Ayağı sınan idmançı bir il sonra çempion oldu

Pauerliftinq və Benç-Press üzrə Azərbaycan kubokunda birinci yerin qalibi olan idmançı Ramil Əhmədov ağır zədədən sonra yenidən idmana qayıdaraq uğur qazanıb.


Medicina.az xəbər verir ki, Ramil Əhmədov 2025-ci ilin oktyabrında məşq zamanı ayağından ciddi zədə alıb. Ayağının sınması səbəbindən əməliyyat olunan idmançı daha sonra uzunmüddətli reabilitasiya proqramına cəlb edilib.

Müalicə və bərpa prosesindən sonra idmana qayıdan R.Əhmədov Azərbaycan kubokunda iştirak hüququ qazanıb və 13 sentyabr 2026-cı ildə keçirilən yarışda birinci yeri qazanıb.

İdmançının reabilitasiya prosesi Yeni Klinikanın Reabilitasiya və Fizioterapiya Mərkəzində aparılıb. Mərkəzin müdiri, Yeni Klinikanın direktor müavini, reabilitoloq-fizioterapevt dr. Pərvin Əkbərov müasir reabilitasiya proqramı əsasında onun müalicə və bərpa prosesinə birbaşa nəzarət edib.

Ramil Əhmədov ağır zədədən sonra yenidən yarışlara qayıtmasına kömək edən həkimlərə və reabilitasiya komandasına təşəkkürünü bildirib.

https://www.medicina.az/