
Yeriş analizi və reabilitasiya üçün ən mükəmməl vasitə olan "GRAİL" reabilitasiya prosesinin dəqiqliyini və motivasiyasını artıraraq pasiyentlərin daha qısa müddətdə funksional hərəkətə qayıtmasına şərait yaradır.
Əsas komponentlər:
- Tam instrumentləşdirilmiş qaçış yolu: Pasiyent iki istiqamətdə hərəkət edə bilir, sürətini özünə uyğun tənzimləyir və yeriş parametrləri güc platformaları vasitəsilə ölçülür.
- 180° immersiv proyeksiya: Virtual reallıq mühitləri balans, koordinasiya və təbii yerişi real hiss etməyə imkan verir.
- 3D Motion Capture: Hərəkətlər millimetr dəqiqliyi ilə qeydə alınır, əzələ və oynaqların fəaliyyəti analiz edilir.
- EMG sistemi: Əzələ aktivliyi real vaxtda ölçülür və terapiya fərdiləşdirilir.
- Sinxron VR və biofeedback: Pasiyent öz yerişini virtual mühitdə izləyir, irəliləyişini görür və motivasiya əldə edir.
Kimlər üçün uyğundur?
- İnsult sonrası xəstələr
- Onurğa beyni zədəsi olanlar
- Ortopedik əməliyyatlardan sonra reabilitasiya alanlar
- Parkinson xəstələri Beyin travması və sinir sistemi xəstəlikləri
- Uşaqlarda serebral iflic və postural problemlər
- İdmançıların yeriş/qaçış analizi
Üstünlükləri:
- Müqayisəolunmaz dəqiqlik
- Fərdiləşdirilmiş reabilitasiya
- Real vaxtda vizual və kinestetik geribildirim
- Müalicə prosesinin obyektiv monitorinqi
- Təhlükəsiz mühit
"GRAIL" ilə reabilitasiya daha sürətli, effektiv və hər bir pasiyent üçün fərdiləşdirilib!
