Osteoporoz bəzən əsrin xəstəliyi adlandırılır. Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir. Azhərəkətli həyat tərzi ona gətirib çıxarır ki, orqanizm artıq sümükləri möhkəmləndirmək barəsində düşünmür. Daima televizorun və ya kompyuterin qarşısında passiv oturma, nadir günəş altında gəzintilər, qidada kalsium və vitaminlərin çatmamazlığı sümük toxuması sıxlığının azalmasına gətirib çıxarır.
Buna müvafiq olaraq xaricdən kiçik mexaniki təsiri uzunmüddətli olaraq həyat ritmini korlaya biləcək sınıqlara gətirib çıxarır. Yaşlı insanlar üçün bu çox zaman faciəyə çevrilə bilər. Artrit və artrozlarla xəstələnmə tezliyinin artması da həmçinin sümük sıxlığına mənfi təsir edə bilər.
Osteoporoz – sümük strukturunun dəyişikliyi ilə yaranan xəstəlikdir. Sümüklərin çəkisi tədricən azalır, onlar daha kövrək olurlar. Xəstəlik azsimptomlu gedir və adətən said sümükləri, bud sümüyü boynu və fəqərə cisimlərinin sınıqlarında aşkarlanır. Osteoporoz, qeyri-infeksion xəstəliklər arasında, ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sora 4-cü yeri tutur. Osteoporozun inkişafı yaş artdıqca daha da artır.
Onurğa sütünunun müxtəlif şöbələrində ağrı hissinin olması kimi şikayətlər pasientin baxışı və müayinəsi zamanı tez-tez rastlanan haldır. Bu patologiya proqressivləşən sistem xəstəliklərinə aiddir. Sümüklərin mikroarxitektonikasının pozulması və qırılqanlığının artması ilə müşayiət olunur. Sümüklərdə kalsiumun çatmamazlığı nəticəsində sümüklər məsaməli və kövrək olurlar. Möhkəmlik xarakteristikasında yaranan dəyişikliklər potensial sınıq riskinin artmasına səbəb olur. Patoloji dəyişikliklərin vaxtında aşkarlanması osteoporozun konservativ müalicə ilə kifayətlənməsinə, bərpaedici prosedurların azalmasına və tam sağalma çansının yaranmasına səbəb olur.
Səbəbləri
Osteoporoz polifaktor xəstəlikdir. Birincili osteoporoz, adətən 50 yaşdan yuxarı qadınlarda inişaf edir.
Osteoporozun 2 formasını ayırd edirlər: birincili və ikincili
1.Birincili osteoporoz adətən 50 yaşdan böyük şəxslərdə, əmələ gəlmə risk faktorlarına aiddir:
– Ailəvi anamnez ( ailənin yaşlı nümayəndələrin sümük sınıqlarının qeyd olunması);
– Ahıl və qoca yaşlarda;
– Astenik tip bədən quruluşu ( arıq adamlarda);
– Alçaq boy;
– Aybaşının 15 yaşından gec başlanması;
– Erkən klimaks;
– Sonsuzluq;
– Çoxsaylı doğuşlar və uzun müddət süd vermə.
2.İkincili osteoprozun yaranma risk faktorları
– Endokrin pozğunluqlar (yumurtalıqların funksiyasının pozulması, şəkərli diabet, böyrəküstü vəzi və qalxanvari vəzi funksiyasının pozulması);
– Qidalanmanın pozulması (balanslaşmamış pəhriz, sinir anoreksiyası, qidanın zülal və yağlarla zənginliyi);
– Nikotin və alkoqoldan həddindən çox istifadə;
– Kortikostreoidlərin, antikonvulsantlarınvə heparinin uun müddət qəbulu (1 aydan çox);
– Bağırsaqlardan kalsiumun sorulmasının pozulması;
– Genetik meyilliyin olması;
– Az hərəkətlilik, fiziki yüklnmənin az olması;
– Uzun müddətli yataq rejimi (travmalar və xronik xəstəliklər zamanı).
