Təlim zamanı fizioterapevt-reabilitoloqlar cihazın funksional üstünlükləri, tətbiq üsulları və xəstələrdə istifadəsinin praktiki aspektləri ilə yaxından tanış olaraq əldə etdikləri bilikləri klinik praktikada tətbiq etmək imkanı qazanıblar.
“OccifleTM” xroniki və epizodik boyun ağrıları, servikal gərginlik və baş ağrılarının (o cümlədən miqren və gərginlik tipli baş ağrıları) müalicəsi üçün nəzərdə tutulmuş qeyri-invaziv robotik reabilitasiya cihazıdır.
Passiv və yavaş servikal hərəkətlər vasitəsilə boyun əzələlərini və oynaqları stimullaşdıran bu cihaz gərginliyi azaldır, sinir siqnallarının balansını bərpa edir və ağrını zəiflədir. Eyni zamanda diaqnostik xüsusiyyətlərə malik olduğundan, xəstənin reabilitasiya prosesinin dinamikası izlənilir və terapiya planı fərdiləşdirilir.
“OccifleTM” boyun nahiyəsində disk yırtığı (C4–C7), osteoxondroz, spondiloz, hərəkət məhdudluğu, servikogen baş ağrısı, əzələ spazmı həmçinin sinir sıxılması nəticəsində yaranan ağrı və uyuşma hallarında effektiv müalicə imkanı təqdim edir.
Bu cihaz sayəsində dərmansız, təhlükəsiz və effektiv reabilitasiya ilə boyun hərəkətliliyini bərpa etmək eyni zamanda ağrısız, rahat həyat keyfiyyətinə qovuşmaq mümkündür.
