HydroWorx üzrə beynəlxalq təlim Yeni Robotik Reabilitasiya Mərkəzində keçirildi

Yeni Robotik Reabilitasiya Mərkəzində müasir hidroterapiya texnologiyalarından biri olan HydroWorx Underwater Treadmill cihazı üzrə praktik təlim təşkil olunub.
Təlim zamanı mütəxəssislər cihazın iş prinsipi, klinik tətbiq sahələri, pasiyentlərin fərdi ehtiyaclarına uyğun proqramlaşdırılması və reabilitasiya prosesində effektiv istifadəsi ilə bağlı nəzəri və praktik biliklər əldə ediblər.

HydroWorx su mühitində təhlükəsiz hərəkət imkanı yaradaraq oynaqlara düşən yükü azaldır, erkən mərhələdə yerimə məşqlərinin aparılmasına şərait yaradır və pasiyentlərin daha sürətli funksional bərpasına dəstək verir.

Bu texnologiya xüsusilə:

  • ortopedik əməliyyatlardan sonrakı reabilitasiyada,
  • nevroloji xəstəliklərdən sonra,
  • idman zədələrinin bərpasında,
  • hərəkət məhdudiyyəti və ağrı sindromu olan pasiyentlərin müalicəsində geniş tətbiq olunur.