birləşdirir. Deformasiyaedən artrozdan əziyyət çəkən pasientlərə aşağıdakılar məsləhət görülür:
- trenajorda müxtəlif məşqlər (hərəkətlər)
- gimnastika
- reabilitasiya kursu
- baseyn
Diz artrozu ilə reabilitasiya alan pasientlər ilk etapda müntəzəm reabilitoloqun nəzarətində olmalıdır, çünki düzgün olunmamış məşqlər xəstədə ağrının artmasına, səhhətinin pisləşməsinə, xəstəliyinin ağırlaşmasına gətirə bilər. Reabilitasiya və bərpa dövründə xəstəni fiziki yükləyərkən bəzi hərəkətlərdə xəstələrə daha çox diqqət yetirilməlidir:
-Velotrenajor-bəzi həkimlər artrozun müalicəsində velotrenajordan istifadə edərkən xəstələrdə ağrının arta biləcəyindən ehtiyat edərək oynağı yüngül yükləyərək məşqlərə başlayırlar. Bunu velotrenajor olmadan da ev şəraitində başqa hərəkətlə də əvəz etmək olar: uzanaraq ayaqları yuxarıya qaldırıb fəzada velosiped sürər kimi hərəkət etdirərək.
-Dizi bükərək oturub qalxma hərəkətlərinin edilməsi də qonoartrozlu xəstələrin reabilitasiyasında ağrı törədə bilər, ağrı dərəcəsindən asılı olaraq xəstədə bu hərəkəti başqa hərəkətlə də əvəz etmək olar: uzanıqlı şəraitdə dizləri bükərək pəncəni yana (sağrı əzələlərinə) doğru hərəkət etdirmək. Dizi büküb oturub qalxma hərəkətlərini suda edərkən dizə düzən yüklənmə minimum həddə olur, hərəkətin təkrarlanması daha asan və rahat olur.
Qonoartrozun reabilitasiyasında yoqa hərəkətləri də effektivdir. Bu hərəkətlər əzələ toxuması və vətərlərə daha müsbət təsir göstərir:
-İsinmə hərəkətləri əzələlərə zəif tempdə təsir edilir
-yoqa hərəkətləri zəif tempdə təkrarlandığından vətər və qığırdağın zədə görməsi riski qeydə alınmır
-Əzələ spazmı azalır və qığırdaq toxumasının tonusu artır
-yoqanın əsasını düzgün nəfəsalma təşkil etdiyindən, toxumaların oksigenlə təchizatı artdığı üçün durğunluq aradan qalxır