Rastgəlmə tezliyi
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 50 yaşından yuxarı hər iki qadından və üç kişidən biri bu xəstəlikdən əziyyət çəkir. Məlum olduğu kimi 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 40 yaşından sonra sümüklər öz çəkisini itirməyə başlayır. Belə ki, sümüklər kişilərdə il ərzində öz çəkisinin 1%-ni, qadınlarda isə 1-4%-ni itirir. Onu da qeyd etməliyik ki, klimakterik dövr, bəzi dərman preparatları ilə uzunmüddətli müalicələr, müxtəlif xəstəliklər zamanı sümüklərin çəki itirməsi il ərzində 5%-ə qədər çata bilər. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses Osteoporoz adlanır.
Osteoporozun yaranma tezliyi klimaksın baş verməsi ilə artır. 50-55 yaşlı qadınlar kişilərə nisbətən osteoporozdan daha çox əziyyət çəkirlər. 70 yaşda artıq hər 2-ci qadında osteoporoz yaranmış olur. Sümük sıxlığının 10% enməsi zamanı sınıqların yaranma tezliyi 2-3 dəfə artır. Osteoporoz ilk növbədə sümüklərin kövşək toxumasının zədələnməsi ilə biruzə verir.
Müşahidələrə görə 50% hallarda osteoporoz heç bir şikayət verməyə bilər, ilk sınıqlar minimal cüzi travmalardan belə, ola bilir. Bel və digər sümüklərdə gedən xroniki ağrılar, boyun qısalması, qozbel olma xəstələri daha çox narahat edir. Xəstədə öncədən bir sınığın olması sonrakı sınıqların olma riskini 5 dəfə artırır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün 65 yaşdan yuxarı və ya ən az bir risk faktoru daşıyan, erkən menopauzaya girən, yanaşı digər endokrin xəstəlikləri olan qadınlar osteoporoz riskinə görə mütləq müayinələrdən keçməlidirlər.
Osteoporozun simptomları
Çox zaman osteoporoz uzun müddət əlamətsiz gedişə malik olur. Xəstəliyin yaranmasının yeganə əlaməti onurğa nahiyəsində ( döş və bel nahiyyəsi) ağrıların olmasıdır. Osteoporoz zamanı pasientin boyu tədricən azalır, qaməti dəyişilir və onurğa daha az hərəkətli olur.
Osteoporozun daha vacib əlaməti sınıqların olmasıdır. (adətən fəqərə cisimləri və dirsək sümüyünün sınığına rast gəlinir). Xüsusi təhlükəli bud sümüyü boynu sınıqları hesab olunur ki, bunlar da əlilliyə gətirirlər.
Osteoporozun diaqnostikası
Diaqnozun qoyulmasında anamnez və pasientin şikayətləri əsasən rol oynayır. Xəstəlik tarixçəsinin öyrənilməsi və sümüklərin mineral sıxlığının ölçülməsinə əsasən qoyulur. Sümük sıxlığının müəyyənləşdirilməsi üçün densitometriya istifadə olunur. Densitometriya təmamilə ağrısızdır və sümüklərin mineral sızlığının ölçülmə metodudur. Müayinənin köməyi ilə sümüklərin kalsium tərkibi haqda məlumat almaq olur ki, bunun köməyi ilə də sümük kütləsi itkisini hələ çox erkən mərhələdə müəyyən etmək mümkündür.
2 növ densitometriya mövcuddur. Rentgen densitometriyası və ultrasəs densitometriyası. Rentgen densitometriyası daha dəqiq müayinə metodu hesab olunur. Sümük toxuması tərəfindən rentgen şüalarının udulmasını ölçür.: sümük sıxlığının və mineral duzların itkisi zamanı sümük daha şəffaf görünür. Ona görə də daha çox rentgen densitometriyası tövsiyyə olunur.
Müayinənin məqsədi
Prosedur sümük toxumasının strukturundakı kəmiyyət və keyfiyyət pozğunluqlarının aşkarlanması və qiymətləndirilməsini həyata keçirir. Müayinə qeyri-invaziv müayinələr sırasına daxil olub, dəqiqliyi və təhlükəsizliyi ilə yanaşı həm də ağrısızdır.
