Lordoz

Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Daha aydın desək onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan bir vəziyyətdir. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrini əmmək üçün təbii olaraq qıvrımlara sahibdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Lordozu olan insanlarda ümumiyyətlə beldə görnən şəkildə bir qövs olur. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatmaq. əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. Əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.

Lordoz xəstəliyi zamanı xəstənin duruşundan fərqlilik gözlə görüləcək qədər nəzərə çarpır. Bu bir növ duruş pozunuqluğudur. Onurğanın bu vəziyyətə düşməsi hamiləlik zamanı, qocalıqda, kökəldikdə meydana çıxa bilir. Lordoza bəzən üzgüçülüklə məşğul olan adamlarda da rast gəlinir. Lordoz həddindən çox nəzərə çarpacaq qədər inkişaf etdikdə hiperlordoz adlanır. Xəstəliyin hansı səbəbdən əmələ gəlməsi dəqiq araşdırılmalı və aradan qaldırılımalıdır.
Patologiyasnın inkişaf etməsində aşağıdakıların rolu var:

-Lordoz əsasən uşaqlıqda hər hansı səbəb olmadan yaranır. Pis duruş, köklük, osteoparoz, kifoz və.s
– kürək əzələsinin zəifləməsi
– boyun həddindən çox uzanması
– raxitlik
– vərəm
– polimielit
– onurğanın anadangəlmə anomaliyası

Lordoz dairəvi onurğa, düz onurğa, yarıməyri şəkilli onurğa, skolioz, kifoz şəklində inkişaf edə bilir. Xəstəlik nadir hallarda anadangəlmə olur. Əsasən lordoz onurğanın müxtəlif xəstəlikləri və müxtəlif travmalar səbəbindən əmələ gəlir.

Lordoz xəstəliyinə diaqnozun qoyulmasında həkimin müayinəsi və rentgen müayinəsinin nəticələri əsas götürülür.

Müalicə

Lordotik əyrilik önə doğru əyildikdə öz-özünə düzəlirsə müalicə olunmur. Ancaq önə doğru eyildikdə lordotik əyrilik davam edirsə müalicə olunmalıdır.

Eyni zamanda bunlardan hansısa baş verərsə müalicə olunmalıdır: Ağrı, əzələ spazmları, üyüşmə, bağırsaqlarla əlaqədar problemlər. Lordoz müalicəsi əyriliyin şiddətindən asılıdır. Müalicə seçimləri arasında bunlar vardır:

  • Ağrı və şişliyi azaltmaq üçün dərmanlar.
  • Fiziki müalicə, müalicəvi idman
  • Yoqa
  • Kilo itkisi
  • Cərrahi əməliyyat 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur