Uşaqlarda GECƏ ENUREZİ

Uşaqlarda GECƏ ENUREZinin qeyri medikamentoz müalicəsində Fizioterapiyanın rolu.

Enurez-uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında və ya oyaq vəziyyətdə sidiyini tuta bilməmə vəziyyətidir. Normal halda uşaqlar 2 yaşından etibarən böyük tualet vərdişini, 2-3 yaş arası isə sidik ifrazını vərdişini nəzarət altında saxlaya bilir. Enurez dioqnozu 3 yaşından yuxarı uşaqlara qoyulur, çünki məhz bu dövrdə mərkəzi sinir sisteminin sidik kisəsi üzərində nəzarəti güclənir. Ancaq uşaq 4-5 yaşına qədər hərdənbir gündüzləri, daha sıx olaraq da gecələri sidik ifrazı vərdişinin idarəsini təmin etməkdə çətinlik çəkə bilər. Sinir sistemi tərəfindən sidik kisəsi və sidiyi tutmağa xidmət edən əzələlərin idarəsi gecə daha çətin idarə edildiyindən gecələr alt islatma, gündüzə nisbətən daha çox müşahidə olunur. 5 yaşına qədər uşaqlarda bu vəziyyət normal qəbul etməlidir. Lakin 5 yaşından etibarən bu proses davam edirsə artıq narahat olmağa başlamaq lazımdır.

Bu xəstəlik ən çox məktəbə qədər və erkən məktəb yaşlı uşaqlarda rast gəlinir. (15-18%) Lakin 18 yaş və daha yuxarı yaş dövrlərində də müşahidə edilə bilər. (0.5-1%) Oğlanlarda rastgəlmə tezliyi qızlara nisbətən 2 dəfə yüksəkdir.

Kliniki olaraq 2 növü vardır : birincili və ikincili enurez

Birincili – erkən yaşlarda, requlyar olaraq gecə vaxtı sidik ifrazının qeydə alınması.

İkincili – müəyyən dövrdən ( yarım il ) sonra meydana çıxan enurez.

Rastgəlmə tezliyinə görə hər 5 xəstədən birində birincili enurez müşahidə edilir.

Xəstəliyin əmələgəlmə səbəbləri və inkişaf mexanizmi:

  1. Mərkəzi sinir sisteminin inkişafının ləngiməsi.
  2. Antidiuretik hormonun tsiklik ifrazının pozulması
  3. İrsiyyət
  4. Anadangəlmə onurğa beyin qüsurları
  5. Sidik ifrazat sisteminin infeksion xəstəlikləri.
  6. Tez və ləng yuxu fazalarının dəyişmə ritminin pozulması
  7. Uşaqlarda davranış pozğunluqları

Simptomlar:

Xəstəlik ağırlaşmış və ağırlaşmamış gedişata malikdir. Ağırlaşmamış formasının əsas patoloji əlaməti sidik ifrazetmənin yalnız gecələr qeydə alınmasıdır ki, bu da ayda 2-3 dəfədən, gündə 2-3 dəfəyə kimi dəyişə bilər. Ağırlaşmış gedişatlı enurezdə gecə sidik buraxma ilə yanaşı eyni halın gündüzlər də təkrarlanmasıdır.

Sidik ifrazı pozğunluqları ilə yanaşı belə uşaqlarda nevroloji pozğunluqlara da – nevrozlar, nevrozabənzər sindrom da qeyd edilirş Belə uşaqlar emosional labil, ağlağan, daima narahat, həssasdırlar.

Müalicə:Untitled 1

1.Medikamentoz müalicə

  • Antixolinergik dərman preparatları ( atropin, driptan)
  • Antidepressantlar (imipramin)
  • Nootrop (fenibut)
  • Antidiuretik hormonun sintetik analoqları (desmopressin
  • Adaptogen dərman preparatları (jenşen, limonnik ekstrakları)
  • Spazmalitik preparatları

Bu derman preparatları gündüzlər sidik kisəsinin funksional gücünü artırır, gecələr isə əksinə azaldırlar.