Skeletin fərqli xüsusiyyəti odur ki, ayrı-ayrı bölgələrin mineral sıxlığı müxtəlifdir. Daha stabil seqment, onurğanın bel nahiyəsi hesab olunur. Diaqnoz bu zonanın müayinəsinin nəticələrinə əsasən qoyulur. Anomal kənaraçıxmaların müəyyənləşdirilməsindən başqa, densitometriya müalicə metodlarının effektivliyinin müşahidəsi məqsədilə də istifadə olunur. Onun köməyi ilə osteoporozun inkişaf tempinin azalması və sümük toxumasının maksimal bərpa olunması imkanı da dəyərləndirilir.
Bu metodla sümük sıxlığı, onun həcm vahidinə düşən çəkisi müəyyənləşdirilir. Alınmış nəticə pasientin öncəki müayinələrinin nəticələri ilə, üz yaş qrupundan və kiçik yaş qrupundan olan göstəricilər ilə müqayisə olunur.
İstifadəsinə göstərişlər
Yüksək risk faktoru qrupunda olan şəxslərə densitometriya mütləq şəkildə olunmalıdır.
Bu kateqoriya insanlara aiddir:
– Təbii menopauza dövrünə daxil olan qadınlar ( və ya yumurtalıqları əməliyyat zamanı çıxarılan qadınlar (ovariektomiya));
– Osteoporoza genetik meyilli olan qadınlar;
– Uzun müddət hormonal tərkibli preparatlar qəbul edən qadınlar;
– Bir neçə dəfə sümük sınığı olan insanlar;
– Onurğa sütununun müxtəlif xəstəliklərindən əziyyət çəkən insanlar;
– Aşağı çəki indeksi olan insanlar;
– Endokrin sistemin işində pozğunluqlar olan şəxslər;
– 3 dəfədən çox doğum və uzun müddət əmizdirən qadınlar;
– Azhərəkətli və oturaq həyat rejimi olan insanlar;
– 55 yaşını keçən kişilər;
– Sümüklərdən kalsiumun yuylmasına səbəb olan preparat qəbul edən şəxslər;
– Nikotin və spirtli içki aludəçiləri.
Müayinənin aparılmasında məhdudiyyət yaradacaq faktorlar
– Rentgen şüalarına qarşı həssaslığın yüksək olması;
– Pasientdə kardiostimulyatorlar və ya metalik implantların olması;
– Onurğa sütununun aydın deformasiyaları;
– Əhəmiyyətli dərəcədə onurğa sütununun əyilməsi;
– Ağrı sindromu və ya nevroloji xəstəliklərlə müşayiət olunan hərəki pozğunluqlar;
– Pasientin texniki alətin ölçülərindən kənara çıxan çəki və boyu.
Hamilə qadınlara ciddi olaraq əks göstərişdir. Çox vacib olduğu hallarda daha təhlükəsiz metodlardan istifadə olunur.
Diaqnostik prosedurun aparılma qaydası
Müayinəyə hazırlıq aparılarkən mütləq aşağıdakı hallar nəzərə alınmalıdır.
– Densitometriya və radioizotop müayinə arasındakı dövr 2-5 gün olmalıdır
– Müayinədən bir neçə sutka öncə kalsium və fosfor tərkibli preparatların qəbulu dayandırılmalıdır.
– Metal hissələri olmayan rahat geyim geyinilməlidir.
– Bilavasitə müayinədən öncə bütün metalik əşyalar, saat və zinət əşyaları çıxarılmalıdır.
Pasient xüsusi stolda yerləşdirilir. Bel nahiyəsinin müayinəsi arxası üstə uzanıqlı vəziyyətdə aparılır. Ciddi lordozu olan pasientlərə ( onurğa sütununun bel nahiyəsində əyilməsi olanlara) ayaqlarının altına xüsusi kub qoyulur.
Bel nahiyəsinin yan proyeksiyada çəkilməsi üçün isə pasient yanı üstə, ayaqlar bir az bükülmüş və özünə çəkilmiş şəkildə aparılır. Onurğanın düzgün yerləşməsi üçün başın və bədənin bəzi hissələrinin altına xüsusi yastıqlar qoyulur.
Pasientə olunan tələb müayinə zamanı təmamilə hərəkətsiz olmasıdır.
Risk qrupuna daxil olan şəxslərə ildə 1 dəfədən az olmayaraq rentgen densitometriyası müayinəsi keçməyi tövsiyyə olunur. Rentgenoloji müayinə metodları ilə sümük kütləsini 30%- dən çox itirilməsi zamanı diaqnoz qoymaq olar.
Osteoporozun müalicəsi
Osteoporozun müalicəsində əsas məqsəd- sümük toxumasının azalmasının qarşısını almaqla eyni zamanda onun bərpa olunmasına çalışmaqdır. Kompleks müalicəyə daxildir: hormonal müaicə ( esterogenlər, gestagenlər, androgenlər), vitamin D, bisfosfonatların və kalsitoninin qəbulu.
Osteoporoz zamanı hormonal terapiya cinsdən, yaşdan, risk faktorlarından asılı olaraq dəyişilir. Preparat seçimi zamanı klimaksın fazası, uşaqlığın olub olmaması, qadının postaybaşı qanlı ifrazatın olma istəyindən asılıdır.
Hormonal terapiya yanaşı olaraq ağır qaraciyər və böyrək xəstəliklərində, tromboemboliyalarda, kəskin tromboflebitlərdə, uşaqlıq qanaxmalarında, qadın cinsi orqanlarının şişlərində və şəkərli diabetin ağır formalarında əks göstərişdir.
Osteoporozun hormonal müalicəsi prosesində arterial təzyiqin kontrolda saxlanılması və onkositoloji müayinə gərəklidir.
Osteoporozlu xəstələrə fizioterapiya
Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir.
Osteoporozda fizioterapiya və reabilitasiyasının məqsədləri, qırıq riskinə qarşı qorunma tədbirlərini almaq, sümük kütlə itkisini azaltmaq, mövcud sümük kütləsini artırmaq, kəskin və xroniki ağrıya nəzarət etmək və düzgün duruşu qorumaqdır.
Osteoporoz müalicəsində fizioterapiya məşqləri həm sümük kütləsinin qorunması, həm də simptomlara istiqamətli müalicənin vazkeçilməz hissəsidir. Xüsusilə ağrı, duruş pozğunluğu, əzələ zəifliyi zamanı ilk ağla gələn müalicələrdir. Bu istiqamətdə reabilitasiya strategiyaları:
-Fiziki bərpa: Uyğun pəhriz, kalsium, sümük kütləsinə təsirli dərman preparatları.
-Şikəstliyin qarşısının alınması: Məqsəd xəstənin müstəqilliyidir. Bu məqsədlə xəstə və yaxınları xəstəlik haqqında məlumatlandırılmalı, uyğun bəslənmə, ətraf təhlükəsizliyi və düşmələrin qarşısının alınması mövzularında təlim keçirilməlidir. Onurğanın yükünü azaldan çəlik istifadə edilə bilər.
-Ağrının yaxşılaşdırılması: Soyuq və isti fizioterapiya müalicəsi, TENS’in istifadə edilməsini, spinal dəstəklər, cihazlar və dərman müalicəsi daxildir.
Osteoporozun profilaktikası
Profilaktika gənc yaşlarından başlanılmalı və bütün ömür boyu davam etdirilməlidir. Xüsusi diqqət cinsi inkişaf dövründə və postmenopauzal dövrdə olan qadınlara ayırmaq lazımdır. Sümük sıxlığının artması və rezorbsiyasının azalmasına, sağlıqlı qidalanma, requlyar fiziki aktivlik təsir göstərir. Alkohol və nikotin qəbulunu azaltmaq lazımdır. Ahıl yaşda osteoporozun risk faktorlarının müayinəsi və ehtiyac olduqda kalsium və vitamin D əlavələrinin qəbul olunması məsləhətdir. Ola bilər ki, profilaktik olaraq hormonal preparatlar təyin olunsun. 50 yaşdan yuxarı qadınlara kalsium ilə zəngin süd məhsullarının qəbulu, əgər qida ilə mümkün deyilsə tablet formasının istifadəsi məsləhət görülür. Vaxtı vaxtında osteoporoza görə müayinələrdən keçərək ehtiyac olduqda erkən müalicəyə başlanılması tövsiyyə olunur.