2.Qeyri medikamentoz müalicə üsulları

Qeyri-medikamentoz müalicənin əsasını psixoterapevtik və fizioterapevtik müalicə metodları təşkil edir. Müasir inkişaf etmiş Tibb sahəsində enurezin müalicəsində fizioterapiya effektiv müalicə metodu sırasındadır. Müsbət təsirə daha qısa müddətdə nail olmaq üçün farmako-terapevtik müalicə metodları ilə fizioterapevtik müalicə ilə kompleks şəkildə aparılmalıdır.

Fizioterapiyada sidik ifrazat sisteminə müsbət təsir göstərən və ən geniş yayılan elektroterapiya: qalvanizasiya, faradizasiya üsullarıdır. Bu metodun hədəfi aşağı ifrazat sisteminin neyroreseptorlarına təsir göstərməkdir. Əzələ tonusunu və sidik kisəsinin yığılma qabiliyyətini artırmaq üçün sinusmodiləzəedici elektrik cərəyanlarından istifadə edilir.

Yuxarı məktəb yaşlı uşaqlarda 97 % hallarda müsbət effekt almaq məqsədi ilə düz bağırbağa tətbiq edilən elektrostimulyasiya üsülüdur. Silindr şəkilli elektrod isti suda isladılmış tənzifə keçirilərək 3-5 sm düzbağırsağa yeridilir. İndefferent elektrod isə isti suda isladılaraq qasıq nahiyyəsində yerləşdirilir. Kurs müalicə hər gün olmaqla 10 gün tətbiq edilməlidir. Müalicə kursunu 1 ay fasilədən sonra yenə təbiq etmək olar. Məktəbəqədər və erkən məktəbyaşlı uşaqlarda rektal elektrod metodundan istifadə etmək əlverişsiz olduğundan 2 xarici yerli elektrod metodundan istifadə edilə bilər. (bir elektrod bel-oma, digəri qasıq nahiyyəsinə qoyulmaqla)

Elektroforez üsulundan da enurezdə geniş istifadə edilir. Bəzi müəlliflər sidik kisəsi nahiyyəsinə kalsium xlor, digərləri atropin sulfat, və ya brom-kofeinlə elektroforez tətbiq edirlər.

Sidik kisəsinə sidiyin toplanması fazasını yaxşılaşdırmaq üçün bel-oma və qasıq nahiyyəsinə impuls rejimi ilə Ultrasəs Müalicənin tətbiqi əvəzolunmazdır.

Enurezin müalicəsində ultrabənövşəyi şüalandırma reflektor təsir göstərir. Terapiya hipereritem dozaları artırmaqla həyata keçirilir. Bu metodu bel oma nahiyyəsinə xardallı kağızlar və yerli darsanvalizasiya ilə müştərək tətbiq etmək daha effektiv təsir göstərir.

Son dövrlərdə fizioterapiyada enurezin müalicəsində aşağı tezlikli lazer metodundan istifadə edilir.

Qısaca enurezin müalicəsində Fizioterapiyanın aşağıdakı metodları tətbiq olunur:

– aşağı tezlikli lazer

-elektroson və ya bromla elektrofarez

-dərman vasitələri ilə endonazal elektrofarez (kofein, maqnium, brom, kalium,novokain, aminalon)

-qalvanizasiya

-elektrostimulyasiya

-2 kanalla elektrofarez (onurğanın aşağı seqmentlərinə) anoda atropin, katoda kofein-benzoat natrim

-onurğanın bel nahiyyəsinə paraferin aplikasiyası

-müxtəlif vannalar

-stumuləedici massaj (bel-oma nahiyyəsi, qarnın aşağı nahiyyəsinin, ayaqların arxa və icəri tərəfinin, pəncənin)

-İqlorefleksoterapiya- (qarın və bel nahiyyəsinə, dizin orta və içəri tərəfinə)

-manual terapiya

Fizoterapevtik müalicə 2-3 kurs, 3-4 heftə intervalla keçirilməlidir. Fizioterapiya ilə müştərək olaraq reabilitasion tətbirlər də görülməlidir. Bunlarda çanaq əzələlərinin möhkəmlənməsinə yönəldilən idman məşqlərini misal çəkmək olar.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur